The right sun care header

Günəşdən qorunma üçün optimal krem

Yay, günəş, qaralma kremi — sağlam istirahətin dəyişməz yol yoldaşlarıdır

Günəş vannalarının vaxtı və yerindən asılı olmayaraq, düzgün seçilmiş günəşdən qorunma kremi ilə sən hər zaman təhlüksizlikdə olacaqsan. Öz dərinin özəlliklərini bilərək sən isti və günəş şüalarının mənfi nəticəsindən asanlıqla yan keçə bilərsən.

NIVEA-nın günəşdən qorunma kreminə güvənməyə dəyər

Sun without risk

Optimal qorunma

NIVEA SUN sırasında olan məhsullar foto-müdafiə xüsusiyyətlərinə, yəni işığadavamlılığa malikdirlər. Düzgün seçilmiş qaralma kremindən istifadə etdikdə dərinin ultrabənövşəyi şüalardan təbii qorunması hətta ən qızmar havada belə effektiv olacaq

Kremin qum, su, dəsmal və ya tər ilə təması zamanı silinmə xüsusiyyətinə görə, onu hər 2 saatdan bir təkrar tətbiq etmək lazımdır.

Well protected

Qoruma və qulluq

Hazırladığımız məhsul sırası sənin dərin üçün etibarlı qoruma və əla qulluq təmin edir — dərinin tələbatları hər şeydən üstündür. NIVEA SUN məhsul sırası son dərəcə effektiv və istifadədə xoşagələndir. Biz sənə heç bir risk olmadan günəşdən həzz almaq üçün günəşdən qorunma kreminin düzgün tətbiqi haqda danışacağıq.

Günəşdən qorunma kremi: tətbiq sirləri

SPF-amilinin mənası nədir?

Dərinin təbii qorunmasının davamlılığı hər bir insan üçün fərdi olan, yanmalar yaranmadan dərinin günəş altında qala biləcəyi müddətdir. Krem tətbiq etmədən dərinin təbii qorunmasının təsir göstərdiyi dəqiqələrin sayı dəri növündən asılıdır və, bir qayda olaraq, 5-30 arasında dəyişir. Təbii qorunmanın fərdi davamlılığını kremin günəşdən qorunma amilinə (SPF-amili) vurduqda, biz heç bir risk olmadan günəş altında qala biləcəyimiz müddəti əldə edəcəyik.

Günəşdən qorunma kremi suya davamlı olmalıdır

NIVEA SUN sırasından olan suya davamlı günəşdən qorunma məhsulları beynəlxalq standartlar ilə (COLIPA 2005) test edilmişdir.
  • Məsələn, iki 20-dəqiqəlik çimmədən sonra kremlər öz qoruma amilini ən azı 50% qoruyub saxlayır.
  • Ekstra suya davamlı nişanlı məhsullar ikiqat suya davamlılıq dərəcəsinə (4 dəfə 20-dəqiqəlik çimmə) malikdir.
  • Uzunmüddətli suya davamlılıq nişanlı Oyna və çim sırasından olan uşaq məhsulları öz qoruma xüsuusiyyətlərini 120-dəqiqəlik çimmədən sonra ən azı 50% qoruyub saxlayır.
     

Günəşdən qorunma kremindən düzgün istifadə: tətbiq üzrə tövsiyələr

SPF-amilli qaralma kreminin miqdarının düzgün seçimi qorunmanın təmin olunmasında əsas rol oynayır. Buna görə, NIVEA ekspertləri sadə barmaq qaydasını düşünüblər:

  • 3-5 yaşlı uşaqlar üçün lazımi miqdar: bir və ya bir yarım orta barmaq uzunluğunda kreməbənzər vasitənin zolağı (məsələn, NIVEA Sun uşaqlar üçün günəşdən qorunma losyonu ) və ya NIVEA Sun uşaqlar üçün günəşdən qorunma spreyi məhsulunu 5-6 dəfə sıxmaq. 
  • 6-10 yaşlı uşaqlar üçün lazımi miqdar: bir yarım və ya iki orta barmaq uzunluğunda kreməbənzər vasitənin zolağı və ya NIVEA Sun uşaqlar üçün günəşdən qorunma spreyi məhsulunu 7-10 dəfə sıxmaq.
  • Böyük yaşlıq uşaqlar və böyüklər üçün lazımi miqdar: biləkdən orta barmağın ucuna qədər uzunluqda kreməbənzər vasitənin zolağı və ya spreydən 15 dəfə sıxmaq. 
     

Bu miqdar əl, sinə, boyun və üzə tətbiq edilir. Kürək, qarın və ayaqlar üçün vasitənin ikiqat porsiyası lazımdır. 5 yaşadək uşaqların üzünə, boyun və sinəsinə 2 dəfə daha çox krem tətbiq etmək  lazımdır, çünki azyaşlı uşaqların baş zonası qeyri-proporsional olaraq yekədir. Diqqət! Kremin yeni qatını qabaqcadan sürtmək lazımdır.

Əsaslı tətbiq

Günəşdən qorunma kremini hər 2 saatdan bir və yalnız çimmədən sonra tətbiq etmək lazımdır, çünki o, tər, su ifrazı və aktiv hərəkətlər səbəbindən silinə bilər. Yadda saxlamaq lazmıdır ki, günəşdən qorunma kreminin təkrar tətbiqi qoruma amilinin bərpa olunması anlamına gəlmir. O, sadəcə dəri qatının təbii qorunması təsirinin dəstəklənməsi deməkdir. Diqqət! Qoruyucu kremi uyğun olan miqdarda tətbiq et. Vasitənin üzərində qeyd olunan SPF-amilini yalnız bu yolla təmin etmək olar. Günboyu dərini qorumaq üçün lazım olan SFP-amilini qabaqcadan seçmək lazımdır.

Soles

Kremi tətbiq edərkən sırğalıq və pəncə kimi zonaları yaddan çıxartma!

 

Skin compatibility

UVA/UVB şüalarından qorunmaq üçün yüksək effektivliyə malik məhsul, suya davamlılıq, tətbiqdən sonra dərhal təsir etmə, dermatoloqlar tərəfindən təsdiqlənib.

Günəşdən qorunma kremi — vacib məlumat

Dərhal qorunma nə deməkdir?

NIVEA SUN sırasının bütün məhsulları vasitə tətbiq edildikdən dərhal sonra dərinin yanmalardan və vaxtından əvvəl yaşlanmasından ani qorunmasını təmin edir. "Dərhal qorunma" vasitəni tətbiq etdikdən dərhal sonra UVA/UVB şüalarından ani qorunma deməkdir; vasitənin təsir etməsini gözləməyə ehtiyac yoxdur. Günəşdən qorunma kremini sürtdükdən dərhal sonra günəşdən həzz almağa başlaya bilərsən. Buna baxmayaraq, vasitəni çimərliyə çıxmazdan öncə tətbiq etmək lazımdır, çünki sən gedən zaman dərin istər-istəməz UV-şüaların təsirinə məruz qalacaq.
 

Qoruyucu vasitəni təkrar tətbiq edərək günəş altında qalma müddətini uzatmaq olarmı?

Qoruyucu effektin müddəti uzanmayacaq. Seçdiyiniz SPF-amili dərinizə zərər vermədən günəş altında qalma müddətini müəyyən edir. Kremin təkrar tətbiqi (dərini sildikdən, çimdikdən sonra və s.) müvafiq qoruma dərəcəsini dəstəkləməyə kömək edir, lakin onun müddətini artırmır.

Günəşdən qorunma məhsullarının etibarlılıq müddəti nə qədərdir?

Açılmamış məhsullar 30 ayadək istifadəyə yararlıdır. Məhsulu açdıqdan sonra onun saxlanma müddəti qutunun arxa tərəfində qeyd olunur. O, rəqəmləri əks etdirən açılmış flakon şəkli kimi təsvir olunur. Məhz bu rəqəmlər açılmış məhsulun saxlanma müddətini əks etdirir. Adətən, saxlama müddəti 12 aya bərabər olur.

Tövsiyələrimiz