Shower gel

DUŞ GELİ — TƏMİZ HƏZZ

Meyvəli, təravətli yoxsa hissiyyatlı ətir? İntensiv qidalanma, effektiv təmizlənmə yoxsa inanılmaz gümrahlıq enerjisi? Xüsusilə həssas yoxsa quru dəri üçün? NIVEA duş üçün müxtəlif vasitlərin geniş seçimini təklif edir — zərif kremlərdən qidalandırıcı yağlara və gümrahlandırıcı idman gellərinədək. Bəs sən duş üçün hansı vasitəyə üstünlük verirsən?
27 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq
GÜMÜŞÜ MÜDAFİƏ DUŞ GELİ
250 ml
İDMAN DUŞ GELİ 500 ml
500 ml
İDMAN DUŞ GELİ
250 ml
NIVEA-DAN "KREM KAKAO" DUŞ ÜÇÜN BAXIM GELİ
250 ml
GÜMRAHLANDIRICI DUŞ GELİ
250 ml
"KREM PORTAĞAL" DUŞ ÜÇÜN BAXIM-GELİ
250 ML
"Limonlu Şərbət" duş üçün ipək mussu
200 ML
TƏMİZLİK ENERJİSİ DUŞ GELİ
250 ml
“KÖMÜR GÜCÜ” DUŞ GELİ 500 ml
500 ml
"Moruqlu Smuzi" duş üçün ipək mussu
200 ML
NIVEA®-DAN "MORUQ TƏRAVƏTİ" DUŞ ÜÇÜN BAXIM GELİ
250 ml
BALİ ÇİÇƏYİNİN TƏRAVƏTİ DUŞ ÜÇÜN BAXIM GELİ
250 ml
"Zəriflik və qayğı" duş üçün baxım-geli
250 ML
EKSTREMAL TƏRAVƏT DUŞ GELİ
250 ml
NIVEA-DAN SAKURA ÇİÇƏYİ "YAĞLARIN İNCİLƏRİ"
250 ml
NIVEA®-DAN "LEMONQRASS TƏRAVƏTİ" DUŞ ÜÇÜN BAXIM GELİ
250 ml
"KREM KAKAO" DUŞ ÜÇÜN BAXIM-GELİ
500 ML
"Krem Qızılgül" duş üçün baxım-geli
250 ML
CANLANDIRICI MENTOL DUŞ GELİ
250 ml
TƏRAVƏTLİ BAXIM DUŞ GELİ
250 ml
NIVEA®-DAN "KREM MAQNOLİYA" DUŞ ÜÇÜN BAXIM GELİ
250 ml
"KREM KAKAO" DUŞ ÜÇÜN BAXIM-GELİ
250 ML
"Rahatlıq və qayğı" duş üçün baxım-geli
250 ML
"NƏMLƏNDİRMƏ VƏ QAYĞI" DUŞ ÜÇÜN BAXIM-GELİ
500 ML
NIVEA®-DAN "NƏMLƏNDİRMƏ VƏ QAYĞI" DUŞ ÜÇÜN BAXIM GELİ
250 ml
“KÖMÜR GÜCÜ” DUŞ GELİ
250 ml

Təravət enerjisi və dərindən təmizləmə

Bəziləri öz dərilərinə duş altında da intensiv qulluq təmin etməyə üstünlük verirlər, digərlərinə isə səhərlər bolluca təravət lazımdır ki, onlar tam oyansınlar. Elələri də var ki, aktiv məşqdən sonra təravətlənmək istəyirlər ya da eyni zamanda həm duş qəbul edib, həm də bədəni nəmlədərək dəyərli dəqiqələrə qənaət etmək istəyirlər. NIVEA alimləri bütün tələblərə cavab verən duş gelləri sırası hazırlayıblar.

Sehirli ətirdən intensiv təmizləməyədək

Duş altında olarkən sərin dənizə tullanmaq və ya Aralılq dənizi sahillərində bağlarda gəzişmə haqda xəyal edənlər öz seçimlərini gümrahlandırıcı duş gelində dayandırmalıdırlar. Dəniz brizi, ekzotik meyvələr və güllər ya da sitruslar ətirli təravətləndirici NIVEA duş gelləri — günü əla başlamaq üçün ideal vasitədir. əgər sən duş altında çox qalmağı xoşlayırsansa və isti su ilə stresdən qurtulmağa üstünlük verirsənsə, NIVEA-dan zərif duş kremindən istifadə edərək özünə və vücuduna xoş hisslər bəxş et. Onun faydalı inqrediyentli və zövqlü ətirli son dərəcə yumşaq köpüyü unudulmaz hisslər bəxş edəcək. NIVEA daima yeni ətirlər üçün ilham axtarışındadır, və bunun sayəsində siz onları əhvalınıza görə sıralamaq imkanı əldə edirsiz. Biz çalışırıq ki, müştərilərimizi hər zaman valehedici parfümeriya komozisiyalarına malik yeni duş gelləri ilə sevindirək. Dəyərli yağ tərkibli duş gelləri dəriyə xüsusilə intensiv qulluq hissi bəxş edir. Belə gellər aktiv qidalanma və nəmlənmə tələb edən quru dəriyə malik insanlar üçün əvəzolunmazdır. Həssas dəri üçün daha çox təbii çobanyastığı ekstraktlı gel, çox quru dəri üçün isə qidalandırıcı elementlərlə zəngin duş yağları uyğun gəlir. Duş skrabları əla təmizləyici təsir göstərir və xırda qabıqverici hissəcikləri sayəsində dərini hiss olunan dərəcədə daha yumşaq edir.

Kişilər üçün duş geli — müvafiq ətirlə

Təbii ki, kişilər də dərilərinə duş altında optimal qulluq təmin etmək istəyirlər. NIVEA MEN duş gelləri çox gözəl, əsl kişi ətirlərinə malikdir, onların tərkibindəki inqrediyentlər isə dəriyə sağlam görünüş təmin edir. Günün xüsusilə təravətli başlaması üçün gümrahlandırıcı duş gelindən istifadə et, məsələn, mentol və su nanəsi ətri ilə. Duş üçün xüsusi idman gelləri ağır məşqlərdən sonra xüsusi zövq verir. Onlar dərini və saçları əsaslı təmizləyir, həmçinin bədənə yeni enerji mənbəyi bəxş edir və dayanıqlı təravət hissi təmin edir.

Zərif qulluq — anında

Bədən dərisi təkcə təmizlənməyə ehtiyac duymur. Dəri yumşaq və işıqsaçan olsun deyə, duşdan sonra onun üzərinə  müntəzəm olaraq krem sürtmək lazımdır. Lakin çoxları buna laqeyd yanaşır — səhərlər vaxt çatışmazlığına görə, eləcə də bəzi kremlərin dəriyə tam hopmayaraq onun üzərində yağlı və ya yapışqan qat saxlamağı səbəbindən. NIVEA-nın *In-shower* sırasının innovativ məhsulları duş qəbulu və vücuda qulluğun standart praktikasında çevriliş etmişdilər. Bu məhsulları sadəcə nəm, təmiz dəriyə sürtmək, sonra isə duş altında yuyub silmək lazımdır. Nəticə: heç bir yağ qatı yoxdur — yalnız gözəl, baxımlı, məxməri dəri.