CONDITIONER

KONDİSİONER — SAÇLARA EKSPRESS-QULLUQ

Sənin saçların quru və sönükdür? Bununla barışmaq məcburiyyətində deyilsən. Kondisioner köməyinə gələcək və sayılı dəqiqələrdə vəziyyəti düzəldəcək. Onu yumadan sonra nəm saçlarına ovuşduraraq tətbiq et, qoy bir müddət qalsın ki, öz təsirini göstərə bilsin, sonra isə ilıq su ilə yaxşıca yu. Bundan sonra saçların parıltılı, hamar və sözəbaxan olacaq.
7 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Kondisioner: əlavə qulluq

Saçlar ən azı vücud və üz qədər müntəzəm qulluğa ehtiyac duyur. Yaxşı olar ki, ayda bir neçə dəfə saç üçün maskadan istifadə edəsiniz ki, onların zədələnməsinin qarşısını ala biləsən və ya onun nəticələrini aradan qaldıra biləsən. Bu cür quluq ilk növbədə boyalı, zədələnmiş və sönük saçlara lazımdır. Əgər maskaları tətbiq etmək üçün vaxtın yoxdursa, onların əvəzinə kondisionerdən istifadə et. O, maskaları çox gözəl əvəzləyir, tez və asan tətbiqi ilə seçilir, həmçinin saçlara keyfiyyətli qulluq təmin edir və onların daranmasını yüngülləşdirir.

Kondisionerlər müxtəlif tələbatlara cavab verir

Kondisioner seçərkən diqqət yetir ki, o, sənin saç növünə tam uyğun olsun, necə ki, dəriyə qulluq vasitələrini dəri növünə uyğun seçirsən. Məsələn, boyalı və rəngi açılmış saçlar üçün vasitələr fərqli olmalıdır, nazik, zəif saçlar üçün olan maska və kondisioneri isə sözəbaxmayan, qıvrım tellər üçün istifadə etməyin. Lakin kondisioner hansı saç növü üçün olursa olsun, onun əsas məqsədi hər zaman eynidir: o, saçlara qulluq edərək, onları qidalandırıcı maddələrlə təmin edir. Nəticədə saçların üstü hamarlaşır və ipək kimi parıldayır. Bundan başqa, kondisioner və ya maskadan istifadə etdikdən sonra saçlar daha yaxşı daranır. Əldə olunan bu üstünlük xüsusən uzun və ya çox qıvrılan saçlara sahib xanımları sevindirəcək. NIVEA, çeşidindən kondisioner seçərkən onun hansı saç növü üçün nəzrdə tutuluduğuna fikir ver. Düzgün seçilmiş kondisioner saçların yuyulması və düzümündən tam zövq almağa imkan verəcək!

Kondisionerdən düzgün istifadə qaydaları

Kondisionerdən hər gün istifadə etmək olar. Onu hər dəfə başı şampun ilə yuduqdan sonra istifadə etmək tövsiyə edilir. Bu, ən çoxu bir dəqiqə vaxtınızı alacaq, çünki kondisioner öz təsirini çox tez göstərir. Kondisioneri saçlarının uzunuluğu üçün yetərli qədər az miqdarda götür, onu ovuclarına bərabər payla və ovxalayaraq nəm saçlarına hopdur. Əgər sənin saçların uzundursa, onların uclarına xüsusi diqqət ayır — məhz burda saçlar daha çox qırılmaya məruz qalır. Bundan yan keçmək üçün maska və ya kondisionerdən müntəzəm olaraq istifadə etmək lazımdır. Bundan sonra saçlarını çoxlu miqdarda isti su ilə yu. Artıq ilk istifadədən sonra səndə öyrəşmədəyin yüngüllük hissi yaranacaq. Kondisioner sənin saçlarını parıltılı, toxunarkən xoş hisslər bəxş edən və sözə baxan edəcək.