Shaving

TƏRAŞ HƏLƏ HEÇ VAXT BU QƏDƏR ASAN OLMAMIŞDIR

Hər bir kişi müntəzəm olaraq təraş məcburiyyəti ilə üz-üzə qalır — quru və ya nəm, hamar və ya tük saxlayaraq, yalnız üzdə və ya bütün vücudda. Buna görə, NIVEA MEN bölməsində biz istənilən növ dəri üçün uyğun məhsullar, istənilən təraş üsulu və qulluq üzrə tələbatlar üzrə faydalı məsləhətlər təkllif edirik.
29 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Kişi təraşı: dəriyə ideal qulluq

Hər kişi təraşın hansı problemlərlə bağlı olduğunu bilir. Hamar təraş olmuş üz nə qədər xoş görünsə də, gündəlik təraş prosesi çox qısa zamanda dəri üçün sərt bir sınağa çevrilir. Dərini qıcıqlanmadan qorumaq üçün təraş prosesini müəyyən qulluq tədbirləri ilə müşayiət etmək lazımdrı. Birincisi, tələsmə — təraş üçün yetərli zaman ayır. Tələsmə və təlaş çox tez ağrılı kəsiklərlə nəticələnir. İkincisi, əsaslı üz təmizləməsindən başla. Bu prosedur mikroblardan qurtulmağa kömək edəcək və onların məsamələrə keçməsinə imkan verməyəcək. Bundan başqa, təraş üçün köpük, gel və ya krem yağsızlaşmış dəriyə xeyli daha yaxşı tətbiq olunur. Üçüncü addım  – təraş əslində məhz indi başlayır. Günü fəal başlamağa üstünlük verən kişilər sərinlləşdirici effektə malik təraş gellərinə yüksək qiymət verəcəklər. Həssas dərili kişililər tərkibində spirt olmayan, neytral qoxulu vasitələrdən istifadə etməlidirlər. Təraş üçün köpük, gel və ya kremi ən azı iki dəqiqəlik dəridə saxla ki, tükcüklər yumşalsın. Ən sərt tüklər üst dodağın yuxarısında və çənədə olur — bu nahiyələri təraşın sonuna saxla ki, tükcüklər yetərincə yumşala bilsin. Bundan sonra təraş olmuş saçları və vasitə qalıqlarını soyuq su ilə sil. O, dərini təravətləndirir və məsamələri darlaşdırır. Nəhayət, təraşdan sonra dəriyə mütləq lazımi qulluq təmin et. Təraşdan sonra losyon və ya üz üçün krem dərinin qıcıqlanması və iltihablanmasının qarşısını almağa kömək edəcək. Tərkibində spirt olan vasitələr dezinfeksiya effekti göstərir, onların səirnlədici tərkibi isə əlavə təravət enerjisi bəxş edir. Həssas və ya quru dərili kişilərə tərkibində sport olmayan təraşdan sonra yumşaq vasitələrdən istifadə etmək tövsiyə olunur  — onlar dərini nəmləndirir və onun regenrasiyasına imkan yaradır. Balzam ikiqat qulluq təmin edərək, dərinin qıcıqlanmış nahiyələrini sakitləşdirir və ona yeni enerji bıxş edir.

Hər təraş üsulu üçün

Nəmli təraşla bərabər bir çox kişi quru təraşa üstünlük verir. Bu halda вф dərini sakitləşdirmək və dezinfeksiya etmək məqsədilə təraşdan sonra nəmləndirici vasitədən istifadə etmək vacibdir. Təbii ki, dəbdə olan ""saqqalı"" trendin ardınca gedərək təraşdan tamamilə imtina edənlər də üz dərisinə qulluqdan vaz keçməməlidirlər. Əks halda, saqqalın altındakı dəri tez quruya və qabıq verməyə başlaya bilər. Saqqalın olmasına baxmayaraq dəriyə rahat tətbiq edilə bilən az yağlı üz gelindən istifadə etməyi tövsiyə edirik. Bədənin digər hissələrinin təraşına gəldikdə, burada da üz təraşı zaman olan qaydalar keçərlidir: tüklərin ehmalca təmizlənməsi üçün əvvəlcə onları köpük, gel və ya kremin köməyilə yumşaltmaq lazımdır. Daha sonra, yenicə təraş olunmuş, müvafiq olaraq, dərinin çox həssas nahiyələrinə spirtsiz təraşdan sonra yumşaq balzam tətbiq etmək lazımdır.