Woman cream

Hansı dəri növünə maliksən?

Vücuda qulluq üzrə hansı vasitənin məhz sənə lazım olduğunu öyrən.

Dərin sağlamlıq və gözəlliyi ilə işıq saçsın deyə, məhz onun növünə uyğun qulluqedici vasitəyə ehtiyac var.

Dərinin tələbatlarını nəzərə alaraq fərdi qulluq

Dəri növünü nəzərə alan düzgün qulluq — səni zərif və gözəl dəriyə aparan yol. Qulluq vasitələrini öz dərinin fərdi tələbatlarına uyğun olaraq seç.

Sənin dəri növün hansıdır?

  • Normal dəri adətən hamar və elastik olur. Bu növ dəriyə quru sahələr və yığılma hissi xas deyil. O, demək olar ki, mükəmməldir. İdeal qalınlıq səviyyəsi normal dərini hamar və elastik edir. O, xüsusi diqqət tələb etmir və yaxşı qan dövranına malikdir. Lakin hətta normal dəri sağlam görünüşün dəstəklənməsi üçün nəmlənmə və müdafiəyə ehtiyac duyur. Normal dərini qidalandırmaq və onun yumşaqlıq və işıq saçmasını qorumaq üçün yüngül nəmləndirici losyon kifayətdir.
  • Quru dərinin tələbatlarına uyğun nəmləndirici qulluğa ehtiyacı var; əks halda o quruyacaq və bu, qabıqlanma və qaşınmaya səbəb olacaq. Quru dəri növündə xüsusən baldır və dizlər zəif olur
  • Sənin dərin tez-tez qıcıqlanır, dərinin yığılması və quruluğu hissləri sənə yaxşı tanışdır? Bu o deməkdir ki, sənin dərin çox qurudur. O, təbii müdafiə səddini bərpa edəcək xüsusi qulluğa ehtiyac duyur. 
  • Həssas dərini, onunla yalnış davranmaya cavab olaraq yarana biləcək qızarmalara görə tanımaq olar. Bu halda neytral pH dərəcəli yumşaq qulluq vasitəsindən istifadə etmək lazımdır.

     

Normal dəri: yumşaq qulluq balansı qorumağa imkan verir

Normal dəri üçün balanslaşdırılmış nəm dərəcəsi xasdır. Bu növ dəri üçün yumşaq krem və ya losyondan istifadə ilə sadə gündəlik qulluq yetərlidir — dəri sağlam və işıq saçan görünəcək.

 

Quru dərinin daimi qulluğa ehtiyacı var

Quru dəri daimi qulluq tələb edir. Onun qoruyucu səddi olduqca asan zəifləyir, bu da qabıq və nahamarlıqların əmələ gəlməsinə səbəb olur. Dolğun qidalandırıcı krem və maskalar dərinin qoruyucu lipid qatını bərpa edir.

Çox quru dəri — NIVEA-dan qoruyucu qulluq vasitələri

Təbii müdafiə qatının bərpası üçün quru və çox quru dərini nəmləndirmək və lipidlərlə təmin etmək lazımdır. Bu məsələni həll etməkdə intensiv qidalandırıcı kremlər yardımçı olacaq.

 

Yetkin və həssas dəri

Yaşlanmanın qarşısını alan qulluq vasitələri yetkin dərinin elastikliyini dəstəkləməyə imkan verir. Həssas dərinin balansını dəstəkləməyə yumşaq losyonlar yardımçı olacaq.

Həssas dəri — yüksəkeffektli yumşaq qulluq vasitələri

Sensitive Skin

Həssas dərinin gücləndirilmiş qidaya ehtiyacı var. Yumşaq qulluq vasitələri həssas dəridə nəm miqdarını sabitləşdirir və onun qıcıqlanmasının qarşısını alır.

Yetkin dəri — NIVEA qulluq vasitələri dəri hüceyrələrinin regenerasiyasını təmin edir və onun elastikliyini bərpa edir

Yaş ötdükcə dəri elastikliyini itirir. Müvafiq qulluq vasitəsini seç, məsələn, ikiqat Q10 koenzim tərkibli Q10 Firming Body Lotion.