FACIAL CLEANSING

ÜZ DƏRİSİNİN TƏMİZLƏNMƏSİ

Dəri gözəl olsun deyə, onu təkcə yetərli qidalanma ilə deyil, həm dəsəhər və axşam əsaslı təmizlənmə ilə təmin etmək lazımdır. Üzü təmizləmək üçün vasitələrin seçimi (yuyunma üçün köpük, gel, losyon, və ya süd) yalnız sənin istəyindən və dəri növündən asılıdır. Yuyunma üçün vasitələrə əlavə olaraq, üz üçün təmizləyici toniklər və gözdən makiyajın təmizlənməsi üçün vasitələrdən də istifadə etmək tövsiyə edilir.
20 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Normal və qarışıq dəri üçün təmizləyici vasitələr

Biz üzünüzü gündə iki dəfə NIVEA yuyunma geli ilə yumağı tövsiyə edirik. O, dərini əsaslı təmizləyir və onun təbii nəmlənmə balansını qoruyub saxlamağa kömək edir. Makiyajın silinməsi, normal və qarışıq dərinin təmizlənməsi üçün həmçinin yuyunma üçün köpük də uyğun gəlir. Onu fərqləndirici xüsusiyyəti  xoş yumşaq teksturadır. Bundan başqa, bu zərif köpük möhtəşəm təravətli ətirə malikdir, dəridə rahat yayılır və ona baxımlılıq hissi bəxş edir. Qarışıq dərili insanlara üzün gündəlik təmizlənməsi üçün gel-skrabdan istifadə etmək tövsiyə edilir. Üz üçün skrablar dərinin təbii balansını pozmayaraq dəri piyinin artıqlarını yox edir. Qabıqlanan hissəciklər məsamələri dərindən təmizləyir və dəri çatışmazlığı ilə mübarizə aparır, yeni sızanaqların əmələ gəlməsinin qarşısını alır.

Quru və həssas dərinin təmizlənməsi

Quru və həssas dəri çox ehtiyatlı təmizləmə tələb edir. Bu, dərini yaxşı nəmləndirən və qıcıqlanma yaratmayan yumşaq yuyunma vasitələrindən istifadəni nəzərdə tutur. NIVEA xüsusi olaraq həssas dərinin təmizlənməsi üçün nəzərdə tutulmuş məhsul sırası təklif edir. Belə, təmizləyici maye kirpiklər üçün tuş da daxil olmaqla makiyajı həll edir və dərini nəmləndirir. Bu növ yeni vasitələr innovativ miselyar texnologiyasına əsaslanır. Miselyar su kosmetik vasitələrin və tozun hissəciklərini birləşdirir və sürtünmə olmadan onları dəridən yox etməyə imkan verir. Üz dərisinin bu üsulla yumşaq təmizlənməsi onun qızarmasını azaldır, dartınma hissindən azad edir və quru nayihələri nəmləndirir. Təmizləyici süd quru və həssas dəri üçün tövsiyə edilən daha bir məhsuldur. Onun yup-yumşaq formulu dərinin təbii balansını dəstəkləyir və çirklənmələri effektiv təmizləyir. Əgər vaxtın yoxdursa, nə etməli? O zaman sənə praktik nəm salfetlər lazımdır.

Problemli dəri: uyğun yuyunma vasitələrinin köməyilə qulluq və təmizlənmə

Problemli dərinin təmizlənməsi üçün çox xırda qabıqlanan qranullarla skrabdan istifadə etmək tövsiyə edilir. O, dərinin ölmüş hüceyrələri effektiv təmizləyir, həmçinin bərpaedici prosesləri və qan dövranını stimullaşdırır. Bunun sayəsində dəri yuyunmadan dərhal sonra daha açıq və hamar rəng alır. Əgər sən dərinin çatışmazlıqlarını gizlətmək üçün makiyajdan istifadə edirsənsə, onu əsaslı təmizləmək xüsusən vacibdir. Təmizləmədən sonra dərini tonlaşdırmaq gərəkdir. Üz üçün tonik dərinin balansını ərpa etməyə kömək edir, çirklənmələrin və makiyajın son qalıqlarını yox edir və dərini digər qulluq vasitələrinin tətbiqinə optimal şəkildə hazırlayır. Sadəcə pambıq diskini tonikin bir neçə damcısı ilə yaşla və onunla dərini yumşaqcasına nəmlə.