Environmental Responsibility

NIVEA şirkətinin ekoloji fəaliyyəti

Bizim ekoloji istehsala yolumuz

NIVEA adı etibar və keyfiyyətin sinoniminə çevrilmişdir, buna görə də, biz daima məhsullarımızın ətraf mühitə təsirinin ardıcıl azaldılması üzərində çalışırıq. Qayğı fəaliyyətimizin təməl daşıdır. Beləcə, insanlar bizim hər bir təşəbbüsümüzün mərkəzində olurlar.

Yüksəkkeyfiyyətli məhsullar üçün yüksəkkeyfiyyətli inqrediyentər.

Məhsullarımızın istehsalında istifadə etdiyimiz bəzi inqrediyentlər yalnız məhdud sayda mövcuddur və asanlıqla gələcəkdə yox ola bilər. Buna görə, biz xam malların tükətdirməyən istifadəsini dəstəkləyir və bizim yüksək standartlarımıza uyğun olam alternativlərin hazırlanmasına daima diqqət yetiririk.

Palma çəyirdəkləri

Palma yağının ekoloji istehsalına aparan yol

Beiersdorf şirkəti kosmetik vasitələrin hazrılanması üçün palma yağından istifadə etmir və palma, yaxud palma içliyi yağı əsasında yenidən işlənmiş maddələr istehsal etmir. Lakin kosmetika sənayəsində hər zaman istehsalı emulqator və üzəri-aktiv maddələr kimi lazımi əlavələrdən istifadəni tələb edən məhsullar vardır. Bu əlavələr, bir qayda olaraq, mineral və bitki yağı əsasında istehsal olunur, məsələn, kokos, raps və hətta palma və ya palma içliyi yağı. 

Biz artıq uzun illərdir tədarükçülərimizlə sıx əməkdaşlıq edirik ki, tədarük xəttini daha şəffaf edək – o cümlədən, xam malların öz törəmələrinə çevrilməsi prosesinə tam aydınlıq gətirmək, eləcə də palma və palma içliyi yağının ekoloji istehsalını dəstəkləmək üçün. Ekoloji palma yağına dair dəyirmi masaya (RSPO) tərəfdarlığımızla yanaşı, biz bu yaxınlarda yaradılmış Ekoloji palma yağı üzrə forumunda (FONAP) da iştirak edir və mövcud sertifikasiya meyarlarının gələcək inkişafını dəstəkləyirik.

Son illər ərzində biz palma içliyi yağının ekoloji istifadə olunması yolunda mühüm proqresə nail ola bilmişik. Biz yalnız mənşəyi sübut olunmuş (""Sertifikasiyadan keçmiş ekoloji palma içliyi yağı"") inqrediyentlərdən istifadə etməyi məqsəd qoymuşuq və 2020-ci ilədək tamamilə seqreqasiya olunmuş, yaxud, heç olmasa, balanslaşdırılmış palma və palma içliyi yağı və onların törəmələrinə keçməyi planlamışıq. O vaxta kimi Beiersdorf şirkəti GreenPalm platforması vasitəsilə sertifikatlar əldə etməyə davam edəcək. Artıq 2014-cü ildə bizim xam mallarımızın tərkibində olan palma və palma içliyi yağının ekvivalentləri 100% sertifikasiyadan keçmişdir.

Yeri gəlmişkən, məhsulların təsviri olan səhifələrdə siz onların hazırlanmasında istifadə olunan inqrediyentlərin təsvirini tapa bilərsiniz.

Heyvanlar üzərində təcrübələrə alternativlər

2004-cü ildə AŞ-da kosmetik vasitələrin heyvanlar üzərində sınaqları qadaqan edilmişdir, 2013-cü ildə isə bu məhsulların hazırlanmasında istifadə olunan inqrediyentlərin sınaqları da qadağan edilmişdir. Lakin Beiersdorf şirkəti hələ bundan uzun müddət öncə hər imkanda heyvanlar üzərində sınaqların keçirilməsindən uzaq dururdu. Biz əminik ki, məhsullarımızın təhlükəsizliyinin və effektivliyinin təsdiqi üçün onları heyvanlar üzərində sınamaq heç də mütləq deyil.

raw materials research development

Qadağadan asılı olmayaraq, məhsulların sınanmasında alternativ üsulların hazırlanması və tətbiq olunması Beiersdorf şirkəti üçün hər zaman mühüm rol oynayıb. Artıq 20 ildən çoxdur ki, şirkət heyvanlar üzərində təcrübələrə alyternativ olan in vitro eksperimentlərin hazırlanması üzrə peşəkar assosiasiyalar və ekspert komissiyaları çərçivəsində uğurlu fəaliyyət göstərir. Hal-hazırda Beiersdorf bu cür araşdırmalarla məşğul olan şirkətlər arasında dünyada ən tanınmış və sayılan şirkətlərdən biridir.

Biz məhsulların sınanmasının mövcud alternativ yollarının bütün dünya üzrə müvafiq qanunverici və administrativ orqanlar tərəfindən təqdir edilməsi üçün aktiv tədbirlər görür, həmçinin bu üsulların istifadəsi ilə bağlı müxtəlif problemlərin həlli məqsədilə elmi araşdırmaların keçirilməsi üçün kadr və maliyə dəstəyi də göstəririk.

Stabil keyfiyyətdə daha az tullantı

Bizim qablaşdırma materiallarımız 100% yenidən işlənə bilər

Biz dayanmadan məhsullarımız və onların qablarının təkmilləşdirilməsi üzərində çalışırıq. Xüsusilə, biz hər zaman qabların hazırlanması üçün istifadə olunan materialların miqdarını minimuma endirməyə çalışırıq – istər plastik olsun, istərsə də, şüşə, metal, karton və ya kağız. Və biz artıq mühüm nəticələrə əldə etmişik – qablaşdırma materiallarımızın. demək olar, 100%-i yenidən işlənə bilər. NIVEA vücud üçün losyonu hazırlanması uğur hekayələrimizdən biri oldu. Onun qablaşdırılmasının yeni dizaynı bizə böyük həcmdə resursa qənaet etməyı imkan verdi. Qablaşdırma materiallarının miqdarını azaltmaq üçün digər effektiv üsulu yenidən doldurula bilən paketlərin hazırlanmasıdır. Maye sabunun yenidən doldurula bilən dozatorlarından istifadə tullantı həcminin xeyli dərəcədə azalmasına gətirib çıxarır. Məsələn, NIVEA duş üçün krem-gelinin yenidən doldurula bilən paketlərindən istifadə nəticəsində tullantıların həcmi 75% azalmışdır.