Makiyajı ekspert kimi sil

Makiyajı ekspert kimi sil

Misellyar su

Make up expert misellyar suyu

Xüsusi olaraq makiyajı sevənlər üçün yaradılmış peşəkar misellyar su.

  • Gündəlik yüngül makiyajın təmizlənməsi üçün monofazalı misellyar su.
    Dəridə 0% iz. Yuyunma tələb etmir.

Qara köpük

Yuyunma üçün make up expert qara köpük

Asiyadan* innovasiya  1 yuyunmada üç təmizləyici vasitənin gücü və təsiri:
Təmizləyici maska: hopdurucu kömürlü düsturu makiyajı və çirki məsamələrdən maqnit kimi özünə çəkir.
Makiyajın təmizlənməsi üçün vasitə: Parlaq qara teksturu makiyajın ehmallıca silinməsi üçün zərif ağ köpüyə çevrilir.
Yuyunma üçün köpük: Dəri məsamələrədək təmiz, təravətli və parlaqdır.
*NIVEA çeşidində

NORMAL DƏRİ ÜÇÜN
Vasitə makiyajsevərlərə kompleks baxım bəxş edir:

  • makiajı effektiv təmizləyir;
  • məsamələri dərindən təmizləyir;
  • dəriyə sağlam parıltını qaytarır.

YAĞLI VƏ PROBLEMLİ DƏRİ ÜÇÜN
Lazımi qayğı ilə təmin edir:

  • makiyajın bütün qalıqlarını yaxşıca silir;
  • məsamələri dərindən təmizləyir;
  • qüsurların qarşısını alır.

Misellyar su + Qızılgül suyu

Make up expert misellyar su + qızılgül suyu

Makiyajı disk və ya su ilə təmizlə!

Misellər və yağlar gözlərdən, dodaqlardan və üz dərisindən hətta suyadavamlı makiyajı da silir.
Təbii qızılgül suyu dəriyə qulluq edir və dərini 24 saat boyunca nəmləndirir. Dəməşq qızılgülünün ləçəklərinin incəliyi yüngül xoş ətir bəxş edir.

Gözlərdən makiyajın təmizlənməsi

Gözlərdən makiyajın təmizlənməsi üçün make up expert qulluqedici vasitəsi

Hətta ən davamlı makiyajı belə sürtünməsiz və yağlı təbəqə yaratmadan təmizləyir.
Kirpikləri vitaminlərlə möhkəmləndirir və dəriyə qulluq edir.

Şəffaf yağlı faza makiyajı asanlıqla təmizləyir, C Vitaminli qulluqedici rəngli faza isə göz ətrafındakı dərinin və kirpiklərin qeydinə qalır. Hətta həssas dəriyə belə uyğundur.