Sızanaqlara qarşı vasitələr: yumşaq güc


PROBLEMLİ VƏ YAĞLI DƏRİ ÜÇÜN MƏSLƏHƏTLƏR

Dəridə yağlı parıltı və sızanaqlar yarananda, onun vəziyyəti əsl problemə çevrilir. Sızanaqlar nəzarət altından çıxdıqda isə, çoxlu sayda problem yarada bilər. Nə yaxşı ki, bütün bu bəlalar keçmişdə qaldı. İndi hətta yağlı dəri ilə belə mükəmməl üz rənginə sahib olmaq tamamilə mümkündür!

Yağlı dəri haqda nələri bilmək lazımdır

Yağlı dəri özünə lazım olandan daha artıq dəri piyi ifraz etməyə meyillidir. Bunun günahı bir sıra səbəbdə ola bilər: genetik meyl, stres, hormonal pozuntular, qeyri-sağlam həyat tərzi – bütün bunlar piy vəzilərinin fəallığını stimullaşdırır və dəridə çirklənmələrin yaranmasına gətirib çıxarır.

Bütün bu simptomlar dərinin yağlı olmasına işarə edir

  • Yağlı parıltı: dəri piyi gözə carpandır, o, dəridə yağlı təbəqəni xatırladır.
  • Genişlənmiş məsamələr: əgər dəri həddən artıq dəri yağı ifraz edirsə, məsamələrin divarları daima genişlənmiş olur.
  • Sarımtıl üz rəngi: qanın yağlı dəriyə axını pozulub, bu səbəbdən üz rəngi çox vaxt qeyri-sağlam olur.
  • T-zonasında sızanaqlar: alın, burun və çənədəki dəri çirklənmələrdən xüsusilə əziyyət çəkir.

Səbəb və nəticə – sızanaqlar haradan yaranır

Piy vəziləri dermisdə yerləşir və birbaşa tük follikuları ilə əlaqəlidir. Əgər piy vəzi həddən artıq piy ifraz edirsə, tük follikuları tıxanır və dəridə aydın görünən sızanaqlar yaranır. Piy vəzinin artıqları dərinin təbii turşu mantiyası balansını pozur. Məsamələrə bakteriyalar düşə bilər və bu halda dəridə iltihab yaranır. Qara nöqtələr və onların yaranma səbəbləri haqda daha çox burada öyrənmək olar.

Yağlı dəriyə qulluğun yolları

Yağlı dəri çox diqqət tələb edir və xüsusi qulluğa ehtiyac duyur. Onun sahibləri daima dəri piyinin ifrazına nəzarət etməlidirlər. Bu zaman dəri daha mat olacaq və onda xoşagəlməz sızanaq və qara nöqtələr yaranmayacaq. Yağlı dəri sahibləri bizim tövsiyə etdiyimiz qulluq prosedurları sayəsində eynirəngli üz dərisinə nail ola bilərlər.

Dəri məsamələrinin dərindən təmizlənməsi

Yağlı dəri üçün əsaslı təmizlənmə xüsusilə vacibdir. Lakin bunun üçün sabundan istifadə etmə: sabun üz dərisini qurudur, həmçinin dəri piyininin ifrazını stimullaşdırır. Maqnoliya ekstraktlı NIVEA’s gündəlik təmizləyici gel-skrab Scrub yuyunma skrabı dərini aktiv təmizləyir, yağlı parıltının öhdəsindən gəlməyə kömək edir və məsamələri açır. Bu, bakteriyalara qarşı effektiv mübarizə aparmağa imkan verir, dəri isə gözə çarpacaq dərəcədə daha yaxşı görünür. Təmizlənmə etapından sonra dərini toniklə sevindir. Tərkibində az miqdarda spirt olan toniklər dezinfeksiya effektinə malikdir, onlar yağlı dəriyə özəlliklə yaxşı təsir edir. Öz T-zonana diqqət ayır: NIVEA-dan yumşaq, təmizləyici zolaqlar dəri nöqsanları ilə mübarizə aparır və qara nöqtələrdən azad edir. Sızanaq və çirklənmələrdən effektiv şəkildə qurtulmaq üçün qulluq vasitələri seriyasından istifadə etməyi tövsiyə edirik. Məsələn, NIVEA-dan problemli dəri üçün vasitələr, çünki onlar bir-birini tamamlayır.

Qoy sənin dərin işıq saçsın!

Yağlı dəri sahibləri mütləq nəmləndirici kremdən istifadə etməlidirlər, çünki yağlı dərinin soyuq, isti və ətraf mühitin sairə təsirlərinə qarşı müdafiəyə ehtiyacı var. Bu məqsəd üçün yüngül mayelər və gellər xüsusən uyğun olar. Antibakterial və sakitləşdirici komponentləri olan nəmləndirici vasitələri seç. Maqnoliya ekstraktlı NIVEA normal dəri üçün təravətləndirici tonik problemli dəri üçün nəmləndirici vasitə dərini sadəcə qidalandırmır, həm də matlaşdırıcı effektə malikdir.

Sızanaqlarla mübarizə üsulları

Təmiz dəri üçün məsləhətlər: sızanaqlar yaranmağa macal tapmasın deyə, onları necə qabaqlamaq olar!

  • Qıcıqlandırıcı xarici təsirlərdən uzaq ol: İsti, ovxalanma, aqressiv təmizləyici prosedurlardan uzaq ol: yağlı dəri bütün bunlara qarşı çox həssasdır.
  • Yağ artıqlarını birləşdir: matlaşdırıcı pudralar və tərkibində yağ olmayan tonal əsaslar üzdəki dəri piyinin artıqlarını özünə hopdurur. Əgər üzünün çox parıldadığını görürsənsə, çirklənmiş zonaları ehtiyatla kağız salfetlə qurutmaq olar.
  • Sızanaqlara qarşı skrab və maskalar: Həftədə 2-3 dəfə yumşaq skrabdan istifadə edərək üz səthindən çirki və ölmüş hüceyrələri təmizlə, daha sonra toniklə üzünü təravətləndir və maska vasitəsilə nəmləndir.
  • Kosmetika salonlarına get: Peşəkar kosmetoloqun yanında üzünü müntəzəm olaraq təmizlə. Bu, sənin dərinin xarici görünüşünü üzün müddətlik yaxşılaşdıracaq.
  • Qidalanma və vərdişlərini yenidən nəzərdən keçir: Qeyri-sağlam həyat tərzi, məsələn, siqaret çəkmə və ya stres, dərinin vəziyyətinə mənfi təsir göstərə bilər. Nə yediyinə fikir ver və çoxluca maye iç.

Təbii və ev vasitələri

Üzdəki sızanaq və çirklənmərə qarşı müalicəvi otlar da kömək edir. Məsələn, gülümbahar ləçəyinin tərkibində iltihabaqarşı komponentlər mövcuddur. Bu ləçəklərin cövhərini hazırla. Bu cövhərli islatma dərmanları və kompressləri bir neçə dəqiqəlik qoymaq məsləhət görülür. Tez və asan hazırlanan buxar vannası da sızanaq və qara nöqtələrdən qurtulmağa kömək edə bilər. Çobanyastığı cövhərininin bir neçə damcısını isti suya qat, başını dəsmal ilə ört və üzünü 5 dəqiqə ərzində buxarda saxla. İsti buxar məsamələri genişlədir. Bu üsulla hazırlanan dəri təmizləyici maskanı özünə daha yaxşı hopdura biləcək.
Gülümbahar və ya çobanyastığı ləçəkləri, ya da kompress və ya buxar vannalı xanım.
product-stage-bg