SHAMPOO

ŞAMPUN — GÖZƏL SAÇLAR ÜÇÜN QULLUQ

Qulluqedici şampun — saçlara qulluğun əsasını təşkil edir. O, saçları yumşaq şəkildə təmizləyir, onları lazımi nəm ilə təmin edir və sağlam parıltı bəxş edir. Nəzərə alaraq ki, şampun hər zaman insanın individual saç növünə uyğun olmalıdır, NIVEA bütün növ saçlar üçün geniş şampun xəttini hazırlayıb. Biz həmçinin saçlara qulluq üzrə bir neçə faydalı məsləhəti bir yerə topladıq.
19 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Saçlara qulluq onların növündən asılıdır

Sənin saç növünə ideal uyğun gələn, düzgün seçilmiş şampun və NIVEA-dan qulluq üçün digər vasitələr gözəl saçlar haqda arzuları gerçəyə çevirəcək.  Saçların necə olursa olsun — qısa kəsimli bob, uzun və düz ya da qıvrım və sıx, — onlara sənin saç növünü nəzərə alaraq seçilmiş vasitələrlə qulluq etdikdə, sən hər zaman onlara heyran olacaqsan!

Şampundan nə tələb olunur və onun məqsədi nədir?

Şampun saçlara qulluğun əsasın təşkil edir. O, hər zaman saçların növünə tam uyğun olmalıdır. Şampun saçların çirklənmələrdən, xoşagəlməz qoxulardan və muss, sprey və ya gel kimi saç düzümü vasitələrinin qalıqlarını təmizləyir. Hər yuma saçları ilkin vəziyyətinə qaytarır və qulluqedici vasitələrin tətbiqinə hazırlayır. Şampunların tərkibindəki səthi-aktiv maddələr saçları effektiv təmizləyir. Onlar saçların strukturunu zədələməyən yumşaq yuma təmin edir. Bundan başqa NIVEA şampunları qidalandırıcı və nəmləndirici maddələrlə zənginləşdirilmişdir. Onlar yuma zamanı saçlara hoparaq sağlam strukturu dəstəkləyir. Şampunlar daha nə üçün yarayır? Düzgün seçilmiş şampun həmçinin baş dərisinə qulluq edir. O, piy vəzilərin işləməsini tənzimləyir və nəticədə saçlar elə də tez yağlanmır. Bundan başqa, bizim saçlara qulluq vasitələrimiz baş dərisinə çox yumşaq təsir göstərir, onu qıcıqlandırmır və qurutmur, buna görə də həssas dəriyə çox uyğun gəlir.

Sənin saç növünə uyğun şampun

NIVEA çeşidində hər saç növünə uyğun şampun tapılar. Normal saçlar üçün şampunlar onlara parıltı bəxş edir, quru və zədələnmiş saçlar üçün — qidalandırıcı qulluq təmin edir, xüsusi nəmləndirici şampunlar isə saçların gündəlik yuyulması üçün uyğundur. Sənin saçların boyalıdır? O zaman, sən saçların rəngini qoruyan şampundan istifadə etməlisən. Belə şampunlar saçların üzərindəki pulcuqları tumarlayır və bunun sayəsindəboya piqmentləri saçlarda daha çox qalır, rəngləri nə olursa olsun. 

Təmizləmə və qulluq: şampun və kondisioner 2-si 1-ində

Parıltı, həcm və əlavə təravət enerjisi — bu üstünlüklərdən imtina etmək məcburiyyətində deyilsən, hətta vaxtın azdırsa. 2-si 1-ində şampun — bir flakonda həm şampun həm kondisioner deməkdir. Kondisionerləşdirici komponentlər xüsusən uzun saçlar üçün mühüm olan əlavə qulluğu təmin edir. Bunun sayəsində saçlar rahat daranır, sağlam parıltı əldə edir və onlara toxunmaq olduqca xoş olur. Saçlarının tələbatlarını nəzərə alaraq sənə uyğun  NIVEA şampununu seç və onlar öz gözəl parıltı və yumşaqlığı ilə bunun əvəzin verəcək."