Uşağa qulluq haqda sualınız var?

TEZ-TEZ VERİLƏN SUALLARA CAVABLAR – BURADA.

UŞAĞA QULLUQ HAQDA SUALINIZ VAR?

1. UŞAQLARA QULLUQ VASİTƏLƏRİNİN İSTİFADƏSİ ÜZRƏ ÜMUMİ QAYDALAR HANSILARDIR?

NIVEA-dan uşağa qulluq üzrə bütün vasitələrə istifadə göstərişləri daxildir. Məhsulu təmiz ovuc və ya barmaqlarla körpənin dərisinə ehmalca sürtərək hər gün istifadə etmək olar.

 

2. NIVEA-nın UŞAQLARA QULLUQ ÜZRƏ ÇOBANYASTIĞISIZ VASİTƏLƏRİ VARMI?

NIVEA-nın uşağa qulluq üzrə vasitələrinin tərkibində çobanyastığı yoxdur. O yalnız NIVEA Baby Gentle Shampoo & Bath, NIVEA Baby Soft Bath və NIVEA Baby Extra Mild Shampoo vasitələrində mövcuddur.

 

3. NIVEA BABY BATH CREAM/BATH + SHAMPOO (2-si 1-ində) VASİTƏLƏRİNİ KÖRPƏNİN DƏRİSİNDƏN YUYUB SİLMƏK LAZIMDIRMI?

Bəli, bütün yuyula bilən vasitələri (çimmə üçün şampun və gellər) hər zaman ehmalca, lakin əsaslı şəkildə körpənin dərisindən yuyub silmək lazımdır.

 

4. UŞAQLAR ÜÇÜN GÜNƏŞDƏN QORUNMA VASİTƏLƏRİNİ HANSI YAŞDAN ETİBARƏN İSTİFADƏ ETMƏK OLAR?

Ümumilikdə, dermatoloqlar hesab edir ki, 3 yaşadək uşaqlar birbaşa günəş şüalarından uzaq durmalıdırlar, çünki onların dərisinin qoruyucu sistemi hələ tam formalaşmayıb, bir yaşadək uşaqlar isə ümumiyyətlə birbaşa günəş şüalarının təsirinə məruz qalmamalıdır. Əgər siz günəşdən qorunma vasitələrini uşaq üçün əlavə müdafiə kimi istifadə etmək istəyirsinizsə, uşaqlar üçün NIVEA Baby Sun günəşdən qorunma vasitələri xətti ən yüksən qorunmanı təmin edir. NIVEA Baby SUN Lotion 50+ dərini 3 yaşdan yuxarı uşaqlar üçün əks olunmuş günəş işığından qorumaq üçün uyğundur. Ən balacalar üçün nəzərdə tutulmuş NIVEA Baby SUN vasitələrinin tərkibində boyaq maddələri, konservant və ətirləndiricilər olmadığına görə, onlar körpənin həssas dərisinə ideal uyğun gəlir. 1 yaş və yuxarı uşaqları günəşdən qorumaq üçün bizim NIVEA Sun standart xəttimizin NIVEA SUN Kids sırasının vasitələri uyğun gəlir.

 

5. NIVEA-nın UŞAĞA QULLUQ VASİTƏLƏRİ NƏYƏ GÖRƏ HƏSSAS KÖRPƏ DƏRİSİNƏ XÜSUSİLƏ UYĞUN GƏLİR?

Əgər sizə konservantsız qulluq vasitələri lazımdırsa, biz sizə NIVEA Baby Oil, NIVEA Baby Cold Protection Cream, NIVEA Baby Pure & Sensitive Intensive Cream, NIVEA Baby Oilbath, NIVEA Baby Cream Soap və ya NIVEA Baby Nose Cleanser kimi vasitələri tövsiyə edirik.

 

6. NIVEA-nın UŞAQ QULLUQ ÜZRƏ HANSI VASİTƏLƏRİN TƏRKİBİNDƏ ƏTİRLƏNDİRİCİLƏR YOXDUR?

Əgər siz NIVEA-dan uşaqlara qulluq üzrə aromatlaşdırılmamış vasitələr lazımdırsa, biz NIVEA Baby Pure & Sensitive Wipes, NIVEA Baby Sun Lotion SPF 50 və NIVEA Baby Sun Cream SPF 30 kimi məhsulları tövsiyə edirik.

 

7. NIVEA-nın UŞAQ QULLUQ ÜZRƏ HANSI VASİTƏLƏRİN TƏRKİBİNDƏ KONSERVANT YOXDUR?

Əgər siz NIVEA-dan uşaqlara qulluq üzrə aromatlaşdırılmamış vasitələr lazımdırsa, biz NIVEA Baby Oil, NIVEA Baby Cold Protection Cream, NIVEA Baby Pure & Sensitive Intensive Cream, NIVEA Baby Oilbath, NIVEA Baby Cream Soap və ya NIVEA Baby Nose Cleanser kimi məhsulları tövsiyə edirik.

 

8. NIVEA-nın UŞAQLAR ÜÇÜN AROMATLAŞDIRILMAMIŞ NƏM SALFETLƏRİ VARDIRMI?

Bizim NIVEA Baby Pure & Sensitive Wipes vasitələrinin tərkibində ətirləndiricilər olmadığına görə, onlar həssas körpə dərisinə daha çox uyğun gəlir.

 

9. NIVEA BABY TODDIES VASİTƏSİNİ UNİTAZA ATMAQ OLARMI? ONLAR BİOLOJİ BÖLÜNƏN MƏHSULDULARMI?

Alıcılar bizdən tək insanlar deyil, həm də ətraf mühit tərəfindən yaxşı qəbul olunan məhsullar gözləyirlər. Bununla əlaqədar olaraq, davamlı inkişafı öz məhsullarımızın keyfiyyətinin çox vacib amili hesab edirik. ОЭСР № 301 standartına əsasən, NIVEA Baby Toddies Wipes müstəqil müəssisə tərəfindən bio bölünmək bacarığı üzrə sınaqdan keçirilmişdir. Belə sınağın prosesində maddənin aero şəraitdə su mühitində sürətli və yetərincə tam bio bölünmə bacarığı dəyərləndirilir (su təmizləyici stansiyalarda mikroorqanizlərin köməyilə). Sınaqların nəticələrinə görə, NIVEA Baby ToddiesОЭСР-in bütün normativ tələblərinə cavab verirəhmət olmasa, məhsuldan istifadə qaydalarına riayət edin və eyni zamanda 5 salfetdən artıq unitaza atmayın!

 

10. KÖRPƏNİ HANSI TEZLİKLƏ ÇİMİZDİRMƏK IAZIMDIR?

Körpə dərisinin təbii müdafiə səddini çox yükləməmək üçün onu çox tez-tez çimizdirmək tövsiyə edilmir. Gigiyena baxımından ona həftədə bir dəfə çimmə yetərlidir. Lakin körpəni su prosedurlarını sevirsə, onu dah tez-tez çimizdirmək olar. Belə hallarda çalışın ki, çimmə çox uzun sürməsin, çünki o, uşaq dərisini çox quruda bilər. Yadınızda saxlayın: Heç vaxt uşağı suda nəzarətsiz qoymaq olmaz!

 

11. NIVEA BABY OIL BATH ÜSTÜNKÜYÜ NƏDİR?

Siz hər dəfə öz körpənizi yuyanda onun dərisindən çirklənmələrlə birgə dəyərli lipidlər silinir və onun həssas dərisinin təbii müdafiə mexanizmləri pozulur, hətta uşağı sadə suda çimizdirsənizsə. Bununla bağlı, hamam prosedurlarının müddətini və tezliyini məhdudlaşdırmaq lazımdır. NIVEA Baby Oil bath kimi vanna əlavələri dəri səddini lipid ehtiyatı ilə dolduraraq körpə dərisinin təbii müdafiə mexanizmlərinin bərpasına səbəb olur.

 

12. KÖRPƏNİ BÖYÜKLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ ADİ LOSYONLA YUMAQ OLARMI?

NIVEA Baby xəttindən olan uşağa qulluq vasitələri xüsusi olaraq həssas körpə dərisi üçün hazırlanmış və sınaqdan keçirilmişdir. Onların hamısı dermatoloji yoxlamanı keçiblər və ən kiçik uşaqların dərisinə optimal qulluq təmin edərək onların dərisinin hələ formalaşmaqdıqda olduğunu və öz keyfiyyətlərinə görə, hələ böyük insanlardakı kimi olmadığını nəzərə alır. Məhz buna görə, biz körpənizi çimizdirərkən böyüklər üçün nəzərdə tutulmuş vücud losyonları deyil, NIVEA Baby uşağa qulluq vasitələrindən istifadə etmıyi tövsiyə ediri.


Yenə suallarınız varmı?

Zəhmət olmasa, saytdakı əks əlaqə vasitəsilə bizimlə əlaqə qurun.
product-stage-bg