Körpə qulluğu: əsaslar

Körpə qulluğu ilə əlaqədar hər şey öyrənin - uşaq bezlərinin dəyişdirilməsi, körpənin yuxuya hazırlanması və günəşdən qorunması üçün məsləhətlər.

Körpənizə qayğı və əlaqə

Ana və körpə ilk dəfə qarşılaşanda inanılmaz əlaqə yaranır. Bu erkən mərhələlərdə körpənizə qayğı göstərmək bir az çətin ola bilər, lakin körpə qulluğu qaydalarını öyrəndikdən sonra işlər yerinə düşəcək.

Tanışlıq

Əksər analar övladlarına bağlı olsalar da, əsas  olan, bir-birlərinə öyrəşmək və rahatlıq hiss etməkdir. Bu erkən mərhələlərdə uşağınızla keçirdiyiniz vaxt  əlaqə qurmaq üçün vacibdir.

Bu anlardan zövq alın

Körpənizlə vaxt keçirərkən əvəzolunmaz anlar toplamış olursunuz  - çimərkən, bezləri dəyişərkən və ya yatarkən. Yalnız siz bu anları nə vaxtsa yaşaya bilərsiniz

Körpənizin həssas dərisinə qulluq

 Məlumdur ki, körpələr xüsusi qorunmaya ehtiyacı olan incə və zərif dəriyə sahibdir. Qoruyucu xüsusiyyətləri tam inkişaf etmədiyi üçün, spirt kimi müxtəlif maddələrə qarşı qızartı, qıcıqlanma və həssaslığa meylli ola bilər.

 Bez ilə təmasda olan sahələr olduqca həssas olur. Həmin hissəni təmiz və rahat saxlamaq körpənizin rahatlığı üçün vacibdir.  NIVEA Baby Pure&Sensitive Wipes dərinin təbii pH5 balansını qoruyaraq təmizlənir.

 Bezdən yaranan qızartı uşaqlar arasında çox yayılan bir haldır. Qızartı bakteriyal infeksiyaya, qidalanmaya və ya sadəcə sürtünməya görə ola bilər. Bezlərini dəyişdirmək və dərini təmizləmək qarşısını almaq üçün vacib addımlardır. NIVEA Baby məhsullarından istifadə zərif dəri quru və rahat saxlamağa kömək edir.

 

 

Sağlam körpə dərisi üçün 5 məsləhət

  1. Körpə dərisini UB şüalarından zədələri düzəldə bilmədiyi üçün birbaşa günəş işığından uzaq saxlayın.

  2. Güclü yuyucu vasitələrdən istifadə etməyin, onlar qıcıqlanmaya səbəb ola bilər.

  3. NIVEA Baby Soft Creme kimi körpənizi yuymaq və dərisini yaxşı nəmləndirmək üçün  NIVEA Baby Shampoo&Bath kimi məhsullardan istifadə edin.

     

  4. Qurudulmaması üçün körpənizi həftədə 1-2 dəfədən çox yuyunmayın.

  5. Körpənizin paltarlarının yumşaq, təbii parçalardan hazırlandığından əmin olu.

Bezi necə dəyişdirmək olar?

Uyğun yer tapın

Bezi dəyişdirmək üçün təmiz və hamar bir səth tapın - masa və ya bez masası uyğun olar. Körpənizi yumşaq, yuyula bilən mat, yorğan və ya dəsmalın üstünə qoyun.

Bezi necə dəyişdirmək olar?

Köhnə uşaq bezinin çıxarılması

Körpəni soyundurun, uşaq bezini açın, təmizlik üçün salfetlər istifadə edin və bezi körpənin altına salın.

 

Bezi necə dəyişdirmək olar?

Körpənizin poposunu təmizləyin

Körpənizin hər bir hissəsini tamamilə təmizlədiyinizdən əmin olmaq çox vacibdir. NIVEA Baby Soft& Cream Wipes bunun üçün mükəmməldir və təmizlənmiş bölgələri sakitləşdirir.

 

Bezi necə dəyişdirmək olar?

Həssas bölgələrin qorunması

Nəm uşaq bezləri sürtünmə qızartı və qıcıqlanma yaradır. Təmizlədikdən sonra NIVEA Baby Saf və Sensitve SOS ilə yumşaldın. Sink oksidi tərkibli zərif şəkildə dərini yumşaldır və qıcıqlanmadan qoruyur.

Bezi necə dəyişdirmək olar?

Körpəyə yeni bezin taxılması

Yapışqan hissəsini yuxarıya tərəf çəkərək  körpənin altına təmiz bezi qoyun, özünüzə və yuxarıya çəkin və yapışqan ilə yaxşı bağlayın!

 


Gündəlik körpə qulluğu üçün məsləhətlər

Bu qədər ziddiyyətli tövsiyələrlə çətin ola bilər, amma məsləhətlərimiz sizi düzgün istiqamətə yönəldəcəkdir.

 

Körpənizi yuxuya necə hazırlamaq olar

Anaların ilk illər yaşadığı ən çətin  vəziyyətlərdən biri körpənin gecə yuxudan oyanmasıdır. Körpəni yatağa necə qoymağın və onu yatmadan öncə necə saxlamağın sehrli bir düsturu yoxdur. Ancaq cəhd edə biləcəyiniz bir neçə strategiyanı bilməyinizdə fayda var.

 

Canlı keçən aktiv gündüz ilə sakit bir gecə arasındakı fərqi anladığınızdan əmin olun və körpənin bioloji saatına uyğunlaşmasına icazə verin. Yatmazdan əvvəl çimizdirmək və yumşaq işıqlandırma kimi “ayinlərdən” istifadə etməklə körpənin rahat yatmasına şərait yarada bilərsiniz. Körpənizin yuxuya getməsinə asan və sadə prosedurlarla hazırlıq görün.

 

Bəzən uşaqlar tanış bir qoxuya sahib yorğan və ya yumşaq oyuncaqla özlərini təhlükəsiz hiss etməyi sevirlər. Həmişə bu əşyanın uşağın yanında olmasına  və onun özünü təhlükəsiz hiss etməsinə nəzarət edin!

 

Körpənizə qida verdikdən dərhal sonra onu yatağa qoymayın. Belə etsəniz körpə bu iki hərəkəti beynində assossasiya edəcək və gecə yarısı yuxudan oyandıqda ona yemək verməyinizi gözləyəcək.

Yatmış körpə xoşbəxt ana deməkdir

Ana və körpənin yuxu dövrlərinin eyni olması nadirdir. Hər bir uşağın özünəməxsus xüsusiyyətləri var və əksər valideynlər üçün ən yaxşı yol, yorğunluq hissi keçirməmək üçün körpə ilə eyni zamanda yatmaqdır.

 

Yay ayları üçün körpəyə qulluq

  • Yaz aylarında uşağınızın uyğun geyimlərlə təmin olunmasına diqqət yetirin. Yüngül və açıq rəngli geyimlər yüksək temperatur zamanı onu qorumağa şərait yaradır. Üzünü günəş şüalarından qorumaq üçün papaq taxmağı unutmayın.

  • Körpə dərisinin uyğun nəm balansını saxlanması yay aylarında xüsusilə vacib xarakter daşıyır. İsti havalarda daha tez-tez əmizdirdiyinizdə fayda var. Bundan əlavə, uşağınıza tələb olunan miqdarda su verə bilərsiniz.

  • Sərinləmək vacib amildir, beləki, körpələr böyüklər kimi effektiv şəkildə təravətləndirmək üçün tərləmirlər, buna görə də körpənin bədən temperaturunun sərin olmasına diqqət yetirmək vacibdir.

  • Bildiyimiz kimi günəşin təsirli şüalarından qorunmaq çox vacibdir, ancaq körpə dərisi o qədər incə və zərifdir ki, birbaşa günəş işığı ilə təmas etməməsi məsləhətdir. Günəşin zərərli təsirindən qoruyacaq  kölgə bir ərazi tapmaq və orada vaxt keçirmək körpəniz üçün daha faydalı ola bilər.

  • Temperaturun yüksək olduğu zamanlarda uşağınızı açıq havaya çıxarmamaq məsləhətdir. Saat 10: 00-dan 14: 00-a qədər günəşdə olmaq körpələr üçün riskli ola bilər. Bu müddət ərzində körpənizin dərisinin yanması və ya həddindən artıq qızması üçün günəşli havada 10-15 dəqiqə qalması kifayətdir.

KÖRPƏNİZİN QULLUĞU ÜÇÜN ƏN YAXŞI MƏHSULLAR