sun spray

GÜNƏŞDƏN QORUNMA SPREYİ

Qaralma üçün spreylər rahat istifadəsinə görə xüsusi geniş rəğbətə malikdir. Bizim çeşiddə əldə tutmaq üçün rahat olan butulkalarda pulverizatorlu müxtəlif spreylər, çaxmaqlı püskürdücüsü olan spreylər, eləcə də aerozollar mövcuddur. Sadəcə bu vasitələrdən birini dəriyə püskürt, azacıq yay, vəssalam — sənin dərin etibarlı müdafiə altındadır.
2 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Günəşdən qorunma spreyi: günəşdən ağılla həzz al

Yayda, isti və parlaq günəş insanı təbiətə çağıranda günəşdən qorunma spreyi dərimizin etibarlı müdafiəsini təmin edərək, bizə açıq səma altında keçirdiyimiz zamandan qayğısız həzz almağa imkan verir. Günəş işığı həyati vacibdir: ultrabənövşəyi şüalar maddələr mübadiləsini stimullaşdırır və imun sistemi möhkəmlədir. B sprektrli UB-şüalanmanın təsiri altındaorqanizmdə vacib D vitamini əmələ gəlir və o, sümük sisteminin möhkəmliyinə təsir edir. Buna görə, günəş vannaları qəbul etmək və açıq havada aktiv zaman keçirmək istənilən yaşda həm xoşdur, həm də faydalı. Xüsusən, uşaqlar açıq havalı günlərdə küçədə vaxt keçirməyi, oynamağı, idmanla məşğul olmağı və ya sadəcə dincəlməyi çox xoşlayır. Lakin günəş şüası orqanizmin sağlam inkişafı üçün nə qədər önəmli olsa da, ondan həzz alarkən hər zaman ehtiyatlı olmaq lazımdır. Uşaq dərisi ultrabənövşəyi şüalanmanın təsirinə qarşı xüsusilə həssasdır. Lakin günəşdən qorunma spreyi dəri hüceyrələrini uzun müddət zədələnmədən qoruyur və dəri xərçənginin inkişafının qarşısını alır. Yüngül və rahat istifadə olunan günəşdən qorunma spreyi dərini A və B spektrli UB-şüalanmadan tez və, ən əsası, etibarlı müdafiə edir.

NIVEA günəşdən qorunma spreyləri: günəşdən effektli qorunma

 Günəşdən qorunma spreyləri asan istifadə ilə fərqlənir və intensiv günəş şüalarının dəriyə zərərli təsirinin qarşısını alır. NIVEA-nın günəşdən qorunma spreylərinin geniş çeşidi istehlakçıların hər cür tələbat və zövqlərini təmin etmək vəzifəsini yerinə yetirir. Nəmləndirici spreylər günəşdən effektiv qorunmanı, yumşaq qulluq və intensiv nəmləndirməni özündə birləşdirir. Qorunma və qaralma xəttindən olan məhsulların tərkibində təbii promelanin eksrtaktı vardır və bunun sayəsində onlar davamlı və gözəl qaralma təmin edir. NIVEA-dan Qorunma və sərinlik spreyləri xoş, sərinlədici effektə malikdir və dəriyə təravət və hamarlıq hissi bəxş edir. Xüsusən həssas dəriyə Protect & Sensitive spreyləri uyğundur. Onların tərkibində aromatizator, boyaq maddələri və konservant yoxdur, eləcə də onlar A spektrli UB-şüalanmadan çox yüksək dərəcəli müdafiə təmin edir. Günəş altında zaman keçirdikdən sonra dərinin sağlamlığını qorumaq üçün After Sun vasitələrindən istifadə etmək lazımdır. Qaralmadan sonra sərinlədici losyonlar dərini nəmləndirir və sakitləşdirir.