Sunburn Header

Günəş yanması? Həqiqətən anında yardım edən

Günəşdə yanmısınızsa, çox tez tədbir görmək lazımdır!

Günəş yanmasına dair ən yaxşı məsləhət? Bunun baş verməsinə imkan verməyin! Lakin siz günəşdən qorunmağı unutdunuzsa, dərhal tədbir görmək lazımdır. Sizə bu hallar üçün faydalı məsləhətlər təqdim edirik.

Bədənin ən zəif hissələri hansılardır

Təəssüf ki, bədəninizin istənilən hissəsində günəş yanıqları yarana bilər, lakin bəzi zonalar UV-şüalanma zamanı xüsusilə zəifdir. Qismən, bu onların qorumasız yerləşməsi və bu dəri nahiyələrinin yüksək həssaslığı ilə əlaqədardır.

"Günəş üçün tələ" - xüsusi müdafiəyə ehtiyacı olan bədən hissələri

«Günəş üçün tələ» adlarndırılan sahələr bunlardır: üz, xüsusilə burnun üst hissəsi, dodaqlar, gözlər, alın və yanaqlar. Üz dərisi hər gün tam müdafiəsiz günəşin təsirinə məruz qalır. Bundan başqa, üz dərisi olduqca nazikdir, deməli, daha həssasdır. Bu səbəbdən, onun özəlliklə yüksək dərəcəli günəşdən qorunmaya ehtiyacı var. Tətil vaxtı xüsusi olaraq həssas dəri üçün hazırlanmış günəşdən qorunma vasitəsindən, gündəlik həyatda isə günəşdən qorunma amilli gündüz kremindən istifadə edin. Günəşdə tez yanan zonalar bunlardır: döş qəfəsin yuxarı hissələri, boyun, pəncənin yuxarı hissəsi, çiyinlər, qulaqlar və başın tüklü hissəsi. Günəşdən qorunma üçün yüksək müdafiə amilli losyon və ya kremə əlavə olaraq, sizin paltarınız zərərli UV-şüalanmadan qorunmağın ən yaxşı yoludur. Günəşdən qorunma haqda hər şeyi buradan öyrənin.

Baş geyiminiz yaddan çıxmasın!

sun hat
Birbaşa günəş şüaları altında olarkən, mütləq baş geyiminndən istifadə edin. Bu, xüsusilə uşaqlar üçün vacbidir.
 

Günəş yanması halları üçün məsləhətlər

Qaralmadan sonra

Against sunburn
Yeni, təravətləndirici NIVEA SUN duş losyonu dərini qaralmadan sonra sakitləşdirir və təravətləndirir – və siz onu hətta duşda istifadə edə bilərsiniz!
 

Həddən artıq günəş - çətin hallarda ilkin yardım

Əgər siz günəş altında qızmısınızsa, sərinləmək, çoxlu maye qəbul etmək və, əlbətə ki, kölgəyə keçmək. Qaraldıqda bədəniniz çoxlu su itirir. Bu itkinin yerini mümkün qədər tez doldurmaq lazımdır. Buna görə, çoxlu maye, daha yaxşısı isə su için. Günəşdə qızdığınızı hiss etdiyiniz anda siz dərhal birbaşa günəş şüalarından gizlənməli, sərin duş qəbul etməli və dincəlməlisiniz. Kiçik dəri qızarmalarını NIVEA qaralmadan sonra vasitələrlə sərinlətmək tövsiyə olunur. Yağlı krem əvəzinə asan tətbiq olunan və dərini sakitləşdirən qaralmadan sonra nəmləndirici losyondan istifadə etməlisiniz. Qeyd: günəşdən çox yanmısınızsa, dərinizdə köpüklər varsa, ürəyiniz bulanırsa və/və ya ağrıyırsınızsa, o zaman həkimə müraciət etməlisiniz!

 

 

Dərinin bərpasını necə sürətləndirmək olar?

Günəş yanığı, bir qayda olaraq, birinci dərəcəli yanıqdır; çox nadir hallarda ikinci dərəcəli yanıqlar qeydə alınır. Bu nə qədər təhlükəlidir: uşaqların kiçik yaşlarda günəş yanmalarından əziyyət çəkmələrinin sayı böyük yaşlarda dəri xərçəngi ilə sıx əlaqəlidir. Bu səbəbdən, ümumiyyətlə günəş yanmalarında yan qaçmaq lazımdır. Qaralmada sonra vasitələrdən istifadə edərək dərinin regenerasiyasını dəstəkləyin. Nəmləndirici vasitələrin tərkibindəki aloe kimi təbii inqrediyentlər dərini sakitləşdirir və onun bərpasına imkan yaradır. Dəri qızartıları və, deməli ki, günəş yanıqları keçənə kimi çalışın bir neçə gün günəş altında olmayasınız.
 

Təbiətdən ilkin yardım

Effektiv sərinlənmə və iltihabdan qorunmaq üçün suda isladılmış kətan və ya iplik parçadan soyuq kompressdən istifadə etməyi sınayın.

Onlar sərinlədici və iltihabaqarşı effektə malikdir. Bitki yağı və ya yaşıl çay ilə isladılmış nəm kompresslər də qaralmadan sonra tez sərinlədir: soyuq kompresslərə bir neçə damcı çobanyastığı və ya ülümbahar ekstraktı əlavə edin. Eyni zamanda, dərinin zədələnmiş hissələrini bir və ya iki saatdan az olmayaraq sərinlətmək və növbəti gün onları günəşdən qorumaq da vacibdir. Günəş yanığı tam keçənədək bir həftəyə qədər vaxt ötə bilər.

 

 

Sakitləşdirici çobanyastığı ekstraktı

Camomile
Çobanyastığı ekstraktlı soyuq kompress dərinin zədələnmiş hissələrini sakitləşdirir.

Tövsiyələrimiz