Saçlar sizin gözəlliyinizi ortaya çıxarmalıdır
Saçlar görüntümüzü tamamlamaqda əvəzedilməz rol oynayır. Eynilə ruh halımızı ortaya çıxaran dərimiz – çünki yeni saç kəsimi dəyişən həyat tərzimizi də özündə əks etdirir. Cazibədar saç düzümü və ya parlaq, baxımlı saçlar həmişə diqqəti cəlb edir. Yaşımızdan asılı olmayaraq hər birimiz gözəl saçlar və ideal saç düzümünü sevirik.
Hansı saç forması mənə uyğundur?
Uzun buruqlar ya da qısa kəsim – “Hansı saç stili mənə yaraşır?” sualının cavabını saç üzrə ekspertdən bilmək olar. Saç stilinin sizə yaraşıb –yaraşmaması əsas üç faktordan asılıdır – sifətinizin forması, saçınızın teksturası və görüntünüzə sərf etdiyiniz vaxtdan.
Hansı saç forması mənə uyğundur: bu suala cavab tapmanız üçün kiçik məsləhət və ipucları
Sifət quruluşu: Sizə baxan şəxs sizin üzünüzü və saçınızı vahid bir görüntü kimi qəbul edir, ona görə də onlar bir-birini tamamlamalıdır. Əsas etibarilə beş üz forması mövcuddur: oval, yumru, ürək, romb və armud. Hansı saç stilinin sizə uyğun gəldiyini təyin etmək üçün ilk əvvəl sifət quruluşunu düzgün təyin etməlisiniz: İlk öncə güzgü qarşısında dayanın, saçlarınızı arxadan toplayın, üzünüzün formasını güzgüdə dodaq boyası ilə çəkin. Saş tipi: Hansı saç stilinin sizə uyğun gəlməsi həm də saç tipinizdən asılıdır – nazik və yumşaq saçlar daha çox həcmli və cansız görüntü verməyəcək saç düzümləri tələb edir. Saçlarınız qısa və qıvrım olarsa, onları idarə etmək və formaya salmaq bir o qədər çətin olur. Saç stili üçün tələb olunan səy: Saç düzümü yalnız üzünüzə və saç tipinizə deyil, həm də həyat tərzinizə uyğun olmalıdır. Saç baxımına bir neçə dəqiqədən çox vaxt ayırmaq istəmirsinizsə, çoxlu zəhmət tələb edən bir kəsik seçməməlisiniz. Saçlarım düzdürsə mənə hansı saç düzümü uyğun gəlir? Qısa kəsimlər düz saçlar üçün ideal seçimdir - saçlar tez yuyulub, qurudula bilər və bir neçə qısa zamanda ideal şəkildirilə bilər. Qalın və qıvrım saçlar qat-qat kəsildikdə və incə uclara sahib olduqda daha asan şəkilləndirilə bilir.