
NIVEA şirkətinin ekoloji fəaliyyəti
Bizim ekoloji istehsala yolumuz
NIVEA adı etibar və keyfiyyətin sinoniminə çevrilmişdir, buna görə də, biz daima məhsullarımızın ətraf mühitə təsirinin ardıcıl azaldılması üzərində çalışırıq. Qayğı fəaliyyətimizin təməl daşıdır. Beləcə, insanlar bizim hər bir təşəbbüsümüzün mərkəzində olurlar.
Yüksəkkeyfiyyətli məhsullar üçün yüksəkkeyfiyyətli inqrediyentər.
Məhsullarımızın istehsalında istifadə etdiyimiz bəzi inqrediyentlər yalnız məhdud sayda mövcuddur və asanlıqla gələcəkdə yox ola bilər. Buna görə, biz xam malların tükətdirməyən istifadəsini dəstəkləyir və bizim yüksək standartlarımıza uyğun olam alternativlərin hazırlanmasına daima diqqət yetiririk.
Heyvanlar üzərində təcrübələrə alternativlər
2004-cü ildə AŞ-da kosmetik vasitələrin heyvanlar üzərində sınaqları qadaqan edilmişdir, 2013-cü ildə isə bu məhsulların hazırlanmasında istifadə olunan inqrediyentlərin sınaqları da qadağan edilmişdir. Lakin Beiersdorf şirkəti hələ bundan uzun müddət öncə hər imkanda heyvanlar üzərində sınaqların keçirilməsindən uzaq dururdu. Biz əminik ki, məhsullarımızın təhlükəsizliyinin və effektivliyinin təsdiqi üçün onları heyvanlar üzərində sınamaq heç də mütləq deyil.