deodorant

DEZODORANT — HEYRANEDİCİ TƏRAVƏT HİSSİ

NIVEA dezodorantları vücuda qulluq üzrə vasitələr çeşidimizdə ən klassik məhsullardan biridir. Dezodorant və ya antiperspiranta üstünlük verməyindən asılı olmayaraq, bizdə sən mütləq öz sevimli məhsulunu tapacaqsan. Bizim spreylərimiz, diyircəkli dezodorantlarımız, pulverizatorlu dezodorantlarımız və stiklərimiz tər qoxusunu effektiv şəkildə neytrallaşdırır və davamlı təravət hissi təmin edir.
43 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Dezodorant: etibarlı müdafiə

Tər ifrazı bədənin fiziki yüklərə, stresə və ya istiyə normal reaksiyasıdır. Beləcə, orqanizm öz temperaturunu nizamlayır. Lakin tər ifrazı, həmçinin, paltarda nəm ləkələrin və xoşagəlməz qoxunun tez əmələ gəlməsinə gətirib çıxara bilər, xüsusən, qoltuqaltı nayihədə. Müasir dezodorant və antiperspirantlar xoşagəlməz qoxunu yox etməyə kömək edir və bütün gün boyu xoş təravət hissi bəxş edir. Bundan başqa, antiperspirantlar prinsipcə tər ifrazının qarşısını alır.

Dezodorant yoxsa antiperspirant?

Dezodorantla antiperspirantın fərqi nədir? Dezodorant yalnız xoşagəlməz qoxunun yaranmasına imkan verməyən vasitədir. Dezodorantların tərkibindəki maddələr bu qoxunun səbəbi olan bakteriyaları məhv edir və ya onların çoxalmasının qarşısını alır. Bundan başqa, dezodorant dəriyə bədənin qoxularını gizlədən xoş qoxu bəxş edir. Tər ifrazı ilə problem yaşamayan və bu təbii prosesə qarışmaq istəməyən insanlara öz seçimlərini dezodorantlarda saxlamaq tövsiyə edilir. Alüminium duzlu məhsullardan şüurlu olaraq qaçan insanlar çəkinmədən NIVEA dezodorantlarında istifadə edə bilər. Biz əminliklə deyə bilərik ki, ""dezodorant"" kiimi qeyd olunan heç bir məhsulumuzun tərkibində alüminium duzları yoxdur. Lakin güclü tər ifrazı problemi ilə qarşılaşan insanların antiperspirantlara üstünlük vermələri düzgün olardı. Antiperspirant qoltuqaltının tərləəsi ilə effektiv mübarizə apararaq, xoşagəlməz qoxunun və paltarda nəm ləkələrin əmələ gəlməsinin vaxtını uzatmağa kömək edir. Bu vasitələrin tərkibindəki alüminium duzları, adlı-sanlı ekspertlərin araşdırmalarının nəticələrinə əsaslanan fikirlərinə görə, sağlamlıq üçün heç bir təhlükə daşımır. Maksimal effektə nail olmaq üçün dezodorant və antiperspirantları təmiz dəriyə tətbiq etmək lazımdır. Daha yaxşı olar ki, onları səhər duşundan dərhal sonra istifadə edəsiniz ki, bütün gün boyu təravət hissi ilə təmin olunasınız.

Bütün vəziyyətlər üçün dezodorantlar: stiklər, diyircəkli dezodorantlar və spreylər

Sprey, diyircəkli dezodorant, yoxsa stik — sən nəyi seçirsən? Kişilərin çox vaxt  klassik spreylərə üstünlük verdiyi halda, diyircəkli dezodorantlar qadınlar arasında xüsusilə populyardır. Dezodorlaşdırıcı spreylər inanılmaz təravət hissi bəxş edir. Onlar dəriyə bərabər nazik qat ilə yayılır və tez quruyaraq, onları tətbiq etdikdən dərhal sonra geyinməyə imkan verir. Dezodorant-spreyin digər üstünlükləri arasında gigiyenik tətbiq üsulu və çox təravətli ətri qeyd etmək lazımdır. Dezodorant maksimal dərəcədə effektiv müdafiə təmin edə bilsin deyə, istifadədən öncə onu yaxşıca silkələmək lazımdır. Yeri gəlmişkən, NIVEA-nın dezodorant-spreyləri də praktik mini-formatda buraxılır və bu, onları istənilən yerə özünüzlə götürməyə imkan verir. Qadınlar arasında diyircəkli dezodorantlar çox yayılmışdır. Fırlanan çarx dezodorlaşan mayenin optimal dozalaşmasına imkan verir. Bundan savayı, diyircəkli dezodorantlar dəri tərəfindən yaxşı qəbul olunur və buna görə də, qoltuqaltının həssas dərisinə çox uyğun gəlir. Pulverizatorlu dezodorantlar gigiyenik istifadə üsulu və dəriyə bəxş etdikləri qalıcı təravət hissi ilə fərqlənir, stiklər daha ekoloji hesab olunur, dezodorlaşdırıcı kremlər isə çox yüksək müdafiə dərəcəsini təmin edir. Nəyin bahasına olursa olsun paltarda ləkələrin əmələ gəlməsindən yan keçmək istəyirsənsə, tünd parçalarda ağ qalıqların və açıq rəngli parçalarda sarımtıl ləkələrin əmələ gəlməsinin qarşısını alan xüsusi inqrediyentli dezodorantlardan istifadə et.