Deodorant

KİŞİLƏR ÜÇÜN DEZODORANT

Düzgün seçilmiş kişi dezodorantı sənə istənilən vəziyyətdə üzünü ağ etməyə kömək edəcək. NIVEA-nın təqdim etdiyi gündəlik istifadə üçün dezodorant və antiperspirantların geniş çeşidi ilə qoltuqaltı dəri baxımlı, təravətli və təmiz olacaq — fərq etməz, sən dincəlirsən ya idmanla məşğul olursan. Stik, diyircəkli dezodorant, sprey və ya pulverizatorlu dezodorant — burada sən istənilən zövqə uyğun kişi dezodorantı tapa bilərsən.
20 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Həyatverici təravət və davamlı müdafiə

NIVEA kişi dezodorantı sayəsində sənin günün təravət hissindən başlayacaq, sonra isə uzun saatlar ərzində sən tərdən və qoltuqaltı nahiyəsindəki xoşagəlməz qoxudan etibarlı müdafiədən həzz ala biləcəksən. Bundan başqa, kişilər üçün NIVEA dezodorantları dəri tərəfindən əla qəbul edilir və sənin qarşında geniş kişi ətirləri seçimi açır.

Kişilər üçün dezodorant-sprey: gündəlik istifadə üçün klassik variant

Dezodorant-spreylər kristal təravət hissi bəxş edir və buna görə də, kişi dezodorantları arasında şübhəsiz lider hesab olunur. Onun aktiv komponentləri düyməni bir dəfə basmaqla tez, asan və bərabər şəkildə dəri üzərində yayılır və xoş qoxu bəxş edir. Nəticə — qoltuqaltı nahiyəsində təravət hissi, xoş qoxu və tərdən uzunmüddətli müdafiə. Beləcə, spreylər öz vaxtını dəyərləndirən və səhərlər bir dəqiqə belə itirmək istməyən kişilərə ideal uyğun gəlir. Bizdən məsləhət: daha yaxşı nəticə əldə etmək üçün istifadədən qabaq flakoonu silkələyin.

Praktik və yığcam: diyircəkli dezodorantlar və stiklər

Səhər və ya məşqdən sonra tez və dəqiq tətbiq üçün dezodorant axtarırsan? Rahat aplikator bunu maksimum dərəcədə asan etməyə kömək edəcək. Kəskin ətri olmayan kiçik ölçülü dezodorantıara üstünlük verənlərə stik və ya diyircəkli dezodorant çox uyğun gələr. Kişilər üçün dezodorant-stiklər və diyircəkli dezodorantlar ideal dozalaşmanı təmin edir, onların kremli teksturası isə dəridə müdafiə qatını yaradır. Onların başqa üstünlükləri varmı? Əlbəttə, axı stik və diyircəkli dezodorantlar yığcamdırlar və idman çantalarında çox az yer tuturlar.

Dezodorant və antiperspirant — bunlar eyni şey deyil

Dezodorant xoşagəlməz qoxulardan etibarlı müdafiə təmin edir, lakin tər ifrazının qarşısını almır. O, xoşagəlməz qoxuya səbəb olan bakteriya sayının artımının qarşısını effektiv şəkildə alır. Dezodorant-antiperspirant sadəcə tər iyi ilə mübarizə aparmır, həm də onun yaranmasının qarşısını alır. Öz təbiətinə görə az tərləyən və ya təbii tər ufrazı prosesinə qarışmaq istəməyən kişilərə adi dezodorantdan istifadə etmək kifayətdir. Belə dezodorant həm də şüurlu şəkildə alüminium duzlu məhsulllardan yan keçən insanlar üçün də uyğun gəlir. Lakin yüksək tər ifrazı ilə əlaqədar narahatlıq yaşıyan kişilər üçün antiperspirant optimal seçim olacaq.

Xüsusi tələbatlara uyğun kişi dezodorantları

Təəssüf ki, qoxudan effektiv müdafiə ilə bərabər, bəzi kişi dezodorantlarından istifadə paltarda ləkə halında xoşagəlməz nəticələri verə bilər. NIVEA işləyib hazırladığı xüsusi formul sayəsində dezodorantlar tünd rəngli paltarda ağ ləkə saxlamır, bəyaz paltarda sarı ləkələrin əmələ gəlməsi ehtimalı isə xeyli dərəcədə azdır. Stres və psixiki yüklənmələr tər ifrazını gücləndirə bilər — bu zaman köməyə NIVEA Stress Protect dezodorantı gəlir. Onun tərkibində iki aktiv antiperspirant maddənin unikal birləşməsi vardır və o, 48 saat ərzində tərdən etibarlı müdafiə təmin edir. Antibakterial müdafiəyə xüsusi önəm verənlə üçün isə NIVEA araşdırma mərkəzi suda həll olunan gümüş sitratı ilə məhsullar hazırlayıb. Onların tərkibi də, həmçinin, tərdən effektiv müdafiə təmin edir və dəri tərəfindən yaxşı keçirilir.