“Bravo”, “Bolmart”, “Grandmart”, “Bizim”, “Megastore”, “Rahat”, “Araz”, “Neptun”, “Port Bazar” supermarket şəbəkələrində “Nivea”

LOTEREYASININ KEÇİRİLMƏSİ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ 

1. Ümumi müddəalar

1.1. Lotereyanın Təşkilatçısı “Bayersdorf Qazaxıstan” MMY-nin sifarişi ilə (sonradan – Sifarişçi) “C141” (Sİ 141) Məhdud Məsuliyyətli Cəmiyyətidir (yerləşdiyi ünvan: AZ1025, Bakı, Azərbaycan, Ələddin Quliyev küç. 1131, Babək Plaza, ofis B6-06) (sonradan – Lotereyanın Təşkilatçısı).

1.2. Lotereyanın adı “Nivea” (sonran mətndə - “Lotereya”).

1.3. Lotereyanın forması – stimullaşdırıcı tirajlı lotereya.

1.4. Lotereyanın keçirildiyi ərazi – Azərbaycan Respublikası.

1.5. Lotereyanın keçirildiyi ümumi müddət - 22 may 2023-cü il tarixdən 16 iyul 2023-cü il tarixədək daxil olmaqla (sonradan mətndə - “Lotereyanın keçirildiyi dövr”).

1.6. Lotereyanın rəsmi qaydaları (sonradan – Qaydalar) https://t.me/niveapromoaz_bot Teleqram-botunda və www.nivea.az saytında (sonradan – Tətbiqin səhifəsi)

2. Sdatışlarının stimullaşdırılması məqsədilə Lotereya keçirilən malların adları

2.1 Lotereya «Nivea®️» əmtəə nişanının dəriyə qullu məhsulları ilə əlaqədar keçirilir, yəni:

  • üz üçün bütün məhsul çeşidi;
  • kişilər üçün bütün məhsul çeşidi;
  • əl və bədən üçün bütün məhsul çeşidi;
  • vanna və duş üçün bütün məhsul çeşidi;
  • dodaqlara qulluq üçün bütün məhsul çeşidi; • günəşdən müdafiə üçün bütün məhsul çeşidi;
  • saçlara qulluq üçün bütün məhsul çeşidi;
  • dezodorant və antiperspirant məhsulların bütün çeşidi.

3. Lotereyanın iştirakçısı olmaq üçün fiziki şəsin riayət etməli olduğu şərtlər

3.1 22 may 2023-cü il Bakı vaxtı ilə saat 00:00-dan 16 iyul 2023-cü il Bakı vaxtı ilə saat 23:59-dək (sonradan mətndə – “Lotereyada iştirak üçün ərizələrin qəbulu dövrü”) “Bravo”, “Bolmart”, “Grandmart”, “Bizim”, “Megastore”, “Rahat”, “Araz”, “Neptun”, “Port Bazar” ticarət şəbəkələrindən ən az 2 (iki) ədəd Lotereya məhsulun almaqla və lotereyanın bütün öhdəliklərini yerinə yetirməklə Lotereyanın iştirakçısı olmaq olar.

3.2 Lotereyada iştiraka Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli vətəndaşları və Azərbaycan Respublikasında yaşayış icazəsi olan, Lotereyanın keçirildiyi dövrdə daim Azərbaycan Respublikasının ərazisində yaşayan, Lotereyanın keçirilməsi anına 18 (on səkkiz) yaşı tamam olmuş şəxslər (sonradan – Lotereyanın iştirakçısı) buraxılır.

3.3 Aşağıdakı şəxslər Lotereyada iştiraka buraxılmır: Lotereyanın Təşkilatçısının işçiləri, onların ailə üzvləri, lotereyanın keçirilməsində maraqlı olan və onun fəaliyyətinə hüquqi əhəmiyyətli hərəkətlərlə təsir göstərmək imkanına malik olan şəxslər, Lotereyanın Təşkilatçısı ilə müəyyən olunmuş mülki-hüquqi və digər münasibətlərə malik və Lotereyanın təşkili və/və ya keçirilməsi ilə əlaqədar olan üçüncü şəxslərin işçiləri və nümayəndələri, həmçinin onların ailə üzvləri, vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasından yaşayış icazəsi olmayan şəxslər.

3.4 Lotereyada iştirak etməklə Lotereyanın İştirakçısı bu Qaydalarla tanış olduğunu və tam razı olduğunu, həmçinin onların bütün şərtlərinə və tələblərinə əməl etməyi öhdəsinə götürdüyünü təsdiq edir.

3.5 Lotereyanın bir İştirakçısı Lotereyada yalnız bir mobil telefon nömrəsindən istifadə etməklə iştirak edə bilər. Lotereyanın bir İştirakçısı tərəfindən Lotereyada iştirak üçün birdən artıq mobil telefon nömrəsindən istifadə aşkar olunduqda Lotereyanın belə İştirakçısı Lotereya çərçivəsində hər hansı mükafatı almaq hüququnu itirir. Qeydiyyat zamanı bir neçə mobil telefon nömrəsindən istifadə edən Lotereya İştirakçısının müəyyən edilməsinin identifikatoru bir neşə nömrə üzrə üst-üstə düşən yaşayış ünvanıdır, bu halda Lotereyanın Təşkilatçısı Lotereyanın İştirakçısını Lotereyada iştirak etmək hüququndan məhrum edə və Lotereyanın həmin İştirakçısı tərəfindən artıq udulmuş hədiyyələri tam və ya qismən geri götürə bilər.

4. Lotereyanın iştirakçısı olmaq və hədiyyə qazanmaq imkanını əldə etmək üçün 22 may 2023-cü il saat 00:00-dan 16 iyul 2023-cü il 23:59-dək (Bakı vaxtı ilə saat) aşağıdakı hərəkətləri etmək lazımdır:

  • “Bravo”, “Bolmart”, “Grandmart”, “Bizim”, “Megastore”, “Rahat”, “Araz”, “Neptun”, “Port Bazar” ticarət şəbəkələrindən 2.1 bəndində sadalanan Lotereya məhsullarından ən az 2 (iki) ədədini əldə etmək və ticarət şəbəkəsindən 2.1 bəndində qeyd olunan Lotereya məhsulunun əmtəə mövqeyi qeyd olunan kassa çekini almaqla təsdiqləmək;
  • düzgün məlumatı qeyd etməklə https://t.me/niveapromoaz_bot Teleqram-botda qeydiyyatdan keçmək, yəni:
    • adı
    • əlaqə telefon nömrəsi
    • e-mail
    • qeydiyyat məlumatlarında qeyd olunan mobil telefonuna gələn SMS vasitəsilə alınan qısa kodu daxil etməklə mobil telefon nömrəsini təsdiq etmək.

4.1. Hədiyyələrin uduşunda iştirak etmək üçün 2.1 bəndində qeyd olunan ən az 2 (iki) ədəd lotereya məhsulunu əldə etmək və həmin çeki https://t.me/niveapromoaz_bot Teleqram-botda qeydiyyatdan keçirmək.

4.2. Yüklənən çeklər yükləndiyi andan etibarən 48 saat ərzində Lotereyanın şərtlərinə uyğun olub-olmamasına görə yoxlanılır (çoderasiyadan keçir). Uğurlu moderasiyadan keçdikdən sonra şəxsi kabinetdə hər və rəqəmlərdən ibarət 8 simvollu kod təqdim olunur.

4.3. Təsvir qeyri-oxunaqlı (məsələn, qismən zədələnmiş, aydın olmayan) və ya saxta hesab olunduğu halda Təşkilatçı çeki qəbul etməyə bilər.

4.4. Çekdəki bütün məlumatlar oxunaqlı olmalıdır. Çekin təsviri aydın və oxunaqlı olmalıdır. Faylın növü: JPEG, JPG, ölçüsü 10Mb-dan çox olmamaqla, icazəsi 200 (iki yüz) dpi-dən az olmamaqla. Fotoşəkil olmayan təsvirlərə (skrinşotlar, əkslər, rəsmlər, kompüter qrafikası, fotomontaj) yol verilmir.Çekin fotoşəkli yuxarı və aşağı kənarları da daxil olmaqla tam çəkilməlidir. Çekin təsviri tam şaquli şəkildə olmalı, çekin fotoşəkli düz bucaq altında çəkilməlidir.

4.5. Eyni çekin təsviri sayda Lotereyanın keçirildiyi müddət ərzində yalnız bir dəfə yüklənə bilər.

4.6. Bir kassa çeki üzrə 2 (iki) vahiddən artıq Lotereya məhsulu əldə olunduqda həmin çek üzrə Lotereyada iştirak üçün yalnız bir malı istifadə etmək olar. Yüklənən mal çekləri uduş zamanı Lotereyanın Təşkilatçısını təqdim etmək üçün mütləq saxlanılmalıdır.

4.7. Teleqram-botda qeydiyyat zamanı iştirakçı https://www.instagram.com/nivea_az/?igshid=MzRlODBiNWFlZA%3D%3D Instagram səhifəsində əlavə aktivlikdə iştirak imkanını əldə edir. “Instagram səhifəsinin ünvanını daxil edin” bölməsində iştirakçı öz Instagram profilinin linkini qeyd edə və https://www.instagram.com/nivea_az/?igshid=MzRlODBiNWFlZA%3D%3D səhifəsinə abunə ola bilər. Instagram səhifəsində iştirakçılar arasında əlavə biletlər oynanılacaq. Ətraflı məlumatla https://www.instagram.com/nivea_az/?igshid=MzRlODBiNWFlZA%3D%3D Instagram səhifəsində tanış ola bilərsiniz.

5. Hədiyyə fondunun tərkibi və həcmi

Lotereyanın hədiyyə fondu Lotereyanın Təşkilatçısının pul vəsaitləri və əmlakı hesabına formalaşır və aşağıdakı hədiyyələrdən ibarətdir:

Hədiyyələr

  • Sea Breeze konsertlərinə bilet – bütün Lotereya dövrü ərzində cəmi 80 ədəd; hər tirajda 10 ədəd; (hər qalibə 2 əd.); cəmi 4 tiraj.

6. Hədiyyə fondunun oynanılmasının keçirilməsi qaydası, o cümlədən Lotereyanın qaliblərinin müəyyən edilməsi qaydası və məlumatlandırma üsulu:

6.1 Hədiyyə sahiblərinin müəyyən edilməsi hər lotereya həftəsi başa çatdıqdan sonra növbəti gün qeydiyyatdan keçmiş və cari həftə üzrə lotereya məhsulu ilə minimum 1 çek yükləmiş iştirakçılar arasında aparılır. Qalibin müəyyən edilməsi lototronun köməyi ilə iştirakçıların çeklərinin təsadüfi müəyyən edilməsi yolu ilə baş verir. Qaliblərin müəyyən edilməsi zamanı Lotereyanın Təşkilatçısı hər bir Hədiyyə üçün əsas və ehtiyat qalibləri seçir.

Lotereya tirajlarının oynanılma tarixləri*:

 1-ci tiraj  05.06.2023 
 2-ci tiraj  19.06.2023 
 3-cü tiraj  03.07.2023 
 4-cü tiraj  17.07.2023

6.1. Qaliblər müəyyən olunduqdan sonra Lotereyanın Təşkilatçısı tərəfindən qazanan çekin qeydiyyatdan keçirildiyi mobil rabitə operatorunun abonent nömrəsinə telefon zəngi və elektron poçt vasitəsilə Lotereyanın qazanan İştirakçısına məlumat verilir. Lotereyanın Təşkilatçısı belə qalib müəyyən olunduğu andan etibarən 2 (iki) iş günü ərzində qaliblə əlaqə saxlaya bilmədikdə qeyd olunan şəxs müvafiq hədiyyəni almaq hüququndan məhrum edilir və Lotereyanın Təşkilatçısı hədiyyəni təqdim etmək üçün ehtiyat qaliblə əlaqə saxlayır. Lotereyanın Təşkilatçısı yuxarıda qeyd olunan müddət ərzində ehtiyat qaliblə əlaqə saxlaya bilmədikdə belə qalib müvafiq hədiyyəni almaq hüququndan məhrum edilir və Lotereyanın Təşkilatçısı belə hədiyyə üzərində öz mülahizəsinə görə sərəncam verə bilər.

6.2. Lotereyanın İştirakçısı Lotereyanın bütün dövrü ərzində 1 (bir) hədiyyədən artıq hədiyyə qazana bilməz.

6.3. Lotereya qaliblərinin tam siyahısı 22 iyul 2023-cü il tarixdən gec olmamaqla (sonradan mətndə - “Lotereyanın keçirilməsinin nəticələrinin dərc olunduğu tarix”) https://t.me/niveapromoaz_bot Teleqram-botda yerləşdiriləcək.

7. Lotereyanın qaliblərinə hədiyyələrin verilməsi qaydası və müddəti

7.1. Uduşdan sonra 2 (iki) iş günü ərzində Lotereyanın “qaynar xətt”inin operatorları, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, yaşayış yerinin tam ünvanı, yaş, həmçinin əmtəə çekinin əsli və Lotereyaya aid digər məlumat da daxil olmaqla, əlaqə məlumatının, yəni qalibin fərdi məlumatlarının dəqiqləşdirilməsi üçün qaliblərə zəng edə bilər.

7.2. Hədiyyəni almaq üçün qalib uduş haqqında bildirişi aldığı andan etibarən Lotereyanın Təşkilatçısına aşağıdakı sənədləri təqdim etməlidir:

1) pasportun surəti;

2) uduşların oynanılmasında iştirak üçün Malın alınmasını təsdiq edən kassa çekinin fotosu

3) poçt indeksi ilə faktiki yaşayış yerinin ünvanı;

7.3. Hədiyyəni almaq üçün hədiyyəni qazanan Lotereya İştirakçısı “C141” , AZ1025, Bakı ş., Azərbaycan, Babək pr-ti, Ələddin Quliyev küç. 1131, Babək Plaza, ofis B6-06 ünvana hədiyyənin rəsmi təqdimatına gəlməlidir. Mükafatlandırma tarixi tərəflərin razılığına əsasən faktiki olaraq, lakin 09.06.23; 23.06.23; 07.07.23 və 21.07.23-cü il tarixlərdən gec olmamaqla təyin olunur. Qeyd olunan ünvana qədər nəqliyyat xidmətlərinə bütün xərclər Mükafatı alanın üzərinə düşür.

7.4. Vacib şərt qalibin Lotereya Təşkilatçısının şəhərində (Bakı ş.) olması, həmçinin Təhvil-təslim aktının imzalanmasıdır.

7.5. Lotereyanın Təşkilatçısı uduş haqqında bildirişi aldığı andan etibarən 1 (bir) təqvim günü ərzində Qalibdən 7.2 bəndində qeyd olunan sənədləri ala bilmədikdə belə qalib belə mükafatı almaq hüququndan məhrum edilir və Lotereyanın iştirakçısı belə mükafat üzərində öz mülahizəsinə görə sərəncam verə bilər.

7.6. Lotereyanın qalibləri tərəfindən Qaydalarla nəzərdə tutulan hədiyyələrin alınması şərtləri və müddətləri yerinə yetirilmədikdə müvafiq mükafatın verilməsindən imtina edilə və/və ya Lotereyanın qalibi müvafiq hədiyyəni almaq hüququndan məhrum edilə bilər.

7.7. Lotereyanın Qalibinin adından hədiyyənin əldə olunması ilə əlaqədar hərəkətləri onların qanuni nümayəndələri həyata keçirir, onların səlahiyyətləri Lotereyanın təşkilatçısı tərəfindən lazımi şəkildə təsdiq edilməlidir.

7.8. Hədiyyələr Lotereyanın İştirakçılarına bu Qaydalarla nəzərdə tutulan qaydalardan fərqli şəkildə təqdim edilə bilməz. Lotereyanın İştirakçısı hədiyyəni almaqdan imtina etdikdə, Lotereyanın İştirakçısı bu Qaydaların tələblərini yerinə yetirmədikdə və ya hədiyyəni müəyyən olunmuş müddətdə və müəyyən olunmuş qaydada almadıqda, Lotereyanın İştirakçısı mükafatı almaq hüququndan məhrum olur və Lotereyanın qalibinə çatacaq hədiyyə Lotereyanın Təşkilatçısında qalır.

7.9. Lotereyanın Təşkilatçısından asılı olmayan səbəblərdən qeydiyyat zamanı qeyd olunan mobil və/və ya stasionar nömrələrlə, elektron poçtla elektron məktub göndərmək vasitəsilə Lotereyanın İştirakçısı ilə əlaqə saxlamaq imkanının olmaması, həmçinin Lotereyanın İştirakçısı qismində qeydiyyat zamanı göstərdiyi ünvanlarda olmaması Lotereyanın Təşkilatçısını məsuliyyətdən azad edir.

8. Lotereyanın ümumi şərtləri

8.1. Hazırkı Qaydalarla https://t.me/niveapromoaz_bot Teleqram-botunda və www.nivea.az saytında tanış olmaq olar.

8.2. Lotereyada iştirak faktı bildirir ki, Lotereyanın İştirakçıları adlarının, ata adlarının, soyadlarının, fotoşəkillərinin, onlar haqqında video, audio və digər materialların Lotereyanın Təşkilatçısı tərəfindən Lotereyanın keçirilməsi ilə bağlı istənilən reklam və (və ya) informasiya materiallarında Lotereyanın İştirakçılarına hər hansı haqq ödənilmədən istifadə edilməsinə razılıq verir. Lotereyanın Qalibi ona hər hansı haqq ödənilmədən kütləvi informasiya vasitələrində müsahibəyə və həmin Lotereyanın keçirilməsi ilə əlaqədr hazırlanan reklam materialları üçün çəkilişin aparılmasına razılıq verir. Belə reklam materiallarına bütün hüquqlar Lotereyanın Təşkilatçısına aiddir. Lotereyanın qalibi lotereyanın şərtlərini yerinə yetirməkdən imtina etdikdə təşkilatçı həmin qalibi birtərəfli qaydada hədiyyədən məhrum edə bilər.

8.3. Teleqram-botda qeydiyyatdan keçməklə Lotereyanın İştirakçısı şəxsi və düzgün məlumatları bildirdiyini təsdiq edir və Lotereyanın Təşkilatçısından reklam lotereyaları və lotereya haqqında məlumatın, hədiyyələrin, məhsul nümunələrinin və digər təkliflərin alınmasına razılıq verir. Lotereyanın İştirakçısının razılığı Lotereyanın Təşkilatçısı və/və ya onun səlahiyyətli nümayəndələri tərəfindən reklam Lotereyaları və Lotereyanın Təşkilatçısının promoları ilə əlaqədar Lotereyanın İştirakçıları ilə, o cümlədən elektrik rabitə şəbəkələri ilə, SMS-məlumat və ya elektron poçt vasitəsilə əlaqə qurmaq üçün Lotereyanın Təşkilatçısına və onun tərəfindən müvəkkil edilən, belə məlumatları icazəsiz yayılmadan qorumaq üçün zəruri tədbirlərə əməl edəcək şəxslərə Lotereya İştirakçısının anketdə qeyd olunan məlumatlarının toplanmasını, saxlanmasını, emalını və istifadəsini həyata keçirmək hüququ verir.

8.4. Lotereyanın İştirakçısı geri götürmə haqqında imzalanmış yazılı bildirişi AZ1025, Bakı ş., Azərbaycan, Babək pr-ti, Ələddin Quliyev küç. 1131, Babək Plaza, ofis B6-06 ünvana göndərməklə, bildirişdə Lotereya İştirakçısının Lotereyada iştirak üçün öz qeydiyyat məlumatları sırasında bildirdiyi soyadını, adını, ata adını, doğulduğu tarixi və ünvanını qeyd etməklə öz razılığını geri götürə bilər.

8.5. Razılığın geri götürülməsi haqqında Bildirişi aldığı halda Lotereyanın Təşkilatçısı və onun müvəkkil şəxsləri belə Lotereya İştirakçısının fərdi məlumatlarının emalını dayandırır və onun fərdi məlumatlarını geri götürmə haqqında bildiriş daxil olduğu gündən etibarən ən gec beş iş günü ərzində məhv edir.

8.6. Lotereyanın Təşkilatçısı Lotereya İştirakısı tərəfindən fərdi məlumatların geri götürülməsi səbəbindən Lotereyanın İştirakçısının fərdi məlumatlarının məhv edilməsi nəticəsində Lotereyanın keçirilməsi ilə bağlı hərəkətlərin icra edilməməsinə görə məsuliyyət daşımır.

8.7. Lotereyanın keçirilməsi zamanı Lotereya İştirakçıları tərəfindən alınan hədiyyələrə görə vergilərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir, 10% dərəcə ilə vergi Təşkilatçı tərəfindən ödənilir.

8.8. Lotereyanın Sifarişçisi və Təşkilatçısı qarşısıalınmaz hallar və/və ya onun səlahiyyətindən kənar hallar səbəbindən Lotereyanın müddətlərinin başqa vaxta keçirilməsinə və digər dəyişikliklərə görə məsuliyyət daşımır.