Filtr
Sıralamaq
Sıralamaq

Kişilər üçün trenddə olan saç düzümləri

 Bu fəsildə kişilər üçün bir çox saç düzüm formaları trenddədir. Hal-hazırda, “səliqəsiz saç” formaları daha çox populyardır. Belə saç forması sanki yataqdan qalxmış təəssüratı yaradır. Bu saç düzümünü əldə etmək üçün saç kremi istifadə edə bilərsiniz. Saçlarınızın daha asan daranması və istənilən saç düzümünə nail olmaq üçün uyğun şampunu seçmək şərtdir. Daha sonra saçınızın uzunluğuna görə kremi əlinizlə saçlarınız arasında yayın və saçlarınızı yuxarı doğru şəkilləndirərək daha modern forma verin.

Kişilər üçün saç düzümü — Nəm görüntülü saçlar

 Söhbət kişilər üçün saç düzümlərindən gedirsə, “nəm görüntülü saç” modelləri yenidən trendə geri qayıdır. Gellə saçların şəkilləndirilməsi 89-90-cı illərin dəbi olsa da belə saç düzümü yenidən sevilən stillər arasında yer alacaq. Belə stildə saç düzümü əldə etmək üçün düzgün saç kəsimi və ən əsası üzünüzə tökülməyəcək uzunluqda saçlarınızın olması şərtdir. Saçlarınızı yuduqdan sonra tam qurumamış ona parlaq və nəzərdə tutulan görüntü vermək üçün saç gelləri istifadə edərək istənilən nəticəni almaq mümkündür. 

Gündəlik və Ofis üçün nəzərdə tutulan təbii saç düzümləri: Kişilər üçün Sadə saç düzümləri

 Səliqəli görüntü üçün çox əziyyətə ehtiyac yoxdur. Saçınıza düzgün forması üçün saç geli ən yaxşı seçimdir. Belə etməklə gün ərzində parlaq və səliqəli görüntünüzdən zövq ala bilərsiniz. Saçlarınızın kəsimi qısadırsa, sadəcə uclarını gellə şəkilləndirməyiniz kifayətdir. Ya da sadəcə az miqdarda saç geli istifadə etməklə saçlarınızı darayaraq istədiyiniz klassik formanı əldə edə bilərsiniz. Belə saç düzümü gündəlik və ofis üçün çox əlverişlidir. NIVEA-nın kişilər üçün saç baxım məhsullarından istifadə etməklə arzuolunan nəticəni ala bilərsiniz.