0122-HC-how-to-deal-with-a-dry-scalp-header

Başın quru dərisinə necə qulluq etməli

Gözəl saçlar və baş dərisi üçün rahatlıq: sadə məsləhətlər

Əgər siz baş dərisinin dartınması və qaşınma hissi yaşayırsınızsa, səbəb başın tüklü hissəsində dərinin çox quru olmasından ibarət ola bilər. Dəriniz xüsusən qış dövründə nəmə ehtiyac duyur, bu zaman o, soyuq və isitmə dövründəki quru havadan xüsusilə əziyyət çəkir. NIVEA-dan qulluq üzrə məsləhətlər baş dərisinin balansını bərpa etməyə kömək edəcək.

Baş dərisi nəyə görə quruyur?

Baş dərisinin qəliz quluruşu

0122-HC-how-to-deal-with-a-dry-scalp-intro-image-1

Yeni hüceyrələr müntəzə olaraq baş dərisinin daha dərin qatlarında formalaşır. Normal qan dövranlı sağlam dəri gözəl saçların təminatçısıdır.

  • Çalışın həddən artıq qaynar duş qəbul etməyin – bu, dərinin təbii yağ və su itirməsinə gətirib çıxarır.
  • Külək, soyuq və isitmə mövsümündə quru hava da baş dərisini zədələyə bilər.
  • Əgər siz kəpəyin yaranmasına meyillisinizsə, kəpəyə qarşı yumşaq şampundan istifadə edin, məsələn , NIVEA yönəlmiş bərpa və qayği baxim-şampunu. Quru baş dərisinə yumşaq şampun vasitəsilə qulluq edin, məsələn, NIVEA nəmləndirmə və qayği, çünki bu halda kəpəyə qarşı şampun baş dərisinin təbii balansını poza bilər.
  • Hətta sağlam baş dərisi belə fenlə tez-tez qurutmalardan çox xəsarət ala bilər. Bu səbəbdən, saç qurutmaq üçün fensiz keçinin, qoy saçlarınız təbii qurusun.
  • Quru baş dərisinə dincəlməyə və dəri piyinin ifrazını stimullaşdırmağa imkan yaratmaq üçün saçlarınızı bir neçə gün yumayın. Kəpəkdən əziyyət çəirsinizsə, şampunun effektiv işləməsi üçün başı hər gün yumaq lazımdır 
Başın tüklü hissəsinin dərisi, dərinin digər hissələri kimi, bir neçə qatdan ibarətdir: alt qatlarda yeni hüceyrələr əmələ gəlir, köhnə hüceyrələr daima qabıqlanır. Lakin bu sistemi pozan bir sıra amil var və bu zaman sizdə qaşınma, quruluq, dərinin dartınması hissi, yaranır və kəpək toplanır. Günəş altında çox qalma, duzlu və xlorlaşdırılmış su kimi digər amillər baş dərisindən nəmi yox edir və kəpəyə səbəb olur. Qeyri-balanslaşdırılmış qidalanma, stress, həddən artıq tez-tez duş qəbulu baş dərisini qurudur. Quru baş dərisi həmçinin irsi xüsusiyyət ola bilər. Qaşınma dözülməz olursa, həkimə müraciət edin: bunun səbəbi göbələk infeksiyası, bit və ya gənələrin invaziyası ola bilər. Lakin narahat olmayın. İndi bu problemlər tez və asan müalicə olunur.

Balansa nail olmaq: sağlam, yaxşı nəmləndrilmiş baş dərisi

Baş dərisinin təbii balansı pozulubsa, onu bərpa etmək üçün saçları təmizləmə və qidalandırmaq lazımdır. Aloe və aö suzanbağı ekstraktlı NIVEA nəmləndirmə və qayği şampunu saçları ağırlaşdırmayaraq onları nəmləndirir.

Baş dərisinə təbii qayğı

Aloe kimi təbii inqrediyentlər quru baş dərisinə nəmi və həyat gücünü qaytarır, odur ki, siz özünüzü yenidən rahat hiss edirsiniz.

Hamar və parlaq

0122-HC-how-to-deal-with-a-dry-scalp-section-2-1

Siz quru baş dərisinə zeytun və ya kokos yağı vasitəsilə tamamilə təbii yolla qulluq edə bilərsiniz. Bir neçə damcını baş dərisinə massaj edərək tətbiq edin və yumayın – bu, təbii yağların yerini doldurur, nəmləndirir və saçları qidalandırır. İntensiv qidalanma üçün yağı gecəboyu saxlayın.

 

İkiqat güc

0122-HC-how-to-deal-with-a-dry-scalp-intro-section-2

Quru baş dərisi ilə mübarizənin daha bir təbii üsulu – gicitkan qarışığı və alma sirkəsinin 2:1 nisbətdə istifadəsi ilə massaj. Lakin diqqət inqrediyentlərin nisbətinə yetirin ki, sirkə baş dərisini qıcıqlandırmasın.

Tövsiyələrimiz