Gözəl saçlar

Sizin saçinizin tipi nədir?

Arzu olunan saçlar üçün ipucları

Hamar, yumşaq dəri ilə yanaşı, hər şeydən əvvəl bir çox qadın gözəl saçlarının olmasını arzulayır. Saçlar axıcı olmalı,gözalıcı parlaqlığa sahib olmalı, eyni zamanda sağlam və güclü olmalıdır. Bütün bunlara nail olmaq və gözəl saçlara sahib olmaq üçün saç baxımına kifayət qədər vaxt ayırmalısınız. NIVEA-nın saç baxımı və forma məhsulları bir-birini tamamlayır!

 

Gözəl saçlar üçün effektiv baxım labüddür

Gözəl saçlara sahib olmaq istəyirsinizsə, saç baxımına xüsusi diqqətlə yanaşmalısınız. Buna görə də saçları yumaq üçün ideal seçim olaraq qidalandırıcı şampunlar seçməlisiniz. Uyğun bir kondisioner baxımın effektivliyini artırır və saçınızın daranmasını asanlaşdırır.

 

Düzgün qulluq effektiv baxım üçün vacibdir

Saça həddindən artıq qulluq edilə bilər və ya yanlış qulluq edilə bilər? Əlbəttə - şampunlar, kondisionerlər, müalicə və baxım məhsulları seçərkən onların saç tipiniz üçün ən yaxşı məhsul olduğuna əmin olun. Saçınızı formaya salarkən tez-tez istidən istifadə edirsiniz və uclarının quruduğunu hiss edirsiniz? Əgər cavabınız hədirsə, onda saçlarınıza gözəlliyi bərpa etmək üçün cansız saçlar üçün məhsullar seçin. Uzun saçlar, rəngli saçlar və kəpəklər üçün məhsul çeşidləri də var. Artıq gözəl saçlarınız var? Onda saç baxımı prosedurunu tətbiq edərkən normal saçlar üçün nəzərdə tutulmuş məhsullardan istifadə edin. Bunlar saçlarınızı kifayət qədər nəmləndirəcək, baş dərinizin nəm balansını təmin edəcək və saçlarınızı ipək kimi hamar hiss edəcəkdir.

 

Gözəl saçlar: Şampun və balzam olmadan

Saçlar öz-özünə gözəlləşməyəcək - bir az səy göstərməlisiniz. Həftədə bir və ya iki dəfə saç maskası tətbiq edin. Qidalandırıcı maddələr saçın dərin hissəsinə nüfuz edir və onu yaxşılaşdırır. Maskanı saçın uclarına çəkin və köklərə toxunmadan bütün uzunluğu boyunca yayın. Maskanı təxminən 5 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Beləliklə, parlaq və ipək kimi yumşaq gözəl saçlar əldə edəcəksiniz. Formalı gözəl saçlar. Saç musu və saç spreyi gözəl saçlara istənilən forma verməyə kömək edən vacib vasitələrdən biridir. Stil məhsullarının çeşidi müxtəlif olub, müxtəlif saç qrupları üçün nəzərdə tutulub. Əlavə həcm, parlaqlıq və ya fiksasiya - NIVEA-nın düzgün stil məhsulu ilə gözəl saçlar daha yaxşı görüntüyə sahib olacaq.