After Sun

QARALMADAN SONRA

Sağlam dəri və gözəl, hamar qaralma üçün təkcə günəş altında olan zaman günəşdən qorunma vasitəsindən istifadə etmək kifayət deyil, həm də günəş vannaları qəbul etdikdən sonra dəriyə qulluq təmin etmək vacibdir. Qaralmadan sonra istifadə üçün olan vasitələrimiz dərini effektiv sərinlədir və onu nəm ilə təmin edir. Onların sayəsində, günəş altında üzülmüş dəri yenidən yumşaq və elastik olur.
2 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Günəş altında olduqdan sonra dərinin vəziyyəti

Təhlükəsiz qaralma üçün xüsusi vasitələrin istifadə olunması yalnız günəş altında çıxmamışdan öncə deyil, həm də günəş vannaları qəbulu zamanı və ondan sonra dəriyə qulluq üzrə yay proqramının mütləq hissəsi olmalıdır. Günəşdən qorunma losyonu, sprey və kremləri dərini həddən artıq UB-şüalanmadan qoruyarkən, qaralmadan sonra istifadə üçün olan vasitələr dəri günəş altında qaldıqdan sonra üzüldüyü və qıcıqlandığı zaman onu sərinləşdirir və sakitləşdirir. Günəş vannaları dərini susuzlaşdırır, xlor və ya duz tərkibli su isə yalnız onun yükünü ağırlaşdırır. Qaralmadan sonra istifadə üçün olan vasitələr sakitləşdirici təsir göstərir və dəriyə xoş səinlik hissi bəxş edir. Bu sərinləşdirici effekt qaralmadan sonra vasitələrini isti yay günlərində əvəzolunmaz köməkçilərə çevirir. Qaralmadan sonra losyon qaralmanı daha dayanıqlı edə bilərmi? Bəli, qaralmadan sonra istifaə üçün olan vasitələrin qulluqedici və nəmləndirici təsiri sayəsində dəri gözəl, əsmər rəng ahəngini uzun müddət qoruyub saxlayır. Bu onunla bağlıdır ki, quru dəri hüceyrələrini daha tez itirir, bu da qaralmanın ""silinməsinə"" gətirib çıxarır. Qaralmadan sonra vasitələrdən müntəzəm istifadə bu prosesi yavaşlatmağa kömək edir.

Qaralmadan sonra qulluq — günəş vannalarını qəbul etdikdən sonra dəri üçün balzam

Yandıran yay günəşi altında keçirilmiş uzun gündən sonra dərinin ala biləcəyəi istənilən dəstəyə ehyiyacı var. UB-şüalanma dərini üzür və qurudur — bu, məsələn, yığılma və ya yandırma hissiyyatlarında özünü bildirir. NIVEA-dan qaralmadan sonra dəriyə qulluq vasitələri belə hallarda anında rahatlıq bəxş edir. Onların inqrediyentləri və məxsusi hazırlanmış qulluq formulları həssas dəriyə ideal uyğun gəlir, ona özünün təbii qoruyucu sədlərini bərpa etməyə kömək edir və onun sakitlşməsinə və regenerasiyasına imkan yaradır. Qaralmadan sonra vasitələrin yüngül, təravətlndirici teksturu onların yumşaq və effektiv tətbiqini təmin edir ki, bu da qıcıqlanmış və həssas dəri üçün xüsusilə önəmlidir. NIVEA-nın qaralmadan sonra vasitələrindən istifadədən başqa dəriyə günəş altında qaldıqdan sonra ərpa olmağa kömək edəcək əlavə üsullar da mövcuddur. Kölgədə fasilə et, sonra isə otaq hərarətində duş altında günəşdən qorunma losyonunu, qum və duz ya da xloru dəridən yuyub təmizlə. Bundan sonra nəm dərini dəsmal ilə islatmaq kifayətdir — onu aktiv şəkildə qurulamağa ehtiyac yoxdur. Günəş işığı təkcə dərini deyil, həm də saçları gərgin edir, buna görə də, onların məxsusi yumşaq qulluğa ehtiyacları var. İntensiv qidalandırıcı şampun və ya maska günəş altında cansızlaşmış saçlara lazımi dərin qulluq təmin edəcək, onlara yumşaqlıq və sağlam görünüşü qayatarcaq.

Qaalmadan sonra losyon və bədən üçün adi losyon — fərq nədədir?

Günəş, külək və su kimi ətraf mühit amilləri dərini susuzlaşdırır, ultrabənövşəyi şüalanma isə onu stresə salır, nəticədə, o, həssas və qıcıqlanmış olur. Bədən üçün gündəlik losyon və ya süddən fərqli olaraq, qaralmadan sonra vasitələrin məxsusi qulluqedici tərkibi təkcə təbii nəm balansını bərpa etmir, həm də dərini sakitləşdirir və sərinlədir. Bu sərinləşdirici təsirin sayəsində, qaralmadan sonra losyon anında rahatlıq gətirir və dəriyə xoş təəssürratlar bəxş edir.