Sun protection factor

Hansı günəşdən qorunma amili ilə olan krem mənə daha çox uyğundur?

Öz dərin üçün optimal günəşdən qorunma kremini tap

Günəşdən qorunma amili günəşdən qorunma kreminin dəriyə təsirinin effektivliyini və davamlılığını müəyyənləşdirən göstəricidir. Öz dəri növün üçün günəşdən qorunma amilini seçməyin yolunu öyrən.

Günəşdən qorunma amilinin düzgün seçilməsi günəş altında qayğısız istirahətin təminatıdır.

Günəşdən qorunma amili (SPF)

Hər birimiz günəşdə zaman keçirməyi xoşlayırıq: kimi çimərlikdə, kimisi isə dağ xizək yamacında. Sevincli anlar bizi xoşbəxt edir, düzgün müdafiə isə dərimizə xoşbəxtlik bəxş edir. Seçilmiş günəşdən qorunma kreminin dəri üçün nə dərəcədə effektiv olduğunu müəyyənləşdirən göstəricilərdən biri məhz günəşdən qorunma amilidir. NIVEA-nın günəşdən müdafiə vasitələri dərini UV-şüalardan qoruyaraq, günəş yanmalarının əmələ gəlməsinin və sərbəst radikalların formalaşmasının qarşını alır. Günəş vannalarına olan sevgimizə baxmayaraq, biz hamımız bu və ya digər səviyyədə günəşə qarşı həssasıq. Dərinin, saçların və gözlərin rəngindən asılı olaraq, dəri bir neçə növlərə ayrılır. Tünd rəngli dəri ilə müqayisədə, açıq rəngli dərinin daha yüksək səviyyədə qorunma tələb etdiyini nəzərə alaraq biz müəyyən dəri növünün tələbatlarına uyğun seçilmiş səviyyədə günəşdən qorunma amilli günəşdən qorunma vasitələri sırasını hazırlamışıq.

Bunu bilmək vacibdir! Sənin dəri növünə uyğun olan SPF-amili dərinin təbii müdafiəsinin təsir etdiyi müddəti əks etdirir; yəni yanmalar yaranmadan günəşdən qorunma vasitələrsiz günəşin altında qala biləcəyin müddət. Bir qayda olaraq, o, dəri növündən, sənin olduğun yerdən və ilin fəslindən asılı olaraq, 5 - 30 dəqiqə arasında dəyişir.

Sun protection factor

Bu formuldan istifadə edərək sən dəri növünə daha çox uyğun olan günəşdən qorunma amilini müəyyənləşdirə bilərsən. Optimal dərəcədə seçilmiş günəşdən qorunma məhsulu sənə dəniz sahilində və ya dağ başında qayğısız şəkildə günəşdən həzz almağa imkan verəcək.

 

Higher sun protection factor

Yüksək dərəcəli günəşdən qorunma amilli günəşdən qorunma vasitələri günəş altında olmaqdan maksimum həzz almağa imkan verir və nəticə olaraq, siz hamar və sağlam şəkildə qaralırsınız. Günəşdən qorunma amili dörd qrupa ayrılır: aşağı (6-10), orta (15-25), yüksək (30-50) və çox yüksək (50+).

Dəri üçün günəşdən qorunma amilini düzgün müəyyən etməyin yolları.

Optimal dərəcəli günəşdən qorunma amilli günəşdən qorunma vasitəsini seçərkən aşağıdakı meyarlara fikir ver:

  • Günəş altında qalmağın davamlılığı
  • Dəri növü
  • Günəş altında olacağın yer
  • Günəş altında olacağın zaman

Tam hazırlıqlı: dərinin müdafiəsini keyfiyyətli kremlə etibar et

Vacibdir! Bir qayda olaraq, bazarda təqdim olunan günəşdən qorunma kremlərinin əksəriyyəti UVB-şüalarından qorunmanı təmin edir. NIVEA-nın günəşdən müdafiə məhsulları UVA-şüalarından da qorunmanı təmin edir. Günəşdən qorunma sırasından olan bütün məhsullarımız UVA və UVB şüalarından qorunma dərəcəsinin nisbətinə dair Avropa şurasının tövsiyələrinə ciddi riayət etməklə hazırlanıb.
 

UV-FİLTRLƏR

MİNERAL FİLTRLƏR

Günəşdən qorunma məhsullarında istifadə olunan mineral UV-filtrlər, bir qayda olaraq, titanın dioksidi və sinkin oksidinin qarışığından ibarət olur. Sözügedən UV-filtrlərdə qoruma mexanizminin təsiri təkcə günəş işığının hopdurulmasına yönəlməyib. Onlar həm də günəş işığını əks etdirən və yayan fiziki ekran funksiyasını yerinə yetirir.

KİMYƏVİ FİLTRLƏR

Günəşdən qorunma vasitələrində mineral filtrlərdən savayı kimyəvi UV-filtrləri də istifadə olunur və onların qoruma mexanizmlərinin təsiri yalnız UV-şüalanmanın hopdurulmasına və zərərli UV-şüaların istilik enerjisinə çevrilməsindən ibarətdir. UVA və UVB şüalarında qorunma dərəcəsinin lazımi nisbətinə nail olmaq və optimal qorunma spektrini təmin etmək məqsədilə günəşdən qorunma vasitələrində qarışıq UV-filtrlərdən istifadə olunur. Həssaslıq və suya davamlılıq kimi amillər də UV-filtrin seçimində vacib rollardan birini oynayır.

DNT ZƏDƏLƏNMƏSİNİN QARŞININ ALINMASI

UVA-şüaların təsiri ağrıverici yanmaların yaranmasına səbəb olmasa da, onlar dəri hüceyrələrinə dərin daxil olaraq azad radikalların formalaşmasını stimullaşdırır və hüceyrələri, gələcək perspektivdə isə DNT-ni zədələyir. UVB-şüaları dərinin yalnız üst səthinə təsir göstərərək, onun üst qatına, epidermisə daxil olur. Məhz onlar dəriyə gözəl tunc rəng ahəngi almağa imkan yaradır, lakin bununla bərabər, yanmaların yaranmasına və dəri xərçənginin inkişaf etməsinə gətirib çıxara bilər, çünki birbaşa DNT-yə təsir edir. Günəşdən qorunma vasitələrindən istifadə orqanizmi UVA/UVB şüaların mənfi təsirindən qorunmağa imkan verir. 

Applying sunscreen

Günəşdən qorunma amili yüksək olduqca, UV-şüalardan qorunma da daha effektvi olur.

 

Yüksək dərəcəli günəşdən qorunma amilli vasitələrdən istifadə edərək, sən təbii qaralmanın yaranması prosesini ləngidirsən. Belə ləngimənin üstünlüyü - mənfi təsirin azalması, qaralmanın verdiyi faydanın artması, həmçinin əldə olunmuş tunc rəng ahənginin dayanıqlığının artmasıdır.

Bölüşməyə tələsirik! NIVEA SUN sırasında təbii qaralmanın yaranmasını stimullaşdıran məhsul vardır. NIVEA® SUN Qorunma və qaralma məhsulunun tərkibindəki təbii bitki ekstraktı melanin ifrazını gücləndirir. Melanin adlanan piqment bədəndə təbii şəkildə ifraz olunur və dərinin UV-şüalardan qorunmasına, eləcə də qaralmanın intensivliyinə görə cavabdehdir. Nəticə - təbii davamlı qaralma.