
Dezodorant və antiperspirant:
FƏRQ NƏDİR?
Deodorant and antiperspirant are often mistaken for the same product, but they work in different ways. Learn the difference between the two and find out which is best for you and your lifestyle, keeping you feeling protected, comfortable and fresh throughout your schedule.
Dezodorant və
ANTIPERSPIRANT
Dezodorant və antiperspirant fərqi ondan ibarətdir ki, dezodorant bədən qoxusunun yaranmasının qarşısını alır, lakin tərləməni bloklamır, antiperspirant isə təri azaldaraq səni quru saxlayır.
Bir çox insan bu iki vasitəni eyni hesab edir, buna görə adlar tez-tez bir-birinin əvəzinə işlədilir. Halbuki, eyni nahiyəyə tətbiq olunsalar da, təsirləri tamamilə fərqlidir!
Dezodorantlar qoltuqaltı qoxusunu aradan qaldırmaq üçün, tərləməni bloklamadan hazırlanır.
Bədən qoxusunun birbaşa tərlə bağlı olduğunu düşünmək geniş yayılmış yanlış fikirdir – əslində, tərin özü demək olar ki, qoxusuzdur. Qoxu dərimizdəki bakteriyaların sürətlə çoxalması, tərin parçalanaraq turşuya çevrilməsi və bunun nəticəsində kəskin iyin yaranması ilə əlaqədardır.
Məhz burada dezodorant köməyə gəlir – tətbiq edildikdə dəri mühitini daha turş edir, bu isə bakteriyalar üçün əlverişsiz olur və səni xoşagəlməz bədən qoxusundan qoruyaraq özünü təravətli hiss etməyə imkan verir.


Antiperspirantlar tərləməni müvəqqəti olaraq təriəsmə gözeneklərini bloklayaraq azaltmaq üçün hazırlanır. Xüsusilə həddindən artıq tərləmə yaşayır və qoltuqaltında yaşlıqdan qaçmaq istəyirsənsə, təri nəzarətdə saxlamağa kömək edir.
Antiperspirantların tərkibindəki alüminium birləşmələri qoltuqaltı nahiyəsindəki və ya tətbiq etdiyin digər sahələrdəki nəm ilə həll olunur. Bundan sonra alüminium tər vəzilərinə sorularaq tərin səthə çıxmasını müvəqqəti olaraq çətinləşdirir.
Bir müddət sonra vəzinin içində və xaricindəki nəm tarazlaşır və tər yenidən kənara çıxmağa başlayır. Buna görə antiperspirantın təsiri müəyyən vaxtdan sonra azalır və yenidən tətbiq olunmasını tələb edir.
Antiperspirant yalnız qoltuqaltı ilə məhdudlaşmır, təri çox olan digər bədən nahiyələrində də effektiv ola bilər.
Dezodorant və antiperspirantın
ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?
Dezodorant və antiperspirant bir qədər fərqli məqsədlərə xidmət etsə də, ortaq üstünlüklərə malikdir:
- 1Bədən qoxusunun azalması:
Antiperspirant bunu tərləməni azaltmaqla, dezodorant isə qoxunu yaradan bakteriyaları aradan qaldırmaqla edir.
- 2Quruluğa nəzarət:
Antiperspirantlar gözenekləri müvəqqəti bloklayaraq təri nəzarətdə saxlayır, bu da özünü günboyu quru və təravətli hiss etməyə kömək edir.
- 3Rəngin qorunması:
Paltarlarında dezodorant ləkələri görürsənsə, NIVEA Black&White Antiperspirant Deodorant Roll-On kimi rəngi qoruyan formullara üstünlük ver. Belə vasitələr qara paltarlarda ağ izlərin, ağ paltarlarda isə sarı ləkələrin qarşısını almağa kömək edir.
Gündəlik olaraq
DEZODORANTDAN, YOXSA ANTIPERSPIRANTDAN İSTİFADƏ ETMƏK DAHA YAXŞIDIR?

Bu, istədiyin nəticədən və rahatlıq səviyyəndən asılıdır – dezodorant səni yalnız xoşagəlməz bədən qoxusundan qoruyur, antiperspirant isə həm də tərləməni azaldır.
Günün gedişatına və idmanla məşğul olub-olmamağına, açıq havada nə qədər vaxt keçirdiyinə görə ehtiyacların dəyişə bilər. Müxtəlif tərləmə dərəcələri müxtəlif gücdə antiperspirantlardan istifadə etməyi tələb edə bilər.
Dezodorantdan istifadə et, əgər:
Bədən qoxusunun qarşısını almaq istəyirsənsə;
Çox tərləmirsənsə və yüngül qorunmaya ehtiyacın varsa;
Az intensivlikli fəaliyyətlərlə məşğulsansa və güclü tərləmə gözləmirsənsə.
Antiperspirantdan istifadə et, əgər:
Daha güclü qorunma istəyirsənsə və həm bədən qoxusunu, həm də qoltuqaltı yaşlığını azaltmaq niyyətindəsənsə;
İdman, günəş altında çox vaxt keçirmək və ya gərgin, hərəkətli gün kimi yüksək intensivlikli fəaliyyətlərlə məşğulsansa və özünü bütün gün təravətli, quru hiss etmək istəyirsənsə.
Bu gün bir çox məhsullar dezodorant və antiperspirantın xüsusiyyətlərini bir arada təqdim edir və bədən qoxusu ilə yaşlığın qarşısını almaq üçün ikili qorunma təmin edir!
Bədən qoxusunun qarşısını
ALMAQ ÜÇÜN MƏSLƏHƏTLƏR
Güclü bədən qoxusunun yaranmasının qarşısını almaq üçün tez tətbiq oluna bilən həyat tərzi məsləhətləri:
- Qoltuqaltını gündə ən azı iki dəfə sabunla yuyaraq yaxşıca qurula;
- Qoltuqaltı tüklərini mütəmadi olaraq təmizlə;
- Dezodorant və ya antiperspirantı təmiz və quru dəriyə tətbiq et;
- Paltarlarını mütəmadi olaraq dəyiş və yuy;
- Pambıq, yun və ipək kimi təbii parçalar geyin;
- Kofein və spirtli içkiləri həddindən artıq qəbul etməkdən çəkin;
- Çox kəskin qoxulu və ya ədviyyatlı yeməkləri həddən artıq yeməməyə çalış.
NIVEA Deo məhsul çeşidini kəşf et – burada həm dezodorantlar, həm də antiperspirantlar var ki, ehtiyacına ən uyğun vasitəni tapa biləsən: həssas dəri üçün zərif dezodorant formullardan tutmuş güclü, ləkə əleyhinə antiperspirantlara qədər – hamısı bədən qoxusu və/və ya tərləməyə qarşı uzunmüddətli etibarlı qorunma təmin edir.
Sprey, roll-on və ya stik – NIVEA sənin həyat tərzinə ən uyğun olan variantı seçə bilməyin üçün geniş məhsul çeşidi təqdim edir. Zərif qulluqedici inqrediyentlərlə zənginləşdirilmiş vasitələrimiz dərinə qayğı göstərərək onu qoruyur və ipək kimi yumşaq edir.


NIVEA Derma Dry Control antiperspirant dezodorant spreyini kəşf et – tərkibindəki C vitamini sayəsində 96 saata qədər tərləmə və bədən qoxusuna qarşı etibarlı qorunma təmin edir, eyni zamanda dərini ipək kimi yumşaq saxlayır.
NIVEA Derma Dry texnologiyası güclü tərləməni nəzarətdə saxlamağa və dəri qıcıqlanmasının qarşısını almağa kömək edə bilər. Qıcıqlandırmayan formulu kişilər üçün variantda da mövcuddur.















