face cream

ÜZ KREMİ

Hər gün sənin dərin bir çox xarici amilin təsirinə məruz qalır: soyuq, quru hava, günəş şüaları. Bu təsirlər heç də hər zaman xoş olmur — onlardan bəziləri dərini qıcıqlandırır və onun vaxtından əvvəl yaşlanmasına səbəb olur. Buna görə, dərini hər gün keyfiyyətli üz kremi vasitəsilə qidalandırmaq və qorumaq lazımdır. Sənə hansə krem uyğundur?
12 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Sənin dərin sənin kimi unikaldır

Sənin dərinin tələbatlarına ideal uyğun gələn kremi tapmaq üçün öz dəri növünü bilmək vacibdir. Bu, sənin dərinə mümkün qədər yaxşı təsir göstərəcək üz dərisinə qulluq vasitələrini düzgün seçməyin yeganə üsuludur. Dərinin yığılması və quruluğu hissləri sənə yaxşı tanışdır? Sənin dərin qüsurların əmələ gəlməsinə meyillidir? O, güclü işıq, yüksək və ya aşağı temperaturlara qarşı həssasdır? Dərin necə olursa olsun — qarışıq, quru, problemli, normal və ya həssas — NIVEA-nın üz dərisinə qulluq vasitələri çeşidində sən məhz dərinin tələbatlarını ən yaxşı şəkildə qarşılayacaq kremi tapa biləcəksən. Biz quru dəri üçün nəmləndirici vasitələr, həssas dəri üçün xüsusilə yumşaq formullu kremlər, eləcə də problemli dəri üçün sızanaq və yağlı parıltıya qarşı effektiv vasitələr təklif edirik.

Məxsusi tələbləri olan dəriyə xüsusi qulluq

Yaş ötdükcə dərimiz dəyişir. Hüceyrələrin regenerasiyası daha ləngiyir, kollagenin əmələ gəlməsi azalır, dəri nəm və elastikliyini itirir. Buna görə, NIVEA araşdırma mərkəzinin alimləriyetkin dərinin tələbatlarını qarşılamaq üçün nəzərdə tutulmuş xüsusi üz kremləri hazırlayıblar. Onların innovativ formulları mövcud qırışları hiss olunan dərəcədə azaldır və yenilərinin yaranmasının qarşısını alır, beləcə, dəri yenidən təravətli və cavan görünür. Günəşin ultrabənövşəyi şüalanması dərinin vaxtından əvvəl yaşlanmasına səbəb olan ən vacib amillərdəndir. Dərimiz günü-gündən ultrabənövşəyi şüaların davamlı təsirinə məruz qalır. çünki onlar müəyyən dərəcədə hətta pəncərə şüşələrindən də keçə bilir. Məhz buna görə, NIVEA-nın dəriyə gündüz qulluğu üçün bir çox məhsulunun günəşdən qorunma amili 15 və ya 30-dur, eləcə də UVA-şüalarından qorunma üçün xüsusi filtrə malikdir. Dəriyə lazımi qulluğun təmin edilməsindən savayı, ona daha bərabər rəng ahəngi bəxş etmək istəyənlər üçün tonlaşdırıcı üz kremi əla seçimdir. NIVEA vasitələri çeşidində bütün növ dəri üçün nəmləşdirici, tonlaşdırıcı kremlər vardır. BB-kremlər dərinin nahamarlıqlarını düzəldib xırda qüsurları gizlədərək, eləcə də onu nəmləndirib qoruyaraq ən qüsursuz dəri rəngini təmin edir.

NIVEA-dan dəriyə qulluq üzrə kompleks proqram

Dərini uzun müddət gözəl və cavan saxlamaq üçün ona müntəzəm gündəlik qulluq təmin etmək lazımdır. Üz üçün gündüz kremindən başqa, gündəlik qulluğa həm də gecə kremi, eləcə də gözətrafı dəri üçün xüsusi vasitə də daxil olmalıdır. Hər zaman bir xəttin kosmetik vasitələrin seç — beləcə, sən əmin olacaqsan ki, onların bütün inqrediyentləri sənin dərinə uyğundur və ona mümkün qədər effektiv təsir göstərəcək. Gündəlik üzə qulluğun ayrılmaz mərhələlərindən biri təmizlənmədir. Nəm salfetlər, gellər, skrablar və digər təmizləyici vasitələri hər zaman öz dəri növünə uyğun seçmək lazımdır.