Dry Skin Header

Quru dərinin köməyə ehtiyacı var

Düzgün qulluq quru dəriyə yenidən hamar olmağa kömək edəcək.

Külək, soyuq və qızmış hava dərinin təbii müdafiə səddini yox edir. O, quruyur, nahamarlaşır; çatlar əmələ gəlir. İntensiv nəmləndirici və qidalandırıcı vasitə dərinin qoruyucu lipid qatını bərpa etməyə və susuzlaşmasının qarşısını almağa kömək edəcək, bu isə, öz növbəsində, dərinin təravətini və sağlam görünüşünü qoruyub saxlamağa imkan verəcək.

Dəri niyə quruyur

Quru dəri - səbəblər hansılardır?

Sağlam dəri elastikdir və həyat gücü ilə doludur. Lakin məhz qışda onun su balansı pozula bilər. Aşağı hərarətdə piy vəziləri daha az yağ ifraz edir, qoruyucu lipid qatı olmadan isə dəri üçün su balansını qoruyub saxlamaq daha çətin olur. Bundan başqa, üzdə olan qan damarları daralaraq oksigen axınını məhdudlaşdırır.

Nəticədə dərinin yığılması hissi yaranır, dəri kobudlaşır və qızarır. Dərinin nazik olduğu, eləcə də dərialtı birləşdirici toxumanın və piy vəzilərinin olmadığı nahiyələr, yəni baldır, dirsək və diz daha çox riskə məruz qalır. 

Qışda ilk yardım - öz dərini necə qorumalı

Skin in Winter

Öz dərinin nazı ilə oyna, məsələn, NIVEA-dan Qidalandırıcı vücud üçün süd ilə. Onun tərkibindəki xüsusi olaraq seçilmiş minerallar, nəmləndirici badam yağı və E vitamini sayəsində o, effektiv şəkildə və uzun müddətə dərini su ilə təmin edir.

Qışda dodaqlara əlavə qulluq lazımdır

Lips in Winter

Dodaqların dərisi nazik və həssasdır, çünki onun tərkibində qoruyucu lipid təbəqəsini formalaşdırmağa qadir piy vəziləri yoxdur. Məhz buna görə, qışda dodaqların dərisi daha çox quruma və çatların yaranmasına məruz qalır.

 

 

Nəmləndirici prosedurlar - quru dəriyə gözəlliyi qaytarmağın üsulları

Dəri quruluğuna qarşı mübarizə ilə bağlı məsləhətlərimiz

  • Qıcıqlandırıcı yuyucu gellər və ya qatı köpük yaradan makiyajı təmizləmə vasitələrini quru dəriyə tətbiq etmə. Onlar dərini həddindən artıq qurudur və onun qoruyucu səddini yox edir. Daha yaxşı olar ki, sən duş qəbul edərkən dərini hamarlaşdıran və yumşaldan Vücud üçün yuyula bilən kondisioner Qidalandırıcı və ya Vücud üçün yuyula bilən kondisioner Nəmləndirici kimi yuyula bilən nəmləndirici vasitələrdən istifadə edəsən.
  • Gündəlik prosedurlar üçün Vücud üçün nəmləndirici balzam SOS kimi tərkibində sidik cövhəri, Hydra IQ komponenti və dekspantenol olan nəmləndirici krem, losyon və vücud üçün digər vasitələri seç. 
  • Vücud üçün zərif süd də dərini qurumadan qoruyur. Tərkibində orqanik  arqan yağı və jojoba yağı olan südün dolğun formulu dərinin təbii balansını qoruyub saxlayır.
  • Daha intensiv qulluq üçün üzünə maska qismində də istifadə oluna bilən NIVEA-dan Qidalandırıcı gündüz kremi kimi tərkibində E vitamini və badam yağı olan kremdən bolluca istifadə et. Qoy krem 15 dəqiqə ərzində dərinə hopsun, bundan sonra isə qalıqları salfet ilə sil və ya ovucu hərəkətlərlə ehmalca dərinə hopdur. 
  • NIVEA-dan Vücud üçün nəmləndirici balzam SOS və ya Vücud üçün krem-SOS.
  • Sənin dərin çox qurudur? Dəri qurumasının səbəbləri və ona qulluq üsulları haqda daha çox öyrən

Dəriyə qulluq sağlam qidalanmadan başlayır - qoy dəri lazımi suyu və qidalandırıcı maddələri daxildən qəbul etsin

  • Su çatışmazlığı dərini həddən artıq qurudur, buna görə, gün ərzində ən azı iki litr su iç. Şübhəlisənsə, özünü yoxla: Əlini baş və şəhadət barmaqları ilə çimdiklə. Burax və izlə: əgər dəri öz ilkin vəziyyətinə gec qayıdırsa, deməli, sənin dərin yetərincə su qəbul etmir.
  • Qoz-fındıq ye! Bu, dadlı enerji mənbəyinin tərkibində çoxlu sayda faydalı yağ, mineral və vitaminlər vardır.
  • Yağlı dəniz balığı və qaysı qurusu orqanizmi kalsiumla təmin edir və effektiv yaşlanmaya qarşı vasitələrdən hesab olunur.
  • Kök və tomat şirələrinin tərkibinə daxil olan bir sıra faydalı vitamin az miqdarda kətan yağı əlavə etdikdə xüsusilə yaxşı həzm olunur.
  • Balanslaşdırılmış pəhriz vücudumuzun ən geniş orqanı sayılan dərini möhkəmlətməyə və sağlamlığını təmin etməyə kömək edir.
  • Gözəllik haqda daha çoxunu burada öyrən.