body lotion

LOSYON, YOXSA SÜD?

Gündəlik vanna və ya duş qəbulu. soyuq, isti, eləcə də isidilən məkanların quru havası dərini susuzlaşdıra bilər, nəticədə o, quru olur. Bu problemin ən yaxşı həlli bədən üçün nəmləndirici losyon və ya süddən müntəzəm istifadədir. Sənin dərinə daha çox lazım olan qulluq vasitəsini sən məhz bizdə tapacaqsan — istər yüngül və ya çəkici losyon olsun, istərsə də qidalandırıcı süd və ya krem.
5 Nəticələr

Axtarışı dəqiqləşdirmək

Axtarışı dəqiqləşdirmək Bağlamaq

Quru dəriyə qulluq

Bir çox insan qış vaxtı dərinin quruıuğundan əziyyət çəkir, digərlərinin təbiəti buna meyillidir, bəziləri isə sadəcə hər zaman öz dərilərinə diqqət və qulluq bəxş etmək istəyirlər. Dərinin quruluğunun aradan qaldırılması və profilaktikası üçün hər gün bədən üçün qidalandırıcı losyon və süddən istifadə etmək lazımdır — yaxşı olar ki, duş və ya vanna qəbul etdikdən dərhal sonra. Bu, bir az zaman tələb edir, lakin nəticə buna dəyər — dərin sənə əvəzini verəcək. Bundan başqa, NIVEA In-shower Body Milk və NIVEA In-shower Body Lotion birbaşa duş altında dəriyə sürətli qulluq təmin edir. NIVEA In-shower vasitələrinin innovativ formulu su ilə təmas zamanı aktivləşir və duşdan sonra dəriyə, əlavə olaraq, losyon tətbiq etmək məcburiyyətindən azad edir. Dirsək, diz və baldır nəm çatışmazlığından özəlliklə əziyyət çəkən zonalara aiddir. Bunun səbəbi onadan ibarətdir ki, sözügedən zonalarda dəri çox az miqdarda piy vəzilərinə və nazik dərialtı-yağ qatına malikdir. Buna görə, onun intensiv qulluğa ehtiyacı var, xüsusən də qış vaxtı, piy vəziləri daha az fəallıqla işləyir.

Bədən üçün losyon, yoxsa süd — fərqləri nədir?

Bədən üçün losyon və südün fərqi, bir qayda olaraq, onların tərkibindəki su və yağın nisbətindədir: südün tərkibindəki yağın faizi daha yüksəkdir, losyonun tərkibində isə su üstünlük təşkil edir, bunun sayəsində də o, ilk növbədə, bədən dərisini nəm ilə təmin edir. Bədən üçün süd adətən daha qidalandırıcıdır, buna görə də, o, quru dəriyə daha çox uyğun gəlir. Bədən üçün losyon sərinləşdirici effekt bəxş edir. Bu, onun tərkibində suyun çox olması ilə əlaqədardır: losyonu tətbiq etdikdən sonra su buxarlanmağa başlayır və dəriyə  xoş təravət hissi bəxş edir. Bu səbəbdən, yayda bədən üçün losyondan istifadə etmək xüsusilə xoşdur.

Qulluq vasitələrinin dəriyə tətbiqi: xoş ritual

Zərif toxunuşlar və təravətləndirici ətirlər — losyondan gündəlik istifadə bədən və ruhu canlandırır, həmçinin dəriyə gözəl və baxımlı görünüş bəxş edir. Buna görə. Vaxt-vaxtdan bu qısa rituala bir neçə dəqiqə ayıraraq özünü və dərini zərif massajla bəsləmək lazımdır.