
Nahamar dəriyə nə səbəb olur və
ONUN GÖRÜNÜŞÜNÜ NECƏ YAXŞILAŞDIRA BİLƏRƏM?
Nahamar dəri teksturasından
NECƏ QURTULMAQ OLAR

Nahamar dəri müəyyən sahələrdə qalxmış və qeyri-bərabər görünən dəriyə verilən addır.
Teksturalı dəri – müəyyən nahiyələrdə səthinin qabarıq və ya qeyri-bərabər görünməsinə deyilir. Dəri teksturasındakı bu dəyişiklik bədənin istənilən hissəsində yarana bilər, lakin adətən üz nahiyəsində daha çox nəzərə çarpır: toxunduqda kobud, bərk və quru hiss oluna bilər. Tez-tez genişlənmiş məsamələr, sızanaqlar və ya sızanaq izləri ilə əlaqəlidir.
Dərinin tamamilə hamar və mütləq düz görünməsinə nail olmaq mümkün deyil, çünki bunun üçün məsamələrin olmaması gərəkdir – halbuki məsamələr dəri sağlamlığının qorunmasında vacib rol oynayır.
Bununla belə, dəri teksturasının görünüşünü minimuma endirmək və profilaktika aparmaq mümkündür. Ev şəraitində tətbiq olunan üsullara, məsələn, pilinq skrabları, retinol serumları və alfa-hidroksi turşuları (AHA-lar) tərkibli məhsullardan istifadə daxildir.
Bədəndə nahamar dəri
HARADA GÖRÜNÜR?

- 1Bel:
Bu nahiyənin səthi geniş və çata bilmək çətin olduğu üçün burda ölü dəri hüceyrələri daha çox yığıla bilər və nəticədə nahamar dəri görüntüsü yaranar. Bundan əlavə, bel nahiyəsindəki sızanaqlar və ya sızanaq izləri daha çətin sağala, bu da dəri teksturasının qeyri-bərabər görünməsinə səbəb ola bilər.
- 2Üz:
Miliya və üzdə tıxanmış məsamələr zamanla böyüyərək nahamar dəri teksturasına gətirib çıxara bilər. Günəş şüaları da kollageni parçalayaraq dərinin elastikliyini azaldır və nəticədə dəri daha qeyri-bərabər görünə bilər.
- 3Boyun:
Eyni zamanda, boyun nahiyəsi də çox vaxt günəşə açıq qaldığı üçün UV şüaları zamanla dəridə kollagen istehsalını azalda və dərinin daha nahamar görünməsinə səbəb ola bilər.
- 4Ayaqlar:
Ayaqlarda kobud və ya xırda qabarcıqlı dəri ümumi quruluqdan, bəzən isə keratoz pilaris (KP) adlanan, keratin zülalının yığılması ilə bağlı vəziyyətdən qaynaqlana bilər.
- 5Qollar:
Qollarda da KP ola və bu səbəbdən dəridə xırda qabarcıqlar yarana bilər.
Nahamar dəriyə nələr
SƏBƏB OLUR?
- 1Yaşlanma:
Yaşlandıqca dəri elastin istehsalını əvvəlki kimi sürətlə həyata keçirə bilmir və nəticədə sıxlığını itirərək daha nahamar görünə bilər.
- 2Quruluq:
Psoriaz və ya KP kimi vəziyyətlərlə bağlı ola bilən quru dəri toxunduqda kobud hiss olunur, qabıq-qabıq görünə bilər və ümumi nahamar dəri görüntüsünə səbəb ola bilər.
- 3Sızanaq:
Davamlı və ağır sızanaq dəridə xırda çökək izlər qoya bilər və bu da dərinin qeyri-bərabər, nahamar görünməsinə səbəb olur.
- 4Günəşə məruz qalma:
Artıq qeyd etdiyimiz kimi, günəş şüalarına həddindən artıq məruz qalmaq dəridə kollageni parçalayaraq elastikliyini azalda bilər. Günəş təsiri nəticəsində, xüsusilə
günəş yanığı yaşadıqda, dəri quruyub kobudlaşa bilər. - 5Genetika:
Genetika ümumi görünüşünə və dəri teksturasına böyük təsir göstərir. Əgər valideynlərin və nənə-baban dəridə qeyri-bərabər tekstura və ya genişlənmiş məsamələrlə mübarizə aparıblarsa, səndə də bu halların yaranmasına meyl daha yüksək ola bilər.
- 6Dəri problemləri:
Ekzema, psoriaz və rozasea kimi dəri problemləri dərinin kobud, nahamar teksturalı və quru görünməsinə səbəb ola bilər.

Nahamar dəri teksturasından qurtulmağın ilk və ən vacib addımı kök səbəbi müəyyən etməkdir – bu, sənin üçün hansı həll yollarının daha uyğun olduğu barədə istiqamət verəcək. Əgər yenə də əmin deyilsənsə, dəqiq diaqnoz və müalicə üçün dermatoloqa müraciət et.
Üzdəki nahamar
DƏRİ TEKSTURASINDAN NECƏ QURTULA BİLƏRƏM?
Ən uyğun həll yolunu müəyyən etmək dərinin dəri teksturasının yaranma səbəbi və dərəcəsindən asılıdır. Daha əvvəl qeyd olunan profilaktik məsləhətlərə əlavə olaraq, aşağıdakı variantlar da nəzərə alınmağa dəyər:

- C vitamini:
Bu xüsusilə təsirli dəriyə qulluq komponenti çoxsaylı faydaları ilə geniş tanınır. C vitamini iltihabəleyhinə xüsusiyyətləri sayəsində artıq sebum istehsalını tənzimləməyə kömək edir, bununla da sızanaqların və tıxanmış məsamələrin yaranma ehtimalını azalda bilər.
- AHA turşuları:
Glikol turşusu AHA qrupuna aid, həssas dəri tipləri üçün uyğun olan kimyəvi pilinqin məşhur nümunəsidir. Bu komponent dərinin üst qatını nazik şəkildə uzaqlaşdıraraq altındakı daha təravətli dəriyə yol açır və eyni zamanda kollagen və elastin istehsalını stimullaşdırır. Onu NIVEA Derma Skin Clear Chemical Exfoliator məhsulunun tərkibində tapa bilərsən – bu məhsul həmçinin dəriyə dərindən təsir edərək məsamələri təmizləyib incəltməyə kömək edən salisil turşusu və niasinamid ilə zəngindir.
- Retinol:
Hüceyrə yenilənməsini stimullaşdırmağa və sebum ifrazını tənzimləyərək piy vəzilərinin həddindən artıq fəallığını nəzarətdə saxlamağa kömək edə bilər. Retinol həmçinin incə xətlər, qırışlar, dəri tonu və ümumi dəri teksturasının görünüşünü yaxşılaşdırmağa dəstək olur.
- İltihabəleyhinə yerli komponentlər:
Nahamar dəri bəzən iltihabla bağlı ola bilər, buna görə də bunu azaltmaq üçün Aloe vera, niasinamid və zərdəçal kimi sakitləşdirici, iltihabəleyhinə komponentlərdən istifadə edə bilərsən.
- Kollagen dəstəyi:
Tərkibində kollagen peptidləri olan dəriyə qulluq vasitələrindən istifadə (dərinin asanlıqla sovura bildiyi kollagen forması) dodaqların və dərinin daha dolğun görünməsinə kömək edə bilər. Bu cür formulalar həmçinin iltihabı yüngülləşdirməyə və xüsusən həddindən artıq pilinq səbəbindən zəifləyə bilən dəri baryerini gücləndirməyə dəstək olur.
- Nəmləndirici komponentlər:
Nəmləndirici, suyu özündə saxlayan humektant inqrediyentlərə üstünlük vermək yaxşı fikirdir. Hialuron turşusu bunun gözəl nümunəsidir və onu bir çox NIVEA məhsulu tərkibində tapa bilərsən.
- Peşəkar prosedurlar:
Lazer terapiyası, kimyəvi pilinqlər, mikroiynələmə və mikrodermabraziya peşəkar mütəxəssislər tərəfindən tətbiq olunan klinik prosedurlara nümunədir. Ev şəraitində sınaqdan keçirdiyin variantlarla irəliləyiş görmürsənsə, dermatoloqla bu cür prosedurlar barədə məsləhətləşə bilərsən.
- Unutma ki, bütün seçimlər hər kəs üçün uyğun olmaya bilər, buna görə dəradikal həyat tərzi dəyişikliyi etməzdən və ya tamamilə yeni dəriyə qulluq rutini qurmazdan əvvəl dermatoloqla məsləhətləşməyini tövsiyə edirik.






