Adından da bəlli olduğu kimi, qarışıq dəri özündə iki növü birləşdirir: normal və ya hətta quru dəri, bir də yağlılığa meyli olan problemli dəri. T-zonası adlandırılan alın, burun və çənə sahəsi, bir qayda olaraq, parlaq görünür və sızanaqların əmələ gəlməsinə meyli olur. Yanaqlardakı dəri isə, əksinə, normal və ya hətta quru olur. Bu növ dəriyə qulluq üçün xüsusi olaraq qarışıq dəri üçün hazırlanmış və onun təbii su balansını bərpa edən vasitələri seçmək lazımdır.
Qarışıq dərinin əlamətləri:
- yağlı parıltı
- T-zonasında problemlərə meyl
- yanaq zonasında daha quru dəri