Sun Lotion

GÜNƏŞDƏN QORUYAN LOSYON

Günəş işığı həyat üçün vacib olan D vitamininin istehsalını stimullaşdırır, əhvalı qaldırır, hormonal fonumuza xoş təsor göstərir, eləcə də dəriyə cəlbedici qızılı rəng ahəngi bəxş edir. Lakin günəş altında həddən artıq qalma dərinizə zərər verə bilər. Buna görə, açıq səma altında olarkən uyğun günəşə qarşı losyonun köməyilə dərini mütləq günəş şüalarından qoru.
7 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Günəş xoşbəxtlik bəxş edir — qaralma üçün losyon isə dərini qoruyur

İnsan bədəninin ən böyük orqanı olaraq, dəri bir çox vacib funksiyanı yerinə yetirir. O, ətraf mühitlə bədən arasında sədd rolunu oynayır, eləcə də bizi zərərli xarici təsirlirdən qoruyur, məsələn, həddən artıq UB-şüalanmadan. Müxtəlif SPF-amilli *NIVEA Sun* günəşdən müdafiə losyonları dəriyə etibarlı qorunma təmin edir və onun öz funksiyalarını dəstəkləyir. Eyni zamanda, onların sayəsində dəri yumşaq qaralır, gözəl və sağlam görünür. Günəş bizə əsl həyat eliksiri kimi təsir göstərir! Günəş işığı ""xoşbəxtlik hormonu"" adlandırılan endorfinlərin əmələ gəlməsini stimullaşdırır. Məhz buna görə, yayda biz çox tez-tez yaxşı əhval-ruhiyyədə oluruq və hətta eyforiya hiss edirik. Bundan başqa, günəş işığı immun və ürək-damar sisteminin daha yaxşı işləməsinə səbəb olur. Günəş şüalarının təsiri altında dəridə əmələ gələn melanin piqmenti dərini qoruyaraq ona daha tünd rəng ahəngi bəxş edir. Lakin açıq rəngli və həssas dərinin günəşdən qorunma mexanizmləri nisbətən daha zəifdir, buna görə də onun üçün yüksək günəşdən qorunma amilli qaralma üçün losyon, sprey və ya kremdən istifadə etmək lazımdır.

Günəşdən qoruma losyonu — dərinin qayğısına qal!

Dəriyə zərər vermədən günəş altında qala biləcəyin müddət dərinin növündən asılıdır. Ümumilikdə, dəri nə qədər tünddürsə, bir o qədər də UB-şüalanmadan daha yaxşı qorunur. Buna baxmayaraq, bu növ saçlara sahib olan insanlara günəşdən qorunma losyon və ya kremindən istifadə etmək tövsiyə edilir, çünki NIVEA-dan müvafiq vasitələr dərini nəinki günəşdən qoruyur, həm də ona qullu edir. Belə qorunma olmadıqda günəş şüaları dəriyə dərin daxil olaraq, onu zədələyir və vaxtından əvvəl yaşlanmasına səbəb olur. Günəşdən qorunma losyonu ilə sənin dərin etibarlı qorunma altındadır. Qaralma üçün losyonu seçərkən, ilk növbədə, onun günəşdən qorunma amilini nəzərə almaq lazımdır. İsti mövsümün əvvəlində mümkün qədər yüksək SPF-amilli məhsullardan istifadə etmək tövsiyə olunur. Sənin dərin qaralmadan nə qədər tündləşsə, onun müdafiə mexanizmləri bir o qədər yaxşı işləyir, nəticədə, dərin UB-şüalanmaya qarşı dyanıqlı olur. Günəşdən qorunma losyonu seçərkən yadda saxla ki, hətta ən yüksək günəşdən qorunma amili dərinin günəşdən sərhədsiz müdafiəsini təmin etmir. Losyonun təkrar tətbiqi də qorunma dərəcəsini yüksəltmir, sadəcə onun effektivliyini dəstəkləyir.

Bərabər qaralma üçün günəşdən qorunma losyonu

Dərinin günəş şüaları ilə təması nəticəsində onda melanin piqmenti əmələ gəlir. Dərinin piqmentasiyası bərabər baş verdikcə, qaralma daha cəlbedici görünür. Bu proses daha çox genetik meyldən asılıdır, lakin düzgün qulluq vasitəsilə ona təsir göstərmək olar. Sənin qaralman bərabər olsun deyə, qədərində qaral — bir dəfəyə günəş altında həddən artıq vaxt keçirmə və öz dərini NIVEA günəşdən qorunma losyonu ilə qoru. Günəş altında olduqdan sonra nəmləndirici vasitədən istifadə et, məsələn *After Sun* losyonu, — bunun sayəsində sənin dərin daha tez bərpa olacaq və daha cəlbedici görünəcək.