• Hamısı
  • Duş gelləri
  • Sabunlar
Filtr
Sıralamaq
Sıralamaq

Təmizləyici bədən baxımı: innovasiya

Təmizləyici bədən baxım məhsullarının əsasən kremlər və gellərdən ibarət olduğunu düşünə bilərsiniz. Lakin NIVEA məhsul çeşidi sizə daha çox şey təklif edir. NIVEA mütəxəssisləri hər zaman istədiyiniz nəticəni əldə etməyiniz üçün yeni müasir məhsul və maddələr axtarışındadır. Bunun sayəsində təmizləyici qulluq məhsullarımızın unikal bir xəttini sizlərə təqdim edirik. Buraya nəmləndirici duş losyonları daxildir ki, bunlar yalnız dərinizə zəriflik və baxım vermir, həm də vaxtınıza qənaət etməyə şərait yaradır. Eyni zamanda bədən qulluğuna yumşaq təmizləyici bədən musları, duş yağları və yağ hissəcikləri olan gel daxildir, hansı ki, bu da öz növbəsində intensiv nəmləndirməni təmin edir. Yenilikçi düsturlar əsasında hazırlanan bədən təmizləyicilərinə əlavə olaraq, effektivliyi zamanla sınanan ən sevdiyiniz klassik məhsullar aiddir.

Duş qəbul etmək əhvalınıza təsir edir


Heç kimə sirr deyil ki, qoxular əhval-ruhiyyəyə çox təsir edə bilər. Buna görə NIVEA-da bədən təmizliyində istifadə olunan ətirləri diqqətlə seçirik və buna görə də müxtəlif ətirlər - meyvə və çiçəkdən sitrus və dəniz ətrini xatırladan xoş ətirlərə qədər müxtəlif aromaları tapa bilərsiniz. Səhər duş qəbul edərkən oyanmaq istəyirsinizsə, enerjinizi artıracaq limon kimi canlandırıcı qoxular təqdim edirik. Axşam yatmadan əvvəl sakitləşdirici bir şeyə ehtiyacınız var? Kakao və bal qarışığı ətirlərini özündə birləşdirən vasitələr ən yaxşı seçimdir. Bütün gün sizinlə olacaq yüngüllük və təravətə üstünlük versəniz, pambıq ətirli məhsullar da təklif edə bilərik. Sadəcə olaraq, duş qəbul edərkən sizin üçün müəyyən bir əhval-ruhiyyə yaradan ətir axtarırsınızsa, bədən təmizliyi üçün geniş məhsul seçimimizdən istifadə edə bilərsiniz.