Doğruluq və şəffaflıq

Biz şadıq ki, NIVEA məhsulları bütün dünyada istifadə olunur. Bu məhsuliyyəti anladığımız üçün məşğul olduğumuz işin əsası dəyərlərimizə və inanclarımıza əsaslanır.

Bizim dəyərlərimiz korporativ və sosial məsuliyyət Kodeksində öz əksini tapmışdır: sənəd ətraf mühit və sosial öhdəliklərimiz, təşəbbüslərimizi, o cümlədən kosmetik markanın heyvanlar üzərində sınağı öz ətraflı təsvirini tapıb. Onlar daha təhlükəsiz və ekoloji cəhətdən təmiz formulalar və maddələr barədə apardığımız araşdırmalarda da nəzərə alınır və tərəfdaşlarımızla birgə heyata keçirilən layihələrin aparıcı qüvvəsidir.

NIVEA-nın Missiyası — insanların qeydinə qalmaqdır

Dünyadakı milyonlarla insan NIVEA məhsullarına güvənir — və biz bu güvəni doğrultmaq üçün əlimizdən gələni edirik. Bizim əsas dəyərlərimizdən biri — qayğıdır. Biz sizin dərinizin gözəlliyinin və sağlamlığının qeydinə qalırıq və ətraf mühiti qoruyuruq. Ona görə də kosmetika üçün seçdiyimiz hər bir tərkib hissəsi daxili keyfiyyət qiymətləndirmə kriteriyalarına cavab verməlidir (ya da daha üstün olmalıdır). Qulluq vasitələrimizin formulları dərinizin təbii funksiyasını yaxşılaşdırmaq və qorumaq üçün nəzərdə tutulub. Öz məqsədimizə çatmaq üçün biz kiçik həcmli tərkiblər istifadə etməyə çalışırıq.

NIVEA planetimizi dəyərləndirir və qoruyur. Artıq uzun illərdir ki, daha təbii formul və tərkiblər üçün axtarışlar aparmağa və daha müasir üsullarla qulluq vasitələrimizi istehsal etməyə davam edirik. Ən qədim kosmetik markalardan biri olaraq, zəngin təcrübəmizi və biliklərimizi bu sahədə mövcud olan ekoloji problemlərin təbliği üçün istifadə edirik. Öz məhsul və vasitələrimizi heyvanlar üzərində sınaqdan keçirmirik. Kosmetik məhsulların heyvanlar üzərində sınağı 2004-cü ildən, komponentlərin sınağı isə 2013-cü ildən qadağan edilib. Təbii ki, Beiersdorf şirkəti bu tələbi dəstəkləyir və müəyyən olunmuş qanuna uyğun olaraq bütün dünyada heyvanlar üzərindəki sınaqdan imtina edir. Artıq 35 ildən çoxdur ki, kosmetik vasitələrin sınanması üçün alternativ metodların inkişafına və beynəlxalq səviyyədə tanınmasına dəstək olmaqdayıq.

NIVEA —bir markadan daha çox şeyi ifadə edir. İlk növbədə, bu insanlar dəriyə qulluq vasitələri üzərində çalışmağı sevirlər. Biz təbiətlə bağlı narahatçılığı anlayırıq və öz üsullarımızla təbliğat aparırıq. Bəzi insanlar könüllülük fəaliyyətinə qoşulurlar (bütün dünyada ağacların əkilməsi), bir çoxları işə gündəlik səfərini velosiped vasitəsilə həyata keçirir. Biz mümkün qədər işgüzar gəzintiləri azaltmağa, əvəzinə telefonla və video konfransla işlərimizi həyata keçirməyə çalışırıq. Addım-addım biz bütünlüklə ekoloji brend olmağa çalışırıq!


Heyvanlar üzərində sınaq

NIVEA heyvanlar üzərində keçirilən sınağa qarşıdır

NIVEA planetimizə və buradakı bütün canlılara hörmətlə yanaşır. Artıq uzun illərdir ki, heyvanlar üzərində testləri əvəz edə biləcək, NIVEA məhsullarının dözümlülüyü və effektivliyini sınamaq üçün fürsət təqdim edə biləcək alternativ test metodlarının axtarış və inkişafını dəstəkləyirik.

NIVEA brendi — kosmetik araşdırmalarda liderlərdən biridir- dünya üzrə 50-dən çox tərəfdaşa malik zəngin əməkdaşlıq tarixi mövcuddur. Və əməkdaşlığın əsas məqsədi — kosmetik vasitələrin alternativ sınağı ilə əlaqədardır. Bir sıra yeni sınaqlar, hətta İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən də təsdiqlənmişdir.

Bundan əlavə sınaqlar hələ də davam edir. Bundan əlavə Beiersdorf şirkəti texnologiyada «çip» in inkişafını dəstəkləyir: sistem bir neçə növ insan hüceyrələrini və toxumalarını birləşdirir və kiçik miqyasda insan biologiyasını simulyasiya edir, bu isə kosmetikanın vitro-ya (canlı olmayan orqanizmə) təsirini yoxlamağa imkan verir.

Kosmetik vasitələrin alternativ sınaq metodlarının dünyada qəbul olunmasına nail olmağa çalışırıq. Hal-hazırda bir sıra dünya ölkələrində - məsələn, Çində - qulluq vasitələrinin hayvanlar üzərində sınağı yerli qanunlara görə vacib xarakter daşıyır. Bizim əsas məqsədlərimizdən biri də belə dünya ölkələrinə əksini sübut etməkdir.


Korporativ-sosial məhsuliyyətin kodeksi

NIVEA brendinin dəyərləri

NIVEA, beynəlxalq bir marka olaraq, dünyanın yerli təchizatçıları ilə işləyir. Biz istehsalın bütün mərhələlərinin marka dəyərlərinə uyğun olduğundan əmin olmaq üçün Korporativ və Sosial Məsuliyyət Kodeksi yaratdıq. Bu kodeks bütün işçilərimiz üçün bələdçi rolunu oynayır. Kodeksdə bir sıra etik müddəalar, həmçinin NIVEA-nın ekoloji təşəbbüsləri yer alır. Sənəd Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və çoxmilli müəssisələr üçün OECD qaydaları əsasında yaradılıb.

Müqavilə bağlanarkən tədarükçü korporativ və sosial məsuliyyət Kodeksinə riayət etməyə razılığını bildirməlidir — müqavilənin bu hissəsinin icrası zamanı xüsusi yoxlama, audit və dəstək sistemi tərəfindən nəzarət həyata keçirilir. Sistem, tədarükçülərə təcrübə mübadiləsi və lazım olduqda marka ilə əlaqə saxlamağa imkan verən əməkdaşlıq platformalarını əhatə edir.