Greasy Hair Header

Yağlı saçlar? Problem deyil!

Sağlam və parıltılı saçlara qulluq üzrə sadə məsləhətlər

İndicə yuyulmuş saçlar yenə yağlı görünür. Bu vəziyyət sənə tanış gəlirmi? Düzgün qulluğun köməyilə bundan yan keçmək olar.

Yağlı saçlar: səbəbləri və qısa zamanda düzüm üzrə tövsiyələr

Yağlı saçlar necə yaranır?

Saçların yağlı olmasının səbəbi saç köklərinin yanında yerləşən piy vəzilərinin sirrinin həddən artıq intensiv ifrazındadır. Bu, ona gətirib çıxarır ki, köklər, bəzən isə saç telləri qısa zamanda piyli olur. Ən pis halda, hətta yağlı kəpək də yarana bilər.

Dəri piyinin yüksək ifrazının bir sıra müxtəlif səbəbi ola bilər. Stres, qeyri-düzgün qulluq və balanslaşdırılmamış pəhriz də onların sırasına daxildir. Pubertat dövrdə, eləcə də hamiləlik və ya menopauza vaxtı baş verən hormonal dəyişikliklər də həmçinin piy vəzilərinin həddən artıq fəallığına gətirib çıxara bilər.

Bundan başqa, bir çox insanda həddən artıq dəri piyinin ifrazına genetik meyillilik vardır. Fəslin də öz təsiri var: yayda baş dərisi daha çox tərləyir, nəticədə saçlar daha yağlı görünür. Buna görə, saç kökləri sağlam olsun deyə, təravət hissi isə daha uzun müddət qalsın deyə, saçlara xüsusi qulluq lazımdır.
 

Saçların həcmini artırmaq üçün faydalı məsləhətlər

Oily Hair
Piy vəzilərinin sirri saç və dərinin yumşaqlığını və elastikliyini təmin edir. Lakin, əgər bu vəzilər həddən artıq intensiv işləyirsə, saçlar çox tez yağlanır.

Hər gün gözəl saç düzümü: yağlı saçlar üçün stilistin məsləhətləri

  • Saç düzümü üçün təravətləndirici sprey və muslar saçlara həcm verir və onların başa yapışmasının qarşısını alır.
  • Darama da saçların baş dərisi ilə birbaşa təmasının qarşısını alır.
  • Quru şampun saç və dəridən artıq yağı götürür. Saçlar daha baxımlı görünür və bir-birinə yapışmr.
  • Saç üçün dəbli enli lent və halqalar yağlı kökləri gizlətməyə kömək edir.
  • Əgər heç nə kömək etmirsə, nəm effekti ni sınayın: saçlarınıza düzüm üçün gel sürtərək, onların üst hissəsini arxaya darıyın. Yağlı saçlar elə bil heç olmayıb.

Yağlı saçlarla vidalaş!

Fendən qurtarıcı istifadə

Əgər sən saçlarını fenlə qurudursansa, onu başından uzaq tutmağa çalış ki, isti hava axını birbaşa dəriyə dəyməsin. Əks halda, onun üzərində yağın saç boyu daha sürətlə yayılmasına səbəb olan tər əmələ gələ bilər.

Yağlı saçlar üçün spa proqram

Yağlı saçlara özəl qulluq tələb olunur. Məsələn, baş dərisinin yumşaq massajı onlara faydalıdır. O, artıq dəri piyini azad edir və rahatlanmağa kömək edir. Əgər saçlar tez bir zamanda yağlanmağa meyillidirsə, onları rahatlıqla hər gün yumaq olar.

Daha yaxşı olar ki, onları səhər yuyasınız ki, onlar günboyu öz təravətini qoruyub saxlasın.

NIVEA Balanced and Fresh Care Shampoo kimi yumşaq, silikonsuz şampunlar yağlı saçları yumaq üçün daha çox uyğundur. Kondisioner və maskalardan istifadə edərkən onları saçların köklərinə sürtməyin ki, onlar belə qısa zamanda yağlı olmasın. İstifadə etdiyin bütün vasitələri yaxşıca yu ki, onlar saçlarda qalmasın. NIVEA-dan silikonsuz şampunlar haqda daha çox öyrən.
 

Dəbli saç düzümlərindən özünü məhrum etmə!

Curling Iron
Yeri gəlmişkən, rəngi açılmış tellər və kimyəvi burulma saçları daha məsaməli edir. Yağlı saçlarda bu elə də görünmür, çünki onlar sərbəst şəkildə çatışmayan yağı kompensasiya edir.