Face Care

KİŞİLƏR ÜÇÜN ÜZƏ QULLUQ

Kişilər üçün nəzərdə tutulmuş üz dərisinə qulluq üzrə keyfiyyətli məhsullarımız kişi dərisinin özəl tələbatlarını nəzərə alaraq hazırlanmışdır. Buna görə, biz istənilən yaş və dəri növünə uyğun olan, fərdi tələbatları qarşılayan ideal vasitələri təqdim edirik. Bəs sənə hansı növ qulluq lazımdır?
2 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Kişilər üçün üzə qulluq — məxsusi olaraq kişi dərisi üçün.

Kişi dərisinin qulluq vasitələrinin teksturu və təsir prinsipinə dair məxsusi tələbləri vardır. Onun xüsusiyyətləri qadın dərisinin xüsusiyyətlərindən xeyli dərəcədə fərqlənir. Kişilər üçün üz dərisinə qulluq vasitələri xüsusi olaraq kişi dərisinin tələbatlarını ideal şəkildə qarşılamaq üçün hazırlanmışdır. Buna görə, həyat yoldaşının istifadə etdiyi üz kremi sənə yaramaz. O, hətta sənin dərinə zərər verə bilər, çünki qadın kremlərinin teksturu çox vaxt həddən artıq yağlı olur.

Kişilər üçün üzə qulluq: vasitələrin təsir prinsipinə dair fərdi tələblər.

Kişi dərisi qadın dərisindən 15-20 faiz daha qalındır və tərkibində daha çox piy vəziləri vardır, bu da, onun sızanaq və civzə səpməsinin əmələ gəlməsinə daha meyilli olmasına gətirib çıxarır. Kişilər üçün üzə qulluq vasitələri bu özəlliyi nəzərə alır. Onlar dərini nəm ilə təmin edir və məsamələri bağlamayan, daha yüngül teksturaya malikdir.

Yaş və dəri növü nəzərə alınmaqla kişilər üçün üzə qulluq

Kişi dərisi üçün sıx tük örtüyü xasdır. Bu xüsusiyyət daha çox saqqalın uzanmasında özünü bildirir. Saqqal nahiyəsindəki 5 000-dən 30 000-dək tük üzün, təxminən, üçdə birini örtür. Bu tüklər bir-birinə çox sıx bitir və çoxlu sayda piy vəziləri ilə əhatə olunur. Kişilər üçün bərpaedici üzə qulluq vasitələri kişi dərisinin özəl quruluşunu və ülgücün ona təsirini nəzərə alır. Kişi dərisinin tərkibində daha çox kollagen var, buna görə də, o öz elastikliyini qadın dərisindən daha çox qoruyub saxlayır. Lakin 35 yaşdan sonra kollagen lifləri sökülməyə başlayır — bəzən hətta qadınlardan da sürətli — və dəridə ilk qırışlar əmələ gəlir. Tərkibində yaşlanmaya qarşı inqrediyentlər olan, kişi dərisinə qulluq üzrə gündüz və gecə vasitələrindən istifadə bu prosesi ləngitməyə imkan verir. Kişilər üçün üzə qulluq vasitələrinin hazırlanmasının əsasında müasir elmi bilklər dayananda, onlar effektiv olurlar. NIVEA qabaqcıl və əsaslı balanslaşdırılmış qulluq konsepsiyalarının yaradılması üçün dermatologiya sahəsindəki aktual nailiyyətləri və uzunillik təcrübədən yararlanır.