Gözəl saçlar

Saçlarinizin ehtiyaci haqda daha çox şey öyrənin

Yumaq, qurulamaq, forma vermək: saçlara necə qulluq etməli

Gözəl saçlar əmək tələb edir! Saçları lazım olan qayğıyla təmin etmək üçün onların tipini bilərək ehtiyac duyduğu baxımı təmin etmək lazımdır. Bir çox saç baxım prosedurları müxtəlif saç tiplərinə uyğun gəlir.

 

Qıvrım saçlara qulluq tövsiyələri

İntensiv qulluğa ehtiyac duyan yalnız bədəniniz və üzünüz deyil – həm də saçlarınızdır, yoxsa onlar quru və ya baxımsız görünəcəklər. Və struktur etibarilə qıvrım saçlar düz saçlarla müqayisədə daha çox baxım gərəkdirir. Hər şeydən öncə belə saç sahibləri həftədə bir dəfə qidalandırıcı maska istifadə etməlidirlər. Həmçinin siz öz saça qulluq proqramınızı daim inkişaf etdirməlisiniz. Periodik olaraq saçlarınıza kondisioner tətbiq edin və mümkün qədər fendən daha az istifadə edin. İntensiv istilik saç strukturunu zədələyə bilər.

 

Qalın saçlara qulluq tövsiyələri

Hətta əgər qalın, idarəolunmaz saçlarınız varsa – narahat olmayın! Belə saçları belə çox gözəl formalar vermək mümkündür. Saçınızın normal qidalanmasını təmin etmək üçün hər ikinci yuyulmadan sonra kondisioner istifadə etməli və saçınızı təbii şəkildə qurutmalısınız. İdarəolunmaz qalın saçları formaya salmaq üçün məsləhətimiz: Saçları formaya salarkən müxtəlif istiqamətlərdə dağılmaması üçün kiçik miqdarda krem və ya musu saçlarınızın uclarına tətbiq edin.

 

Sağlam və ipək saçların bərpası

Saç həcmli və parlaq göründükdə sağlam görüntü təəssüratı yaradır. Lakin çox zaman saçlarımızda nəm və qidalanma problemi olduğu üçün solğun və cansız görünür. Saçlarınız üçün baxım tövsiyəmiz: Saçlarınıza intensiv qulluq bəxş edin. Qidalandırıcı inqredientlərin saça nüfuz etməsi üçün tətbiq etdikdən dərhal sonra yumayın, yumadan bir az gözləyin. Saçlarınız yenidən ipək kimi parlayacaq və daramaq daha asan olacaq.

 

Saça gündəlik baxım məsləhətləri

Əgər daha çox həcm istəyirsinizsə, onda xüsusi həcmləndirici vasitələrdən istifadə edin. Düzgün qurutma texnikası saçlarınızı daha həcmli göstərəcək – həmişə saçınızı saçların böyümə istiqamətinin əksinə doğru qurulayın. Bu kökləri qaldırır. Cansız və zədələnmiş saçları müalicə etmək üçün zəngin tərkibə malik kondisionerlərdən istifadə edin və saçı formalaşdırarkən istilik istifadə etməyin. Müvafiq qulluq məhsullarından istifadə etdiyinizə əmin olun. Saçınız yalnız saç tipinizə uyğun şampunlar və kondisionerlərdən istifadə etdikdə sağlam olacaq.