
NIVEA
Dezodorantlar
Kəşf et
Daha çox
NIVEA dezodorant
Tez-tez verilən suallar
İstər fiziki gərginlik, istər stress, istərsə də istidən – tərləmə bədənimizin temperaturu tənzimləməsi üçün normal reaksiyadır. Lakin tərləmə xoşagəlməz qoxulara və xüsusilə qoltuqaltı nahiyəsində artıq nəmə səbəb ola bilər. Müasir dezodorantlar xoşagəlməz qoxunun qarşısını alır və gün boyu təravət hissi bəxş edir. Antiperspirantlar isə, öz növbəsində, tərləmənin özünü də azaldır.
Stik, sprey və krem formada olan, bədən qoxusunun qarşısını alan məhsula dezodorant deyilir. Geniş yayılmış yanlış fikir odur ki, məhz tər bədən qoxusuna səbəb olur, halbuki bu, belə deyil. Bədən qoxusu tərin dəridəki bakteriyalarla qarışması nəticəsində yaranır və adətən qoltuqaltı, sinə və intim nahiyələrdə özünü göstərir. Dezodorantlar bakteriyaları məhv edir və ya onların çoxalmasını məhdudlaşdırır, eyni zamanda xoş ətirlə bədən qoxusunu örtür. Təbiətən az tərləyən və ya bədənlərinin istehsal etdiyi tərləmə miqdarına müdaxilə etmək istəməyən insanlar üçün dezodorant seçilməsi tövsiyə olunur. Alüminium duzları olmayan məhsulları şüurlu şəkildə seçənlər də dezodorantdan istifadə etməlidirlər, çünki NIVEA çeşidində adı “dezodorant” olan bütün məhsulların tərkibində alüminium duzları olmadığına zəmanət verilir.
Dezodorant və antiperspirantlar təmiz dəriyə tətbiq edildikdə ən effektiv olur. Gün ərzində baxımlı və rahat hiss etmək üçün onları səhər duşdan dərhal sonra çəkmək ən doğrusudur.
Sprey, rulon və ya dezodorant stik – sizin üçün ən uyğun dezodorant növü hansıdır? Bir çox kişilər klassik sprey dezodorantlara üstünlük verir, qadınların əksəriyyəsi isə ən yaxşı dezodorant kimi rulon dezodorantları seçir.
Sprey dezodorant xüsusilə təravətli hiss bəxş edir. O, dərinizə yüngülcə hopur, qoltuqaltı nahiyəsini demək olar ki, quru saxlayır və beləliklə, demək olar ki, dərhal geyinə bilərsiniz. Gigiyenik tətbiq üsulu və əla təravətli ətir də sprey dezodorantların üstünlüklərindəndir. Optimal qorunma üçün dezodorantınızı istifadədən əvvəl çalxalayın. NIVEA sprey dezodorantları həmçinin hərəkətdə olarkən təravət üçün praktiki mini formatda da mövcuddur! Rulon dezodorantdakı hərəkətli kürəcik asan tətbiqi təmin edir. Rulon dezodorantlar dəriyə çox zərif təsir göstərir, buna görə də incə və həssas qoltuqaltı nahiyəsi üçün də uyğundur.
Ümumi mənzərəyə baxsaq, sprey dezodorantlar gigiyenik tətbiq üsulu və verdiyi təravət hissinə görə sevilir, dezodorant stiklər daha ekoloji sayılır, dezodorant kremlər isə xüsusilə qoruyucu təsirə malikdir.
Əgər geyiminizdə dezodorant ləkələrindən tamamilə qaçmaq istəyirsinizsə, tərkibində alüminium olmayan dezodorantları seçməlisiniz – bu, qara paltarlarda ağ izlərin və ağ parçalar üzərində sarımtıl ləkələrin yaranması riskini azaldır.
Bədəniniz üçün ən yaxşı dezodorantı taparkən, dərinizin həssas olub-olmadığını və təbii dezodoranta üstünlük verib-vermədiyinizi bilmək vacibdir. Sizin üçün uyğun həssas dəri üçün dezodorant tapmaq üçün məhsulun tərkibini istifadədən əvvəl diqqətlə yoxlamaq lazımdır. Bizim həssas dəri üçün xüsusi hazırlanmış dezodorantlarımız var, çünki dərinizin sağlam qalması və tərləmənizin nəzarətdə olması çox önəmlidir.
Getdikcə daha çox insan tərkibində alüminium və paraben olmayan təbii dezodorantlara keçir. Təbii dezodorantlara keçidin əsas səbəbi alüminiumun döş xərçəngi ilə əlaqələndirilməsi, eləcə də alüminiumun məsamələri tıxayaraq tərləməni qeyri-təbii şəkildə boğduğu fikridir. Bu, bəzi həssas dəri tiplərində quru dəri və səpgilərlə də əlaqələndirilir. Buna görə də bədən qoxusunu maskalamağa kömək edən təbii dezodorantlara diqqət yetirmək vacibdir. Bununla belə, bütün NIVEA dezodorantlarının tərkibində alüminium yoxdur və hər kəs üçün təhlükəsiz hesab olunur.









