Q10 and Q10 plus Header

Cavan qalmağımın sirri? Q10 koenzimli qulluq vasitələri!

Dərinizi cavan saxlayın

Nəyə görə yaşlı görünməlisiniz, əgər bundan yan keçə bilərsinizsə? Q10 koenzimli qırışlara qarşı vasitələrdən istifadə edərək siz dərinizin vaxtından əvvəl yaşlanmasının qarşısını ala bilərsiniz.

Qırışlara qarşı Q10 koenzimli vasitələr

Cavan və elastik dəriyə kim sahib olmaq istəməz ki? Dərinin yaşlanması prosesi dəyişkəndir, o, meyildən və nə dərəcədə sağlam həyat tərzi aparmağımızdan asılı olaraq, müxtəlif insanlarda daha sürətli və ya ləng keçə bilər. Yaşlanmaya qarşı qulluq lazım olduqda NIVEA Q10 vasitələri köməyə gəlir.

Q10 koenzimi haqda faktlar

Q10 koenzimi və ya sadəcə Q10 orqanizmdə təbii yolla əmələ gəlir və onun hüceyrələrinin işləməsində vacib rol oynayır. Bu koenzim, vitaminlərdə olduğu kimi, bütün bədən boyu paylaşıb və çoxlu sayda həyati vacib proseslərə dəstək verir. Özəlliklə, Q10 koenzimi mitoxondriyalarda hüceyrə enerjisinin istehsalı üçün önəmlidir. Bundan başqa, o, antioksidant kimi təsir göstərərək hüceyrələrin içində və daxilində sərbəst radikalları əks etdirir. Sərbəst radikallar dəri yaşlanmasını sürətləndirir və hüceyrələri zədələyir. Bundan savayı, Q10 koenzimi dərinin üzərindəki hüceyrələrin membran və lipidlərinin tərkibində mövcuddur və burada da antioksidant rolunu yerinə yetirir. Q10 koenzimi həmçinin dərini UB-şüaların təsiri nəticəsində yarana biləcək zədələrdən qoruyur.

NIVEA şirkətinin keçirdiyi araşdırmaların nəticələri

Bütün NIVEA vasitələri inkişaf etdirilmiş innovasiyalar mədəniyyətini və dərinin xüsusiyyətlərinin öyrənilməsi üzrə Beiersdorf şirkətinin bir əsrdən çox təcrübəsini özündə birləşdirir. NIVEA şirkətinin araşdırmalar şöbəsi artıq, demək olar ki, 25 ildir ki Q10 koenziminin təsirini fəal şəkildə öyrənir. Alimlərimiz Q10 koenziminin insan dərisinin yaşamındakı rolunu aktiv araşdırır və hələ 1998-ci ildə qulluq vasitələrinə bu fermenti əlavə etməyə başlamışdırlar. Hal-hazırda tərkibində Q10 olan məhsullar bütün dünyada çox məşhurdur: hər iki saniyədə bir NIVEA Q10 məhsulu satılır.

 

 

Dərinin enerji və yaxşı müdafiə xəttinə ehtiyacı var

Skin needs energy

Q10 koenzimi dəriyə enerji istehsal etmək və oksidləşdirici stresdən müdafiə üçün lazımdır. Lakin illər ötdükcə dərimizdə Q10 koenziminin miqdarı azalır. Q10 koenzimli yaşlanmaya qarşı vasitələr dərini effektiv şəkildə dəstəkləyir.

Q10: elmi ixtira

  • Amerikalı alim Frederik Kreyn (Frederick L. Crane) koenzimi 1957-ci ildə kəşf etmişdir. 
  • Britaniyalı kimyaçı Piter Dennis Mitçell (Peter Dennis Mitchell) Q10-nun hüceyrələrə təsirini aydınlaşdırıb. O, bu mövzuya həsr edilmiş işinə görə 1978-ci ildə kimya üzrə Nobel mükafatı almışdır. 
  • Beiersdorf alimləri ilk dəfə 1998-ci ildə Q10-nun dəriyə təsirini araşdıraraq onu qulluqedici məhsullarda istifadə etməyə başlamışdırlar.
     

Q10 koenziminin xüsusiyyətləri

Coenzyme Q10

Q10 koenzimin orqanizmdə ən vacib funksiyaları sırasına enerji istehsalı və hüceyrələrin müdafiəsi daxildir.

Qırış və sellülitə qarşı Q10 koenzimli NIVEA məhsulları

Q10 artıq çoxdan yaşlanmaya qarşı dəriyə qulluq vasitələrinin dəyərli komponenti hesab olunur və NIVEA Q10 məhsul sırasında istifadə olunur.

NIVEA Q10plus Serum

NIVEA şirkətinin araşdırma mərkəzi Q10-nun dəriyə təsiri haqda çoxillik təcrübə və dərin biliklər toplamışdır. İndi bunun sayəsində siz yeni, yüksəkeffektli Q10plus Anti-Wrinkle Serum Pearls formulunun üstünlüklərindən yararlana bilərsiniz.

Patentləşdirilmiş effekt

NIVEA Q10plus Anti-Wrinkle Serum Pearls innovativ vasitə NIVEA Q10plus Anti-Wrinkle xəttinin qırışlara qarşı bütün digər vasitələri ilə müqayisədə dərinin təbii komponenti olan Q10 koenziminin daha çox qatılığına malikdir. NIVEA tarixində ilk dəfə Q10plus active pearls vasitələri qırışlara qarşı yüksəkeffektli zərdabın yaradılması üçün hidrogel ilə birlikdə istifadə olunur. Tərkibində Q10, hialuron turşusu və kreatin olan bu unikal, patentləşdirilmiş formul qırışları gözə çarpan səviyyədə azaldır və onların vaxtından əvvəl yaranmasının qarşısını alır. O, dərini hamarlaşdıra və cavanlaşdıraraq ona qüsursuz görünüş bəxş edir.

Daimi təravət: aktiv dozatorla

Qırışlara qarşı zərdabın dəriyə təsiri hər dəfə ondan istifadə etdikdə yenidən aktivləşir. Dozatora basdıqda çox xırda mirvari dənələri ona doğru yönəlir və daha sonra hidrogel ilə qarışaraq dəriyə asan hopan effektiv zərdab yaradır. İdeal halda NIVEA Q10 plus Anti-Wrinkle Serum Pearls vasitəsini hər gün — səhər və axşam üz dərisinə sürtmək lazımdır. Həmçinin bu vasitə, dərini hamarlaşdırıb düzləşdirdiyinə görə, makiyaj üçün əla əsas kimi xidmət edir.

 

 

Q10 Anti-Wrinkle-Creme

Q10plus — qırışlara qarşı vasitələrin yaradılması məqsədilə araşdırmalar

Q10plus Anti-Wrinkle Serum Pearls vasitəsinin yaradılmasında iştirak edən araşdırmaçılarla tanış olun və bu inqilabi formulun tərkibini öyrənin. 
 

Cavanlığınızı uzun müddətlik qoruyub saxlayın!

Qırışlara qarşı mübarizədə daha yaxşı nəticələr əldə etmək üçün özünə fəal şəkildə qulluq etmək vacibdir. Düzgün qidalanma, hərəkətli həyat tərzi və sağlam yuxu dərini uzun müddət elastik və cavan saxlamağa kömək edəcək.

Tövsiyələrimiz