lip care NIVEA

DODAQLARA QULLUQ

Dodaqlarımıza müdafiə və intensiv qidalanma lazımdır, çünki onların dərisi xüsusi həssaslığı ilə seçilir və tez-tez aşağı temperatur, külək və UB-şüaların təsirinə məruz qalır. Dodaqlara qulluq vasitələri intensiv nəmlənmə təmin edir və dodaqarı yumşaq, zərif əv gözəl edir. Hansı vasitələrə üstülük verirsən — klassik, kreməbənzər əv ya meyvə ətirli? Burada sən, çox güman ki, dodaqların üçün bir neçə sevimli məhsul tapacaqsan.
10 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Dodaqlara qulluq — onıarın gözəlliyinin təminatçısı

Günü-gündən dodaqlar bir çox xarici amilin üzücü təsirinə məruz qalır. Günəş, şaxta və isidicilərin yaratdığı quru hava onların zərif dərisini çox tez susuzlaşdırır. Üzün digər hissələrindəki dəridən fərqli olaraq, dodaqların dərisinin nə piy vəziləri, nə də qoruyucu yağ qatı yoxdur. Bu səbədən onlar tez nahamarlaşır, çatlayır və öz təbii gözəlliyini itirir. Lakin dodaqlara qulluq üzrə müxtəlif vasitələrin köməyilə bunun qarşısını almaq olar. Bu vasitələr dodaqları nəmləndirir və onları külək və pis havadan qoruyur. Bundan başqa, onlar dodaqların quru və zədələnmiş dərisinin regenerasiyasına səbəb olur, həmçinin ağzın künclərindəki çatların sağalmasını sürətləndirir. Bunun sayəsində dodaqlar yenidən yumşaq və elastik olur, onlar yenidən baxımlı və sağlam görünürlər.

İstənilən vəziyyət üçün uyöun dodaq balzamı

Dodaqlara qulluq üzrə NIVEA vasitələri, üz dərisinə qulluq vasitələri kimi, müxtəlif tələbatların qarşılanması üçün nəzrədə tutlmuşdur. Məsələn, aşağı dərəcəli piqmentasiyasına görə, dodaqlar, demək olar ki, zərərli ultrabənövşəyi şüalanmadan qorunmur. Müvafiq olaraq, açıq günəş altında olarkən, günəşdən qorunma komponentli dodaqlara qulluq vasitələrindən istifadə etmək lazımdır. Və, əksinə, soyuq qış havasında daha çox intensiv qidalandırıcı qulluq təmin edən məhsullar uyğundur. Dodaqlara qulluq vasitələriistifadə üsülü və teksturası ilə də fərqlənir. Ənənəvi gigiyenik dodaq boyası dekorativ dodaq boyası ilə eyni prinsiplə işləyir. Rahat qapaq onu çirkin düşməsindən qoruyur. Bu dodaq boyasından istifadə etmək üçün sadəcə tubusu çevirərək sütun çölə çıxsın. Dodaqlar üçün yağ isə, əksinə, kiçik bankalarda buraxılır və dodaqlara barmaqlarla tətbiq olunur. Dodaqlara qulluq üzrə bütün NIVEA məhsulları yığcam formaya malikdir, rahat istifadə olunur və bunun sayəsində, onları hər zaman çantaya qoyaraq özünlə götürmək olar.

Yumşaq və baxımlı dodaqlar üçün effektiv inqrediyentlər

NIVEA dodaqlara kompleks qulluq təmin edən keyfiyyətli inqrediyentlərin geniş çeşidindən istifadə edir. Dodaqlara qulluq sahəsində yol açan NIVEA yeni məhsulların işlənib hazırlanmasında təkcə özünün çoxillik təcrübəsini deyl, həm də elmin son nailiyyətlərindən də istifadə edir. Bunun sayəsində şirkət dodaq dərisinə öz funksiyaları ilə həmahəng sintezdə müdafiə və qulluq təmin edən məhsullar yaratmağa imkan verir. Dodaqlar üçün zərərli amillərdən biri onların dil ilə yalanmasıdır. Bu, dərini daha çox qurudur və qıcıqlandırır. Digər tərəfdən, dodaqlara müntəzəm qulluq onların davamlı qorunmasını təmin edir. Yayılmış şayiələrə zidd olaraq, dodaqlar üçün balzamdan istifadə heç bir vərdiş hissi yaratmır.

Konsistensiya, ətir və rəng — dodaqlara qulluqda azad seçim

NIVEA-dan dodaqlar üçün vasitə aktiv qidalandırıcı, qoruyucu maddələri və xoş kosmetik xüsusiyyətləri özündə birləşdirir. Beləcə, baxımlı dodaqlar, misal üçün, balzamın tərkibindəki tonlaşdrıcı komponentlər sayəsində bərabər, azca tünd rəng alır. Sədəf və ya işıldayan piqmentlər dodaqlara şəfəqsaçan parıltı baxş edir, yüngül ətir isə insanın ruhunu oxşayır. Biz, həmçinin əlavə kosmetik xüsusiyyətləri olmayan müxtəlif dodaqlara qulluq vasitələri də təklif edirik. Kişilər üçün dodaq vasitələrinin də parıltı və ya ətri olmur — onların yüksəkeffektli formulunun yeganə məqsədi dodaqlara sağlam qulluq təmin edir.