qıcıqlanma üzərində təmiz qələbə

Qıcıqlanmış dəri qıcıqlanmış kişi deməkdir. Həssas dəri üçün NIVEA MEN məhsul xətti xüsusi olaraq qıcıqlanmış dərini qorumağa və sakitləşdirməyə ehtiyac duyanlar üçün hazırlanmışdır. Bunun üçün məhsulların tərkibinə xüsusi komponentlər əlavə edilmişdir: təbii çobanyastığı cövhəri və E vitamini.

Köpük

Həssas dərini qıcıqlanmadan qoruyaraq yumşaq və xoş taraş təmin edir.

Gel

Təravətləndirir və rahat, hamar taraş təmin edir, həmçinin qıcıqlanmış dərini sakitləşdirir.

Losyon

Qıcıqlanmış həssas dərini qidalandırıb canlandıraraq xoş təravət hissi bəxş edir.

Balzam

Qıcıqlanmanın yaranmasının qarşısını alır və həssas dərini dərhal sakitləşdirir.

Qıcıqlanmasız taraş etmək çox asandır!


Addım 1

NIVEA MEN xəttindən həssas dəri üçün taraş geli və ya köpüyünü dairəvi hərəkətlərlə üzünə çək.


Addım 2

Ülgücünün itiliyini yoxla: komfortlu və ultrahamar taraşa başlayırıq. Bilirdin ki, həm tüklərin bitmə istiqamətində, həm də ona əks istiqamətdə taraş etmək olar?


Addım 3

Taraşdan sonra dərinin qulluğa ehtiyacı var. NIVEA MEN xəttindən həssas dəri üçün taraşdan sonra losyon və ya balzamı çək ki, qıcıqlanmanın yaranmasının qarşısını alasan!