Hər birimiz günəşdə zaman keçirməyi xoşlayırıq: kimi çimərlikdə, kimisi isə dağ xizək yamacında. Sevincli anlar bizi xoşbəxt edir, düzgün müdafiə isə dərimizə xoşbəxtlik bəxş edir. Seçilmiş günəşdən qorunma kreminin dəri üçün nə dərəcədə effektiv olduğunu müəyyənləşdirən göstəricilərdən biri məhz günəşdən qorunma amilidir. NIVEA-nın günəşdən müdafiə vasitələri dərini UV-şüalardan qoruyaraq, günəş yanmalarının əmələ gəlməsinin və sərbəst radikalların formalaşmasının qarşını alır. Günəş vannalarına olan sevgimizə baxmayaraq, biz hamımız bu və ya digər səviyyədə günəşə qarşı həssasıq. Dərinin, saçların və gözlərin rəngindən asılı olaraq, dəri bir neçə növlərə ayrılır. Tünd rəngli dəri ilə müqayisədə, açıq rəngli dərinin daha yüksək səviyyədə qorunma tələb etdiyini nəzərə alaraq biz müəyyən dəri növünün tələbatlarına uyğun seçilmiş səviyyədə günəşdən qorunma amilli günəşdən qorunma vasitələri sırasını hazırlamışıq.
Bunu bilmək vacibdir! Sənin dəri növünə uyğun olan SPF-amili dərinin təbii müdafiəsinin təsir etdiyi müddəti əks etdirir; yəni yanmalar yaranmadan günəşdən qorunma vasitələrsiz günəşin altında qala biləcəyin müddət. Bir qayda olaraq, o, dəri növündən, sənin olduğun yerdən və ilin fəslindən asılı olaraq, 5 - 30 dəqiqə arasında dəyişir.