SUNSCREEN FOR YOUR BABY

SƏNİN KÖRPƏN ÜÇÜN GÜNƏŞDƏN QORUNMA

Uşağın üçün günəşdən qorunma vasitəsi axtarırsan? NIVEA, xüsusi olaraq günəşə qarşı həssas uşaq dərisi üçün hazırlanmış və onun etibarlı müdafiəsini təmin edən, yüksək günəşdən qorunma amilli effektiv vasitələr təqdim edir. Bizim bütün formullar yüksək səviyyəli suya davamlılığa ilə seçilir. Biz həm klassik günəşdən qorunma losyonları, həm də rahat spreylər təklif edirik.
5 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Uşaqlar üçün günəşdən qorunma: günəşdən qorunma amili (SPF)

Uşaqların dərisi böyüklərə nisbətən daha həssasdır, buna görə də daha yüksək dərəcəli günəşdən qorunmaya ehtiyacı var. Dəriyə UB-şüaların zərərli təsirinə müqavimət göstərməyə imkan verən müdafiə mexanizmləri uşaqlarda hələ yetərincə inkişaf etmir. Bundan savayı, uşaq dərisi hələ tam regenerasiyaya qadir deyil. Buna görə, ehtiyatı qoruyaraq günəş yanmalarından yan keçmək lazımdır — uşaq vaxtı alınan belə yanmalar böyüklərdə dəri xərçənginin inkişafının əsas səbəblərindən hesab olunur. Yüksək SPF-amilli günəşdən qorunma vasitələri həssas uşaq dərsinin etibarlı müdafiəsini təmin edir. Onları bədənin paltarla örtülməyən bütün sahələrinə tətbiq etmək lazımdır. Yaxşı olar ki, uşaqlar üçün 50+ SPF-amilli günəşdən qorunma sprey və ya kremlərindən istifadə edəsiniz. Bizdən məsləhət: çimərliyə gəldikdə uşaqlar çətin ki, qum və dənizin cəlbedici çağırışına qarşı dura bilsinlər. Hər bir uşaq onu təpədən dırnağadək krem ilə sürtənədək yerində sakit duracaqmı? Buna görə, biz günəşdən qorunma vasitələrini uşağa hələ evdə olarkən tətbiq etməyi tövsiyə edirik. Sprey bu məsələni asanlaşdıracaq — o,  çox rahat istifadə olunur və dəriyə çox tez hopur .

Uşaqlar üçün günəşdən qorunma: çox yüksək suya davamlılığa malik günəşdən qorunma vasitələri

Yay vaxtı uşaqlar sərin suda oynamağı və üzməyi çox xoşlayırlar. Bu zaman onların dərisindən günəşdən qorunma kremi yuyulub silinir, bu da onun qoruma təsirini zəiflədir. Lakin su saxlamayan effekti gücləndirilmiş günəşdən qorunma vasitələri uşaqlarda bu problemi həll etməyə imkan verir — onlar hətta uşaq uzun müddət suda qaldığı zaman dərini qorumağa davam edir. Suda olarkən günəş yanığı almaq mümkündürmü? Təəssüf ki, bəli. 50 sm dərinlikdə B spektrli UB-şüaların 60%-i, A spektrli şüaların isə 85%-i dəriyə gəlib çatır. Lakin suya davamlı günəşdən qorunma vasitəsi suda günəş yanıqlarının alınması ehtimalını xeyli dərəcədə azaldır. NIVEA öz günəşdən qorunma vasitələrinin suyu saxlamamaq bacarığını Kosmetika istehsalçılarının Avropa assosiasiyasının (Cosmetics Europe) tövsiyələrinə uyğun yoxlayır. Günəşdən qorunma vasitəsi sınananlara tətbiq olunur, daha sonra onlar hidromassaj vannasında 40 dəqiqə keçirirlər. Bundan sonra bu vasitənin qalıq günəşdən qorunma amili ölçülür: o, ilkin göstəricinin ən azı 50%-ni təşkil etməlidir. Gücləndirilmiş su saxlamama effektinə malik məhsulların günəşdən qorunma amili vannada keçirilmiş 80 dəqiqədən sonra ilkin göstəricinin ən azı 50%-ni təşkil etməlidir. NIVEA-dan uşaqlar üçün su saxlamayan günəşdən qorunma məhsulları bu standartdan xeyli dərəcədə üstündür: onlar hətta suda iki saat qaldıqdan sonra ilkin müdafiə dərəcəsinin ən azı 50%-ni təmin edir. Buna baxmayaraq, tövsiyə edirik ki, onları hər çimmədən və qurulanmadan sonra uşaq dərisinə təkrar tətbiq edəsiniz.