Hair Removal Header

Asan epilyasiya üçün sadə məsləhətlər

Faydalı və ən effektiv üsullar.

Epilyasiyanın hansı növü məhz sənə uyğundur? Arzuolunmaz tüklərdən qurtulmağın bir çox üsulu vardır. Bəziləri az zərərli, digərləri daha sürətli, daha əsaslıdır, bəziləri isə daha uzunmüddətli effekt verir. Biz sənin ehtiyaclarını nəzərə almaqla sənə daha çox uyğun olan epilyasiya növünü seçə bilərik.

Arzuolunmaz tük və tükcüklərlə vidalaş

Epilyasiyanın hansı növü məhz sənə uyğundur?

  • Tüklərin tez və ağrısız, əsaslı şəkildə təmizlənməsinə can atırsan? O zaman, sənin seçimin klassik üz qırxma alətidir. Lakin alət vasitəsilə birbaşa dəri səthindən təmizlənmiş tüklər artıq 1-3 gündən sonra yenidən çıxır. 
  • Bir neçə həftə ərzində hamar ayaq dərisi haqda arzu edirsən, bir müddət ağrıya dözməyə razısan, və sənin dərin çox həssasdır? Ən yaxşı çıxış yolu elektroepilyator olacaq. 
  • 1-2 ay müddətinə tüklərin təmizləməsinin münasib qiymətli üsulu kimi biz mum epilyasiyasını tövsiyə edirik. İsti və ya soyuq mumla epilyasiya üçün dəstlər ev şəraitində istifadə üçün çox rahatdır.
  • Qısa zamanda ideal hamar ayaq və qoltuqaltı əldə etmək istəyirsən, lakin ülgüclə kəsilməkdən qorxursan? Depilyasiya üçün kremdən istifadə et.
  • Arzuolunmaz tüklərdən həmişəlik qurtulmağı arzu edənlər üçün ən faydalısı lazer epilyasiyasıdır.

Tez və effektiv: dah çox epilyasiya üsulu

  • Tük təmizləmək üçün krem və gellərin tərkibindəki inqrediyentlər keratini əridərək arzuolunmaz tüklərdən tez və tamamilə ağrısız qurtulmağa imkan verir. 
  • Kremi təmizləmək istədiyin bədən nahiyəsinə sürt və, təxminən, 10 dəqiqəlik saxla. Bundan sonra krem kürəkciyin köməyilə tükcüklərlə birgə asan təmizlənir. Tükcüklər 5-7 gündən sonra yenidən çıxmağa başlayacaq, lakin bu zaman onlar daha yumşaq olacaq.
  • Lakin bu üsul həssas dəri üçün uyğun olmaya bilər. Dərinin zədələndiyi və ya günəşdə yandığı hallarda da ehtiyatlı olmaq lazımdır. Məsləhət: istifadədən qabaq kremi dərinin görünməyən nahiyəsinə, məsələn, dirsək qatlanması nahiyəsinə sürtməyi sına. 
  • Təqribən, 7% qadın arzuolunmaz tüklərin təmizlənməsi üçün elektroülgücə üstünlük verir. Kəsici başlıqlar yumşaq sürüşməni təmin edərək, tükləri birbaşa dəri səthindən təmizləyir. Bu, sadə və qısa prosedurdur, lakin 2-3 gündən sonra təkrarlanmalıdır.
  • Arzuolunmaz tüklərdən həmişəlik qurtulmaq istəyirsənsə, lazer epilyasiyası haqda düşünməyə dəyər. İşıq impulsları dəriyə dərindən nüfuz edərək, tüklərin kökünü qızdırır və dağıdır. Bu zaman dəri və toxumalar zədələnmir. Lakin bu proseduru yalnız təcrübəli mütəxəssis və ya dermatoloq həyata keçirməlidir.

Hər zaman köpük və ya geldən istifadə et

Nə qədər tələssəndə, nəmli qırxma üçün hər zaman gel və ya köpükdən istifadə et. Onlar dərinin üzərində xüsusi qat əmələ gətirərək ülgüclərin daha hamar sürüşməsini təmin edir. Gel və köpüklərin tərkibinə tüklərin təmizlənməsindən öncə dərini sakitləşdirən inqrediyentlər daxildir. Bu vasitələrdən istifadə dərini kəsməməyə kömək edəcək, eləcə də qızartı və ya qıcıqlanmadan yan keçməyə kömək edəcək və sən çox hamar və ipək kimi dəridən həzz ala biləcəksən.

Məsləhətimiz: Elektroepilyator və ya mum vasitəsilə tüklərin təmizlənməsi proseduru dəri səthinin quru və yağsız olduğu dalda daha effektiv olacaq. Buna görə, prosedurdan 24 saat əvvəl nəzərdə tutulan epilyasiya zonasına krem sürtmə.

Diqqət: bunu yadda saxlamalısınız

Hansı epilyasiya üsulunu seçməyinizdən asılı olmayaraq, tüklərin təmizlənməsi dəri üçün hər zaman stresdir. Bu səbəbdən, dərini tüklərin təmizlənməsinə əsaslı hazırlamaq və onu olduqca zərif sonrakı qulluqla təmin etmək xüsusən vacibdir.

Proseduradan qabaq dəri səthi quru və yağsız olmalıdır

Mumdan istifadə edirsənsə, prosedur günü epilyasiya zonasına krem sürtmə. Mum quru, susuz dəriyə daha effektiv yaxılacaq. Tüklərin təmizlənməsi üçün krem və gellərdən istifadə etdikdə belə, inqrediyentlərin arzuolunmaz qarşılıqlı təsirdən yan keçmək üçün daha yaxşı olar ki, krem sürtməyəsiniz.

Prosedurdan sonra dəri əsaslı qulluğa ehtiyac duyur

Epilyasiyadan dərhal sonra parlaq günəş şüalarının dəriyə düşməsindən uzaq olmaq lazımdır. Bu yolla sən yüksək tər ifrazı ilə əmələ gələn qıcıqlanmanın qarşısın ala biləcəksən.

Düzgün epilyasiya üzrə məsləhətlər

  • Tükləri tez-tez təmizlədikdə dəri stres keçirir, quruyur və susuzlaşır. 
  • Antiseptik vasitələri tətbiq etdikdən sonra dəriyə qalın krem qatı sürtmək çox vacibdir. Məsləhətimiz: Tərkibində çobanyasığı və ya pantenol olan vücud losyonu seç, NIVEA Sensitive Body Lotion və ya NIVEA Repair & Care Body Lotion kimi. 
  • Qoltuqaltı nahiyəsində dəri özəlliklə həssasdır və tez quruyur, bu da, öz növbəsində, qaşınma yaradır. Bu xoşagəlməz hisslərlə bacarmaq üçün epilyasiyadan sonra dezodorantdan istifadə et: avokado ekstraktlı NIVEA Double Effect Voilet Senses Spray dərini qıcıqlanmadan qorumağa kömək edəcək.
  • Dəriyə batmış tüklər xoşagəlməz, lakin epilyasiyanın tez-tez rast gəlinən nəticəsidir. Qabıqverici vasitələrdən müntəzəm istifadə yeni tüklərin çıxmasına mane ola biləcək dərədəki ölmüş hüceyrələri yox edir. Məsləhətimiz: NIVEA Creme Peeling Shower & Scrub dərinin qüsursuz hamarlığına nail olmağa kömək edir və artıq duşda təsir etməyə başlayır.

Tövsiyələrimiz