
Həssas dərinin 7 səbəbi və
ONA NECƏ QULLUQ ETMƏK OLAR
Həqiqətən
HƏSSAS DƏRİ nədir?
Həssas
DƏRİNİN 7 SƏBƏBİ
- 1Genetika:Ailə tarixi dərinin təbii baryer funksiyasına və nəmi saxlama qabiliyyətinə təsir edə bilər, nəticədə bəzi insanlarda qıcıqlanma və allergik reaksiyalara daha yüksək meyl yaranır.
- 2Dəri baryerinin zəifləməsi:
Dərinin ən üst qatını əhatə edən qoruyucu baryer ətraf mühitin zərərli təsirlərindən müdafiə edir və nəmlik balansını tənzimləyir. Həssas dəriyə sahib insanlarda hidrolipid baryer zədələnmiş və ya zəifləmış ola bilər, bu da qıcıqlandırıcıları, allergenləri və mikrobları dərinin içinə daha asan daxil olmağa imkan verir.
- 3Mühit amilləri:Sərt hava şəraiti, hava çirklənməsi, UV şüalanması, eləcə də qapalı məkanlarda kondisioner və ya isitmə həssas dəri simptomlarını gücləndirə bilər. Bu faktorlar iltihab, oksidativ stress və susuzlaşma yarada, nəticədə dəri baryerini daha da zəiflədərək həssaslığı artıra bilər.
- 4Allergenlər və qıcıqlandırıcılar:Həssas dəri bəzi dəriyə qulluq vasitələrinin, dekorativ kosmetikanın, təmizləyici məhlulların və geyim materiallarının tərkibindəki maddələrə reaksiya verə bilər. Konservantlar, boyalar və ətirlər kimi allergenlər bəzən reaksiya törədir, sərt yuyucular və spirt (etanol) kimi qıcıqlandırıcılar isə qızartıya səbəb ola bilər.
- 5Fon dəri xəstəlikləri:Ekzema, rozasea, psoriaz və seboreik dermatit kimi dəri xəstəlikləri iltihabla və dəri baryerinin zəifləməsi ilə müşayiət olunur, bu da həssaslığın artmasına gətirir. Bu vəziyyətlərdə fərdi qulluq planı üçün dermatoloqa müraciət etmək vacibdir.
- 6Hormonal dəyişikliklər:Hormon səviyyəsindəki dəyişikliklər, xüsusən də cinsi yetkinlik dövrü, hamiləlik, menopauza və menstrual sikllər zamanı, dərinin həssaslığına təsir edə bilər. Hormonal dalğalanmalar sebum istehsalını, dəri nəmlilik səviyyəsini və iltihabi reaksiyanı dəyişdirir.
- 7Həyat tərzi amilləri:Daimi stres, kifayət qədər yuxu almamaq, balanssız qidalanma və siqaret çəkmə kimi həyat tərzi amilləri də dərinin ümumi vəziyyətinə təsir edərək həssaslığı gücləndirə bilər.
Birdən dərində həssaslıq yarandısa,
BUNLARI ET
- 1
Mümkün səbəbi müəyyən etdikdən sonra, həssaslığın daha da artmaması üçün onunla təması dayandırmağa çalış.
- 2
Dəriyə qulluq vasitələrini daha həssas dəri üçün xüsusi hazırlanmış, rahatlaşdırıcı tərkibli məhsullarla əvəz et; məsələn aloe vera, dekspantenol və ya çobanyastığı ekstraktı qızartı, qaşınma və qıcıqlanmanı azaltmağa kömək edə bilər.
Əgər birdən yaranan həssaslıq bu tədbirlərə baxmayaraq davam edirsə və ya pisləşirsə, mütləq dermatoloqa və ya dəriyə qulluq üzrə mütəxəssisə müraciət edərək fərdi məsləhət və müalicə planı al.

Sızanaq və həssas dəri tez-tez birlikdə rast gəlinir və bu, qulluq rutinini bir qədər çətinləşdirə bilər. Həssas dəri sərt sızanaq əleyhinə müalicələrə kəskin reaksiya verərək qızartı, qıcıqlanma və quruluğu artıra bilər. Bu səbəbdən məhz həssas dəri üçün hazırlanmış, tıxanma yaratmayan (non-komedogen) vasitələrdən istifadə etmək, sızanaqları və digər akne əlamətlərini ağırlaşdırmamaq üçün böyük önəm daşıyır.
- Həssas dərini zərif davranışla qoruyun
Dərini güclü aktivlər və ya sərt formulalarla yükləməmək, həssas dərini həmişə zərif şəkildə təmizləmək önəmlidir. Məsələn, dərini ölü hüceyrələrdən arındıran, eyni zamanda həssas dərini qıcıqlandırmadan pilinq edən süd turşusu (Lactic Acid) kimi yumşaq eksfoliantlardan istifadə etmək olar.
- Yeni məhsulları tədricən əlavə edin
Rutininə yeni dəriyə qulluq məhsulu daxil edəndə tələsməmək, onu tədricən istifadə etməyə başlamaq məsləhətdir. Bu, dərinin reaksiyasını müşahidə etməyə və mümkün həssaslıq, qıcıqlanma əlamətlərini daha tez aşkar etməyə imkan verir.
- Dərini çox yükləməyin
Həddindən artıq çox məhsuldan eyni anda istifadə bəzən mövcud dəri problemlərini ağırlaşdırır, əlavə iltihab və sızanaqlara gətirə bilər. Buna görə, minimalist, sadə qulluq rutini həssas və sızanağa meyilli dəri üçün daha uyğun seçimdir.
Həssas dəri üçün
GÜNƏŞ QORUNMASININ ƏHƏMİYYƏTİ
Həssas dəri struktur baxımından daha zəif olduğu üçün günəşə xüsusilə həssasdır və UV şüalarına qarşı müqaviməti aşağı ola bilər. Buna görə də, günəşdən qorunma son dərəcə vacibdir: bu, dəri baryerini UV səbəbli zədələnmədən qoruyaraq qızartı və qıcıqlanma riskini azaldır.
Gündəlik dəriyə qulluq rutininə geniş spektrli günəş kremi daxil etməklə, həssas dəriyə sahib insanlar uzunmüddətli zədələnmə riskini minimuma endirə, dəri sağlamlığını dəstəkləyə və daha bərabər dəri tonu və teksturasını qoruyub saxlaya bilərlər.
HƏSSAS DƏRİ
Yayılma tezliyi: Həssas dəri əhalinin böyük bir hissəsini təsir edir – müxtəlif mənbələrə görə insanların təxminən 20–50%-i müəyyən dərəcədə dəri həssaslığından şikayət edir.
Əlamətlər: Qızartı, qaşınma, yanma hissi, quruluq və müəyyən tetikleyicilərlə təmasdan sonra yaranan narahatlıq.
Tetikleyicilər: Müxtəlif allergenlər, bəzi dəriyə qulluq vasitələri, hormonal dəyişikliklər, hava şəraiti və fon dəri xəstəlikləri həssas dəriyə səbəb ola bilər.
Müalicə: Həssas dəri üçün müalicə adətən zərif formulalı qulluq vasitələrindən istifadə, məlum tetikleyicilərdən uzaq durmaq, mövcud dəri xəstəliklərini nəzarətdə saxlamaq və həssaslığı azaltmaq üçün həyat tərzində dəyişikliklər etməyi əhatə edir.
Həssas dəri üçün düzgün
DƏRİYƏ QULLUQ VASİTƏLƏRİNİ SEÇMƏK

- 1Hipoallergen formulalar:
Alerji riskini və qıcıqlanma ehtimalını minimuma endirən, hipoallergen kimi qeyd olunan kremlər və nəmləndiricilərə üstünlük ver. Əgər konkret allergiyan yox, sadəcə ümumi həssaslığın varsa, o zaman həssas dəri üçün hazırlanmış məhsulları seçmək kifayətdir.
- 2Sakitləşdirici tərkiblər:
Qıcıqlanma yaratmadan həssas dərini sakitləşdirən və nəmləndirən, rahatlaşdırıcı tərkibli məhsullara diqqət yetir. Məsələn, qliserin dərini nəmləndirir və yumşaldır, Provitamin B5 (dekspantenol) isə dərini qoruyaraq qaşınma və diskomfort hissini azaldır. Bu iki komponentin birgə təsiri NIVEA Repair & Care Fragrance Free Body Lotion bədən losyonunun tərkibində mövcuddur – o, çox quru və həssas dərini sakitləşdirməyə, dərinin qoruyucu baryerini gücləndirməyə və nəmin itirilməsinin qarşısını almağa kömək edir.
- 3Tekstura və konsistensiya:
Həssas dəri üçün yüngül, yağlı hiss buraxmayan və dərinin içinə asan hopan nəmləndiricilər daha uyğundur. Çox ağır formulalar bəzən dəridə diskomfort yarada, həssaslığı artıraraq dərinin özünü daha gərgin hiss etdirməsinə səbəb ola bilər.
- 4Test sahəsi (patch test):
Yeni krem və ya nəmləndiricini bütün üzə çəkməzdən əvvəl, onu kiçik bir sahədə (adətən dirsək bükümündə) sınaqdan keçirmək yaxşıdır. Bu, həssaslıq və ya qıcıqlanma yaratma ehtimalını qiymətləndirməyə kömək edir.
- 5Dermatoloqla məsləhətləş:
Həssas dərinə hansı məhsulların uyğun olduğuna əmin deyilsənsə, dermatoloqla məsləhətləşmək faydalı ola bilər. O, sənin dəri tipini və konkret narahatlıqlarını nəzərə alaraq fərdi tövsiyələr verə bilər.
Həssas dəri üçün
QULLUQ RUTİNİ
- 1Təmizlə:
Rutininə zərif təmizləyici ilə başla – bu, dərinin təbii yağlarını tamamilə götürmədən və qıcıqlanma yaratmadan kir, yağ və digər çirklənmələri aradan qaldırmağa kömək edir.
Parfumsuz NIVEA Micellar Water Soothing həssas dəri üçün nəzərdə tutulmuşdur və Amino Acid Complex ilə dekspantenol sayəsində dərini və makiyajı zərif şəkildə təmizləyərək, eyni zamanda dərini sakitləşdirir və nəmləndirir.
- 2Nəmləndir:
Dərini nəmləndirmək üçün zərif nəmləndirici kremdən istifadə et. NIVEA Nourishing Day Care dərini intensiv şəkildə qidalandırır və 24 saatlıq nəmləndirmə təmin edir. Xüsusi olaraq zənginləşdirilmiş NIVEA intensiv nəmləndirmə kompleksi, təbii mənşəli badam yağı və şi yağı sayəsində dəridə rahatlıq hissi yaradır.
Yetkin dəri üçün isə NIVEA Q10 Power Anti-Wrinkle Sensitive Firming Day Cream gündüz kreminə üstünlük verə bilərsən – o, qırışları azaltdığı halda həssas dərini sakitləşdirir və bərkidici təsir göstərir. - 3Günəş qorunması:
Günəş kremini səhər dəriyə qulluq rutininin ayrılmaz hissəsinə çevir və hər iki saatdan bir yenilə. NIVEA Face Sunscreen range üz üçün günəş kremi seriyası bütün dəri tipləri üçün uyğun qoruma təklif edir ki, günəşdən təhlükəsiz həzz alasın.
Kişilər üçün həssas
DƏRİYƏ QULLUQ RUTİNİ

- 1Təmizlə:
Günə üz təmizləyicisi ilə başla ki, kir, yağ və artıq sebumu aradan qaldırasan. Vitamin E və mentol tərkibli NIVEA MEN Sensitive Face Wash məsamələri təmizləməyə kömək edir, sızanaq yaranmasının qarşısını alır və dərinin daha hamar hiss olunmasını təmin edir.
- 2Təraş ol:
Yaş təraş həsas dəri üçün quru təraşdan daha zərifdir, buna görə üzü tam şəkildə islatmaq vacibdir.
Sonra, təraş etmək istədiyin sahəyə NIVEA MEN Sensitive Shaving Gel tətbiq et. Spirtsiz formul (0% etil spirt) çobanyastığı və hamamelis (yəni cadugər fındığı ekstraktı) ekstraktları ilə zəngindir və dərini təraş zamanı yaranan qıcıqlanma əlamətlərindən qoruyaraq, daha rahat və hamar təraş təcrübəsi təmin edir. Tükün çıxış istiqaməti ilə təraş olmaq da əlavə qıcıqlanma və batıq tük riskini azaltmağa kömək edə bilər. - 3Təraşdan sonra:
Təraşdan sonra üzü ilıq su ilə yaxala. Dərini dəsmalla sürtmədən, yüngülcə tampon hərəkətlərlə qurut ki, əlavə qıcıqlanma olmasın. Təraş Sonrasi Nəmləndi̇ri̇ci̇ Balzam Müdafi̇ə Və Baxim tərkibindəki çobanyastığı və Vitamin E sayəsində təraşdan sonra yaranan qızartı və təraş qıcıqlanmasını azaldır, dərini dərhal sakitləşdirir və intensiv nəmləndirir.
- 4Nəmləndir:
Dərinin nəmlənmiş qalması üçün rutinə NIVEA MEN Sensitive Face Cream əlavə et. Zərif, spirtsiz (etil spirtsiz) formul Vitamin E, Provitamin B5 (dekspantenol) və çobanyastığı ekstraktı ilə zəngindir və həssas dəri üçün dərhal və uzunmüddətli rahatlıq təmin edir.
- 5Günəş qorunması:
Rutini tamamlamaq üçün üz üçün günəş kremi istifadə edərək dərini zərərli UV şüalarından qorumağı unutma.
Yekun
Tez-tez verilən suallar
Həssas dəri genetika, mühit amilləri, istifadə etdiyin dəriyə qulluq məhsulları, hormonal dəyişikliklər, fon dəri xəstəlikləri və həyat tərzi faktorları da daxil olmaqla bir çox səbəbdən yarana bilər.
Həssas dəriyə qulluq üçün zərif formulalı dəriyə qulluq vasitələrindən istifadə etməli, bəzi qıcıqlandırıcı tərkiblərdən və reaksiya yarada bilən mühit faktorlarından uzaq durmalı, dərini UV şüalarından qoruyan günəş kremi çəkməli və stressi idarə etməklə, eləcə də kifayət qədər su içməklə sağlam həyat tərzi sürməlisən.
Pilinqlər və retinoidlər həssas dərini güclü şəkildə qıcıqlandıra bilər. Buna görə, onları istifadə edərkən ehtiyatlı olmaq, yalnız çox zərif pilinq maddələri seçmək və ya bu məhsulları rutininə daxil etməzdən əvvəl dermatoloqla məsləhətləşmək vacibdir.
Üzdəki həssas dəri üçün həssas dəriyə uyğun hazırlanmış zərif məhsullardan istifadə et, üzünü mütəmadi nəmləndir və SPF 30+ dərəcəli günəş kremi ilə günəşdən qorun. Bu, qızartı və qıcıqlanma riskini azaltmağa kömək edəcək.
Əgər dəriyə qulluq məhsullarından istifadə etdikdən sonra və ya tez-tez yuyunma, hava çirklənməsi və müəyyən hava şəraitinə məruz qaldıqdan sonra dərində mütəmadi qızartı, qaşınma və narahatlıq hiss edirsənsə, çox güman ki, sənin dərin həssasdır.
Provitamin B5 (dekspantenol), qliserin və üzüm çəyirdəyi yağı kimi tərkiblər həssas dəri üçün xüsusilə faydalı ola bilər – onlar dərini nəmləndirir, dəri baryerini gücləndirməyə kömək edir və qıcıqlanma hissini azaldır.