Skin Type Header

Öz dəri növünü bilirsənmi?

Üz dərisinə qulluq haqda bilməli olduğun hər şey

Qarışıq və ya quru dəri? Normal, problemli və ya həssas dəri? Hər dəri növünün öz özəllikləri vardır. Öz dəri növünü müəyyənləşdirməkdə sənə yardımçı ola biləcək bütün gərəkli məlumatı burada tapacaqsan.

qarışıq dəri

Dəri növü 1: qarışıq dəri

Adından da bəlli olduğu kimi, qarışıq dəri özündə iki növü birləşdirir: normal və ya hətta quru dəri, bir də yağlılığa meyli olan problemli dəri. T-zonası adlandırılan alın, burun və çənə sahəsi, bir qayda olaraq, parlaq görünür və sızanaqların əmələ gəlməsinə meyli olur. Yanaqlardakı dəri isə, əksinə, normal və ya hətta quru olur. Bu növ dəriyə qulluq üçün xüsusi olaraq qarışıq dəri üçün hazırlanmış və onun təbii su balansını bərpa edən vasitələri seçmək lazımdır.

Qarışıq dərinin əlamətləri:

• yağlı parıltı
• T-zonasında problemlərə meyl
• yanaq zonasında daha quru dəri

T-zonasının xüsusi qulluğa ehtiyacı var

T-Zone

Qarışıq dəriyə qulluq üzrə tövsiyələr

  • Üzə qulluq vasitələrini tətbiq etməzdən öncə dərini yaxşıca təmizlə.
  • Yuyunmaq üçün ilıq sudan istifadə et (nə qaynar, nə soyuq).
  • Müntəzəm olaraq nəmləndirici vasitələrdən istifadə et (noxud dənəsi boyda kiçik miqdar tam kifayət edər).
  • Xüsusi olaraq qarışıq dəri üçün hazırlanmış vasitələrdən istifadə et.

quru dəri

Dəri növü 2: quru dəri

Sənin dərin hamar görünmür və qabıq verir? Quru dəridə su və lipid, yəni yağ balansı pozulmuş olur. Belə dəri zəif elastiklik, yığılma hissi və qaşınmaya meyli ilə fərqlənir. O, xarici amillərin təsiri altında çox tez qıcıqlanır. Buna görə, öz dərinin su balansını və, ələlxüsus, quru dəri üçün hazırlanmış kremlərin vasitəsilə qoruyucu xüsusiyyətlərini qoruyub saxlamaq olduqca vacibdir.

Quru dərinin əlamətləri:

• yığılma, qaşınmaya meyl
• quruluq və qabıq vermə
• dəri xarici amillərin, məsələn, hərarətin təsirinə asan reaksiya verir

Dərinin su balansı onun sağlamlığının vacib tərkib hissəsidir

Blemished Skin

Quru dəriyə qulluq üzrə tövsiyələr

  • Düzgün qidalanma dərinə sağlam görünməyə kömək edəcək. Hər gün 2 litr təmiz, qazsız su iç.
  • Günəşdən müdafiə faktorlu gündüz kremi dərini ültrabənövşəyi şüalanmadan qoruyacaq.
  • Serum sənin istifadə etdiyin nəmləndirici vasitələrə çox gözəl əlavə olacaq.
  • Təbii yağlar ilə dəriyə qulluq vasitələri quruluq və yığılma hissindən azad edəcək.

normal dəri

Dəri növü 3: normal dəri

Əgər aynada ensiz məsaməli və sağlam rəngli elastik, hamar dəri görürsənsə, deməli, sən normal dəri növünün sahibisən. Bir qayda olaraq, belə dəri xüsusi problemlər yaratmır, hətta bəzən sən ona lazımi qaydada qulluq edə bilmirsənsə. Lakin hətta normal dərinin öz sağlam görünüşünü qorumaq üçün nəmlənmə və müdafiəyə ehtiyacı var. Dəriyə qulluq üzrə öz individual planını tərtib et!

Normal dərinin əlamətləri:

• hamar, ensiz məsaməli, qüsursuz
• sağlam rəng
• yaxşı qan dövranı, elastiklik

Dəriyə qulluq onun növündən asılıdır!

Mature Skin

Normal dəriyə qulluq üzrə tövsiyələr

  • Dəri təravətli olsun deyə, müntəzəm olaraq, gündüz və gecə qulluq üçün vasitələrdən istifadə et.
  • Üz üçün yumşaq pilinq çirklənmələri və ölü hüceyrələri yox edəcək.
  • Kremi üzünə yüngül, dairəvi hərəkətlərlə tətbiq elə, bu, qan dövranının yaxşılaşmasına səbəb olur.
  • Gözətrafı dəriyə qulluq: qayğı göstərilmiş gözlər üzə işıq saçan görüntü bəxş edir.

Tövsiyələrimiz