Maddələr


Aliminium Xlorhidrat/AXH

Aliminium Xlorhidrat nədir?

Aliminium Xlorhidrat (AXH) — aliminium duzları qrupuna aid maddədir. Təbiətdə rast gəlinsə də sənayedə də istehsal olunur. Aliminium xlorhidrat antiperspirantlarda da aktiv tərkib kimi istifadə olunur.

Aliminium Xlorhidratın funksiyası

Antiperspirant və dezodorant arasındakı fərq haqda heç düşünmüsünüz? Aralarındakı fərq belədir: dezodorant pis qoxunun yaranmasının qarşısını alarkən, antiperspirant tərləmənin qarşısını alır. Və bunu aliminium hidroxloridin köməyilə edir bu isə qoltuqaltında yerləşən tər vəzilərinin büzüşməsini hesabına baş verir. Nəticədə tərləmə azalır və paltarda ləkənin və pis qoxunun qarşısı alınmış olur.

NIVEA məhsullarında aliminium xlorhidrat

NIVEA aliminium xlorhidratı effektiv aktiv maddə kimi antiperspirantlarında istifadə edir. O tərləmənin qarşısını alır, təravət hissini və özünə inamı təmin edir. Antipresperant effekti olmayan dezodorantlarımız aliminium hidroxlorid tərkibinə malik deyillər- bunun əvəzinə onlara xoşagəlməz qoxuya səbəb olan bakteriyaların inkişafını dayandıran başqa tərkiblər əlavə olunur.

Potensial risklər

Aliminiumun döş xərçəngi və Alzaymer kimi xəstəliklərin inkişaf riskini artırdığı düşünülür. Lakin bu informasiyanın doğru olması haqda fikirlər hələ ki, öz təstiqini tapmayıb.

Aliminium — yer kürəsində ən çox yayılan üçüncü elementdir. İçməli su, meyvələrin, tərəvəzlərin, taxılın və ətin tərkibində mövcuddur, hər gün qida ilə birlikdə biz onu qəbul edirik, böyük bir qismi isə böyrəklər tərəfindən xaric olunur. Buna baxmayaraq, bir çox insan onun dəri tərəfindən sorulacağına və beləliklə, orqanizmdə toplanaraq miqdarının artacağından narahatdır.

Könüllülər üzərində aparılan iki təcrübə zamanı, antiperspirantların tərkibində olan alüminium hidroxloridin dəriyə nüfuz etmək qabiliyyəti öyrənilib: hər iki təcrübə göstərib ki, orqanizmə nüfuz edən aliminiumun miqdarı 0,01%-dən artıq deyil. Ona görə də antiperspirantın istifadəsi təhlükəli hesab edilməməlidir. Bundan əlavə aliminium xlorhidrat tər ilə birləşdikdə hidroksid aliminiuma çevrilir- bərk və həll olmayan maddədir, hansı ki, dəri sərhəddini keçərək orqanizmə daxil ola bilməz. Hətta siz antiperspirantı depilyasiyadan dərhal sonra istifadə etsəniz belə dəri vasitəsilə keçən aliminiumun miqdarı artmır. Beləki, bir qədər yanma hissi müşahidə oluna bilər, çünki bir çox antiperspirantda spirt tərkibi mövcuddur- ona görə də istifadədən öncə biraz gözləmək məsləhətdir!

VNT Antioksidantları

VNT antioksidantları nədir?

VNT antioksidantları qida və kosmetika məhsullarında istifadə olunur. Onlar maddələri oksidləşmədən qoruyur və onların istifadə müddətini artırır.

VNT antioksidantlarının funksiyası

Praktik olaraq planetdəki bütün canlı varlıqların oksigenə ehtiyacı var. Lakin oksigen güclü kimyəvi təsirə malikdir və bir çox maddələrlə oksidləşmə reaksiyasına daxil olur. Məsələn, paslanma-dəmirin oksidləşməsi nəticəsində baş verir. Yağ və piylər oksidləşmə zamanı istifadəyə yararlılığını itirir. Bu zaman köməyə VNT antioksidləri yetişir (qısa şəkildə butylated hydroxytoluene — butil hidroksitoluol), hansı ki, çox cüzi miqdarı belə oksidləşmənin qarşısını alır. Onu qida maddələrində, dərmanlarda və kosmetik vasitələrində istifadə müddətini artırmaq üçün istifadə edirlər.

NIVEA məhsullarında VNT antioksidantları

İnanclarımıza sadiq qalaraq biz yalnız sınaqdan keçirilmiş maddələrlə işləyirik. NIVEA məhsullarının 10%-dən az qisminin tərkibində VNT antioksidantları mövcuddur, bu isə bir çox qida maddələri ilə müqayisədə kosmetik vasitələrdə daha azdır! Bu komponent NIVEA kosmetikalarının saxlanma müddətini uzadır: kremlər və losyonlar, təraş jeli və duş yağları — antioksidantlar olmadan təbii yağlar və digər maddələr daha az faydalı olar və xoşagəlməz qoxuya səbəb ola bilərlər. Başqa ətriyyat məhsullarında da az miqdarda VNT antioksidantına rast gəlmək olar: ətriyyat yağları istehsalçıları məhsulu oksidləşmədən qorumaq və cəlbedici ətir əldə etmək üçün onlardan istifadə edirlər.

Potensial risklər

VNT antioksidantlarının dəriyə nüfuz etdikləri və insanın hormonal sisteminə təsir etdiyi iddia edilir. Bunun «endokrin dağıdıcı» tərəfindən edildiyi deyilir. VNT antioksidantlarının endokrinə təsirini ölçmək üçün bir çox təcrübə aparılıb: subyektlər qısa zaman müddətində yüksək miqdarda VNT-nin təsirinə məruz qalıblar. Bundan əlavə təcrübənin keçirildiyi şərait şərtləri reallıqdan olduqca fərqli idi.

NIVEA məhsullarında VNT antioksidantlarının konsentrasiyası olduqca azdır və kosmetik vasitələrin tərkibində onların orqanizmə və hormonal balansa təsiri öz təstiqini tapmayıb. Həmçinin soya kimi təbii məhsullar daha yüksək endokrin antivliyinə malikdilər.

VNT ankioksidantlarının zəngin təhlükəsiz istifadə tarixi mövcuddur. Və sadəcə kosmetik məhsullarda deyil: Ümummilli sağlamlıq təşkilatı bəyan edib ki, bu maddəni hətta qidada da istifadə etmək mümkündür! Həmçinin, kosmetikada mövcud olan VNT antioksidantı qida maddələri ilə müqayisədə daha az konsentrasiyaya sahibdilər. Artıq neçə onillikdir ki, bütün dünyada bu tərkib kosmetik maddələrdə istifadə olunur və artıq öz təhlükəsizliyini və yüksək tolerantlıq səviyyəsini təstiq edib — VNT antioksidanlarına qarşı hər hansı allergiya halına rast gəlinməyib.

Antioksidantlar ətraf mühitə zərər verirmi? NICNAS-ın (Sənaye kimyəvi maddələrinin qiymətləndirilməsi və araşdırması milli sisteminin) apardığı sonuncu araşdırmaya görə - xeyr, VNT antioksidantı təbiətə heç bir mənfi təsir göstərmir.

Qoxular (ətirlər)

Qoxular (ətirlər) nədir?

İlk olaraq bütün kosmetik vasitələrdə nəzərə aldığınız ilk ünsür —onun unikal qoxusudur: Məhz qoxular baxım vasitələrinə xoş, xarakterik ətir bəxş edir. Hər bir qoxu özündə 30-50 fərqli tərkibin qarışığını birləşdirir. Onun tərkibi təbii və laborator şəraitdə alınmış ətirli maddələrdən təşkil olunub, hansı ki, onları həm ayrılıqda həm də kombinasiyalı şəkildə istifadə etmək olar. Təbii ətirləndiriciləri bitkilərdən (efir yağları) və ya başqa təbii mənbələrdən almaq mümkün olarkən sintetik vasitələri laboratoriya şəraitində əldə edirlər.

Qoxuların (ətirlərin) funksiyası

Çoxsaylı təcrübələr ətirlərin əhval-ruhiyyəmizə yaxşı təsir etdiyini və zehni fəaliyyətə müsbət təsir göstərdiyini təstiq edir. Tərkibindən asılı olaraq onlar müxtəlif cür təsir göstərə bilərlər, məsələn, sakitləşdirici və ya canlandırıcı təsir göstərə bilərlər. Qoxular kosmetik vasitələri (və bir çox digər məhsullara) gözəgörünməz xarakterik ətirlə təmin edirlər. Bundan əlavə bir çox effektiv maddələrin xoşagəlməz qoxusunun qarşısını alaraq, məhsula olan diqqəti artırır və bizə öz individuallığımızı vurğulamağa yardımçı olur.

NIVEA məhsullarının sahib olduğu qoxular (ətirlər)

Biz bir çox məhsullarımızda qoxulardan istifadə edirik. Bizim ətirlərimiz təbii və laborator şəraitdə hazırlanmış maddələrdən ibarətdir. Məhsullara əlavə lazımsız maddələr əlavə etməmək prinsipinə uyğun olaraq, ətirlərin istifadəsinə xüsusi diqqət yetiririk. Hər bir ətrin təhlükəsizliyinə və davamlılığına zəmanət vermək üçün ətir tərkibinin maksimum dəyərlərini, habelə tərkib hissəsinin keyfiyyətinə ciddi təsirinin müəyyən olunduğu xüsusi bir siyahı yaratmışıq. Məhdudiyyətlər siyahısı adlanan bu siyahı, bizi ətirlə təmin edən hər kəsə aiddir.

Potensial risklər

Qoxular müxtəlif tərkiblərdən təşkil olunduğuna görə (həm təbii, həm də laboratoriyada hazırlanmış) dəridə hissiyatı artıra bilər. Beləki, NIVEA məhsullarının ətri hətta ən həssas dəriyə belə uyğundur, çünki biz ən az alergik potensiala malik komponentlərdən istifadə edirik. Qoxular da daxil olmaqla bir çox məhsullarımızın tərkibi ciddi dözümlülük meyarlarına cavab verir. İnsanların böyük əksəriyyəti qoxulara normal reaksiya verdiyi halda təxminən 1-2%-də alergik reaksiyaya səbəb ola bilir.

UB-filtr

NIVEA məhsulları dərinizi günəş şüasından necə qoruyur

Bir qayda olaraq günəş şüaları sağlamlıq üçün xeyirlidir: onun hesabına insanlarda xoşbəxtlik hormonu olan — serotoninin miqdarı artır. O cümlədən günəş D vitamini istehsalını stimullaşdırır, bu isə öz növbəsində sümüklərə xeyirli olmaqla bərabər ümumilikdə sağlamlığa faydalıdır. UVA və UVB şüaları dəriyə mənfi təsir göstərir. UVB şüaları dərinin üst hissəsinə təsir edərək, DNT-ni zədələyən ciddi yanıqlara yol aça bilər, ən pis halda isə onkoloji problemlərə səbəb ola bilər. UVA şüaları dərinin daha dərininə nüfuz edərək erkən qocalmaya səbəb olan sərbəst radikalların fəaliyyətini stimullaşdırır (təxminən qırışların 80%-i UVA şüalarının nəticəsində yaranır).

Ona görə də günəş şüalarından ehtiyatla faydalanmalıyıq. Ən çox yayılmış üsullardan biri xüsusi vasitələrdən istifadədir. Qabaqcıl elmi-tətqiqat işləri sayəsində NIVEA bu mövzuda ilkə imza atıb — bizim günəşdən qoruyan ilk kremimiz ilk dəfə 1936-cı ildə rəsmi şəkildə təqdim olunub, bu gün NIVEA — dünyada günəşdən qoruyucu № 1 brenddir1.

NIVEA məhsulları tərkibində UB filtrlər saxlayır ki, bu da dərini zərərli günəş şüalarından qoruyur. İki növ UB filtr mövcuddur: üzvi (kimyəvi) və mineral (fiziki).

Üzvi UB filtrlər ultrabənövşəyi şüaları udur, enerjini istiliyə çevirir. Belə filtrə malik günəş qoruyucu kremlər asanlıqla dəriyə çəkilir və şəffaf formula malikdilər. Mineral UB filtrlər kiçik hissəciklərdən təşkil olunublar, bu da öz növbəsində günəş qoruyucu krem vasitələri ilə tətbiq edildikdə maneə əmələ gətirərək, UB şüaların dəriyə təsirinin qarşısını alır. Həmçinin yalnız mineral UB filtr saxlayan vasitə dəriyə asanlıqla nüfuz etmir, qalınlığı SPF-nin səviyyəsindən asılı olaraq səthdə örtük əmələ gətirir.

Günəşdən təhlükəsiz müdafiə üçün NIVEA asan və xoş təsir bağışlayan məhsullar istehsal edir: onların tərkibinə üzvi UB filtrlər və ya üzvi və mineral UB filtrlərin birgə kombinasiyası daxildir.

1«Euromonitor International» beynəlxalq tədqiqat təşkilatının 2018-ci ildən verdiyi məlumata əsasən

Günəşdən qoruyucu vasitələr və mərcan rifləri

NIVEA ən rəngarəng dəniz ekosistemini təşkil edən mərcan rifləri də daxil olmaqla ətraf mühitin qeydinə qalan brenddir. Təxminən okeandakı hər dörd canlıdan birinin həyatı bütün dünyada müxtəlif faktorlardan əziyyət çəkən mərcan riflərindən asılıdır. Anomal temperatur və qlobal iqlim dəyişikliklərindən ortaya çıxan ekstrim hava şəraiti əsaslı iki səbəb olaraq göstərilir. Sahil inkişafı və əkinçilik nəticəsində yaranan quruda çirklənmə, dayanıqlı balıq ovu təcrübəsi və ortaya çıxan aqresiya, mərcan növlərini məhv edən yerli amillər arasında vacib rol oynamaqdadırlar.

Müxtəlif laborator şəraitlərdə aparılmış son təcrübələrə əsasən belə güman olunur ki, müəyyən UB filtrlər- əsasən də oksibenzon (benzofenon-3) və oktinoksat (etilheksilemtoksisinnamat) — mərcanların inkişafını zəiflədir. Ona görə də yüksək kimyəvi UB filtr saxlayan günəş qoruyucu vasitələrin 2021-ci ildən Havay adalarında qadağan olunacağı gözlənilir.

NIVEA heç vaxt öz günəş qoruyucu vasitələrində oksibenzon istifadə etməyib: belə UB filtrlər brendin daxili ali standartlarına cavab vermir. Oktinoksat 2016-cı ildə NIVEA günəş qoruyucu məhsulların tərkibindən çıxarıldı, beləliklə, 2018-ci ildə mərcanlar haqda Havay qanunlarına görə standartlara cavab verirdi.

NIVEA öz məhsullarında istifadəçilər və ətraf mühit üçün zərərsiz olan UB filtrlər istifadə edir — biz müvafiq orqanlar tərəfindən təstiq olunmuş və bütün komponentlər bizim daxili standartlarımıza cavab verəcək şəkildə analiz edildikdən sonra istifadə olunur.

Bununla birlikdə, UB filtrləri və onların ətraf mühitə təsiri hələ də erkən mərhələdədir və hələ də laboratoriyalarda tətqiq edilir. Ona görə də UB filtrlərin mərcan riflərinə və dəniz mühitinə təsiri haqda yekun nəticə mövcud deyil.

NIVEA üçün ekoloji innovasiyaları tanıtmaq, müasir tendensiyaları istifadə etmək və işdə ən yeni elmi sənədlərə istinad etmək vacibdir. Biz daima davamlı inkişaf sahəsində ekspert və təchizatçıların təqdim etdiyi tətqiqatların məlumatlarını qəbul edib, analiz edirik. Bizim məqsədimiz — daima NIVEA məhsullarını yaxşılaşdırmaq və günəş təsirlərinin ekoloji təmizliyini təmin etməkdir.


Titan dioksidin nanopiqmentləri (mineral UB filtr)

Titan dioksidin nanopiqmentləri nədir?

Titan dioksid — günəş qoruyucu kremlərin tərkibində, qida rəngləyicilərində və s. istifadə olunan mineral əsasa sahib ağ maddədir. Nanopiqmentlər qum dənələrindən milyonlarla dəfə kiçik hissəciklərdən təşkil olunublar. Onlar kosmetikada mineral(fiziki) UB filtr şəklində istifadə olunurlar. Dəriyə çəkildikdə ultrabənövşəyi şüaları əks etdirir və dərini günəş yanıqları, erkən yaşlanma və onkoloji xəstəliklərdən qoruyur.

Titan dioksid nanopiqmentinin funksiyası

Təsəvvür edin ki, bədəninizin çox hissəsi sizi UB şüalardan qoruyan «zirehlə» örtülüdür. Bu zireh saysız-hesabsız kiçik hissəciklərdən təşkil olunub — hansı ki, bu hissəciklər ayrı-ayrılıqda nəzərə çarpmırlar, birlikdə isə dəri üçün bütöv ağ örtük əmələ gətirirlər. Titan dioksid nanopiqmentləri eynilə belə çalışırlar: qoruyucu örtük əmələ gətirirlər, dəriyə və DNT hüceyrələrinə mənfi təsir edən UB şüaları əks etdirirlər. Onlar mineral UB filtrlər kimi təsir göstərir və dərinin sağlamlığını və gözəlliyini qorumağa yardımçı olur.

NIVEA məhsullarında titan dioksid tərkibi

NIVEA hər bir məhsulunda tərkibinə və funksiyalarına görə UB filtrlərinin balanslaşmış kombinasiyasını yaradır. Titan dioksid bir sıra günəş qoruyucu vasitələrdə üzvi (kimyəvi) UB filtrlərin birləşməsi şəklində istifadə olunur. Bu baxımdan UVA və UVB radiasiyasından etibarlı qoruyan və istifadəsi asan, suya davamlı bir məhsul əldə edirik. Bundan əlavə suda üzdükdən sonra yenidən qoruyucu kremi çəkməyi unutmayın!

Potensial risk

Bəzi istifadəçi haqlarını qoruma təşkilatları əsassız məlumat yayımlayıblar ki, nanomateriallar (bu qrupa nanopiqmentlər daxildir) dəri vasitəsilə orqanizmə daxil olub, zərərli ola bilərlər.

Biz əminik ki, sağlamlığa aid bütün suallara ciddi yanaşmaq lazımdır. Beləki, bu iddialar titan dioksidi əhatə etmir — onlar məhsullarımızda istifadə etdiyimiz yeganə günəşdən qoruyucu nanopiqmentlərdir. Çoxsaylı kompleks tətqiqatlar sübut edir ki, bu tərkib günəşdən qoruyucu vasitə çəkdikdə dəri bariyerini aşmır.

Bir çox tətqiqatçılar (o cümlədən istifadəçi haqları araşdırma komitəsi nümayəndələri, risklərin qiymətləndirilməsi Federal institutu (Almaniya), həmçinin BMT NANODERM proqramı) sağlam dəriyə kosmetik nanopiqment çəkildikdə heç bir əks təsir nəzərə çarpmır deyə bəyan ediblər. Onlar dərinin dərinliyinə təmas etmir və heç bir təhklükə daşımır, əksinə hüceyrələri zədələnməkdən qoruyur.

Parabenlər

Parabenlər nədir?

Parabenlər baxım vasitələrinin qorunmasına görə istifadə olunurlar. Parabensiz kosmetikanı (xüsusiylə tərkibində su saxlayan) uzun müddət istifadə etmək mümkün deyil. Eyni zamanda paraben saxlayan məhsullar uzun müddət öz keyfiyyətini qoruyub saxlaya bilir, hətta kremlə istifadədən sonra qutunu açıq qoysanız və ya kosmetik vasitəni istidə saxlasanız (məsələn, günəş qoruyucu kremi çimərlikdə qoysanız) normal vəziyyətini qoruyub saxlayacaq.

Parabenlərin funksiyası

Parabenlər — göbələk və mikrobların yaranmasının qarşısını alan konservantlardılar. Artıq 80 ildən uzun bir zamandır ki, kosmetik vasitələrin, gündəlik kimyəvi vasitələrin, dərmanların və hətta qida maddələrinin saxlanma müddətini uzatmaq üçün istifadə olunur. Parabenlər süni şəkildə sintez olunmaqla bərabər bir sıra qida maddələrinin — yerkökü, xiyar, zeytun və s. tərkibində mövcuddurlar. Bir neçə onilliklər ərzində baş tutan aktiv tətqiqatlar nəticəsində parabenlər təhlükəsiz tərkiblər olaraq qeydə alınıb2.

2Avropa Komissiyası və ABŞ-ın Müstəqil Qiymətləndirmə Komissiyasının (CIR ekspert heyəti — Cosmetic Ingredient Review) 2018-ci ildən verdiyi məlumata əsasən

NIVEA məhsullarında istifadə olunan parabenlər

Bu günki gündə parabenlər bütün mövcud olan konservantlar arasında ən təhlükəsizi hesab olunur. Eyni zamanda NIVEA laboratoriyalarında daima kosmetik vasitələrin daha uzun müddət effektiv və təhlükəsiz saxlanması, istehlakçının sağlamlığının və ətraf mühiti qorumaq üçün təcrübələr keçirilir. Parabenlər brendin məhsullarının 20%-də istifadə olunur (80% NIVEA məhsullarında paraben yoxdur). Məsələn, NIVEA-nın göy rəngli klassik nəmləndirici kremində ümumiyyətlə konservant yoxdur. Həmçinin uşaq üçün vasitələrdə də onlardan istifadə olunmur. Parabenlərin istifadə olunduğun məhsullara — günəşdən qoruyucu üz kremi vasitələri və bədən losyonları aiddir. Bu isə onların istifadəsini tamamilə təhlükəsiz edir.

Potensial risklər

Bəzi əsassız fikirlər mövcuddur ki, parabenlər uzun müddət orqanizmdə toplanaraq hormonal fona və ümumiyyətlə əhval-ruhiyyəyə təsir edə bilər. Lakin Avropa komissiyası və KMB (Kosmetik Maddələrə Baxış) komitəsinin maddələrin tətqiqatları əsasında əldə etdiyi nəticələrə görə parabenlər orqanizmdə qısa zamanda parçalanırlar və orqanizmə heç bir mənfi təsir göstərmirlər (parabenə qarşı alergik diaqnozu olan insanlar istisna olunmaqla).

Həmçinin NIVEA ekspert komandası parabenlərin insanlar üçün təhlükəsiz olduğunu, ona görə də indiyədən bəzi məhsullarda istifadə olunduğunu təstiqləmişdir. Lakin biz məhsullarımızın parabenə həssas olan insanlar da daxil olmaqla hamı üçün təhlükəsiz və faydalı olmasını istəyirik. Ona görə də konservantlarla eyni dərəcədə təhlükəsiz və zərif qoruyucu funksiyaları özündə daşıyan başqa maddələri də öyrənməyə davam edirik. Biz parabenə həssas və məhsulların tərkibində bu maddəni istəməyən insanlar üçün bir sıra alternativ vasitələrin yer aldığı məhsul yaratdıq.

PEQ birləşmələri (PEQ-lər)

Parabenlər nədir?

Parabenlər baxım vasitələrinin qorunmasına görə istifadə olunurlar. Parabensiz kosmetikanı (xüsusiylə tərkibində su saxlayan) uzun müddət istifadə etmək mümkün deyil. Eyni zamanda paraben saxlayan məhsullar uzun müddət öz keyfiyyətini qoruyub saxlaya bilir, hətta kremlə istifadədən sonra qutunu açıq qoysanız və ya kosmetik vasitəni istidə saxlasanız (məsələn, günəş qoruyucu kremi çimərlikdə qoysanız) normal vəziyyətini qoruyub saxlayacaq.

Parabenlərin funksiyası

Parabenlər — göbələk və mikrobların yaranmasının qarşısını alan konservantlardılar. Artıq 80 ildən uzun bir zamandır ki, kosmetik vasitələrin, gündəlik kimyəvi vasitələrin, dərmanların və hətta qida maddələrinin saxlanma müddətini uzatmaq üçün istifadə olunur. Parabenlər süni şəkildə sintez olunmaqla bərabər bir sıra qida maddələrinin — yerkökü, xiyar, zeytun və s. tərkibində mövcuddurlar. Bir neçə onilliklər ərzində baş tutan aktiv tətqiqatlar nəticəsində parabenlər təhlükəsiz tərkiblər olaraq qeydə alınıb.

NIVEA məhsullarında istifadə olunan parabenlər

Bu günki gündə parabenlər bütün mövcud olan konservantlar arasında ən təhlükəsizi hesab olunur. Eyni zamanda NIVEA laboratoriyalarında daima kosmetik vasitələrin daha uzun müddət effektiv və təhlükəsiz saxlanması, istehlakçının sağlamlığının və ətraf mühiti qorumaq üçün təcrübələr keçirilir. Parabenlər brendin məhsullarının 20%-də istifadə olunur (80% NIVEA məhsullarında paraben yoxdur). Məsələn, NIVEA-nın göy rəngli klassik nəmləndirici kremində ümumiyyətlə konservant yoxdur. Həmçinin uşaq üçün vasitələrdə də onlardan istifadə olunmur. Parabenlərin istifadə olunduğun məhsullara —günəşdən qoruyucu üz kremi vasitələri və bədən losyonları aiddir. Bu isə onların istifadəsini tamamilə təhlükəsiz edir.

Potensial risklər

Bəzi əsassız fikirlər mövcuddur ki, parabenlər uzun müddət orqanizmdə toplanaraq hormonal fona və ümumiyyətlə əhval-ruhiyyəyə təsir edə bilər. Lakin Avropa komissiyası və KMB (Kosmetik Maddələrə Baxış) komitəsinin maddələrin tətqiqatları əsasında əldə etdiyi nəticələrə görə parabenlər orqanizmdə qısa zamanda parçalanırlar və orqanizmə heç bir mənfi təsir göstərmirlər (parabenə qarşı alergik diaqnozu olan insanlar istisna olunmaqla).

Həmçinin NIVEA ekspert komandası parabenlərin insanlar üçün təhlükəsiz olduğunu, ona görə də indiyədən bəzi məhsullarda istifadə olunduğunu təstiqləmişdir. Lakin biz məhsullarımızın parabenə həssas olan insanlar da daxil olmaqla hamı üçün təhlükəsiz və faydalı olmasını istəyirik. Ona görə də konservantlarla eyni dərəcədə təhlükəsiz və zərif qoruyucu funksiyaları özündə daşıyan başqa maddələri də öyrənməyə davam edirik. Biz parabenə həssas və məhsulların tərkibində bu maddəni istəməyən insanlar üçün bir sıra alternativ vasitələrin yer aldığı məhsul yaratdıq.

Silikonlar

Silikonlar nədir?

Silikonlar — Bu birləşmələr qrupu kosmetik vasitələrə yağ kimi əlavə olunan kimyəvi maddələr qrupudur. Belə məhsullar zərif teksturaya malikdir və asanlıqla istifadə olunurlar.

Silikonların funksiyası

Silikonlar kosmetika dünyasında «hamarlaşdırıcı maddələr» hesab olunurlar: onlar olmadan kremlərin və losyonların teksturası daha sərt olardı. Kimyəvi baxımdan silikonlar, digər elementlərlə birlikdə silikon atomları və oksigen atom zəncirlərinin birləşmiş qrupudur. Çox yüksək temperatura dözə bilirlər, digər maddələrlə reaksiya daxil olmurlar və dəri üçün tamamilə təhlükəsizdirlər.

Kosmetik məhsulların tərkib hissəsi olaraq silikonlar rəngsiz və qoxusuz yağlardır. Onlar yüksək temperatura davamlıdır və dəri üçün tamamilə təhlükəsizdir. Silikon mətbəx alətlərinin istehsalı üçün də istifadə olunur — məsələn, tərkib hissəsinin zərərsizliyini təmin edən silikon bıçaqlar.

NIVEA məhsullarının tərkibində yer alan silikonlar

NIVEA kosmetikasını yaratmaq üçün 30-a yaxın müxtəlif silikondan istifadə olunur. Bunlar dünyada istehsal olunan markanın baxım məhsullarının təxminən 20%-ni təşkil edir-əsasən üz kremləri, losyonlar və dezodorantlardan ibarətdir. Bu qədər fərqli silikonlara ehtiyacın səbəbi nədir? Mahiyyət etibarilə onların hər biri müəyyən bir təsirə malikdir. Biz çalışırıq ki, NIVEA qulluq kosmetikasına yalnız keyfiyyət səviyyəsini artıran silikonların daxil edilsin. Silikon yağlar sayəsində losyonlar və kremləri istifadə etmək asandır və dəriyə ipək kimi yumşaq bir toxunuş bəxş edir. Saç baxımı məhsullarının tərkibinə daxil olan silikonlar saçlara yumşaqlıq və elastiklik verərək statik enerjisini aradan qaldırmağa kömək edir. Yumru başlıqlı antiperspirantlarda silikonlar aktiv maddələrin bərabər paylanmasına və hissəcilərin toplanmamasına şərait yaradır.

Silikon yağlar yalnız çoxfunksiyalı deyil, həm də təbii analoqları ilə müqayisədə dəri üçün daha təhlükəsiz hesab olunurlar. Çünki təbii yağlar oksigenlə reaksiya daxil olduqda, kosmetik məhsullar dərinin qıcıqlanmasına və ya allergiyaya səbəb ola bilər. Eyni zamanda, silikon yağlar nadir hallarda allergiyaya səbəb olur və çox tez oksidləşmir. Bu (onların teksturasına əlavə olaraq) silikonlar kosmetika üçün ideal olub, dəriyə uyğun bir tərkib hissəsinə çevrilirlər. Tərkibindəki silikonları olan şampunlar və kondisionerlər saçlarınızı daha ağır etmir? Sistematik təcrübələr sübut edir ki, belə bir şey mövcud deyil. NIVEA saç baxımı formulları asanlıqla yuyulur və saçlarınıza parlaqlıq verir. Biz həm də tərkibində silikon olmayan saç baxımı məhsulları istehsal etməklə istehlakçılara seçim hüququ veririk.

Potensial risklər

Laboratoriya şəraitində hazırlanan kosmetik məhsullarda yer alan yağların ətraf mühitə zərər verə biləcəyi iddia olunur. Yuyulduqdan sonra şampunlar, kondisionerlər və ya digər məhsullardakı silikonlar kanalizasiyaya və ordan su vasitəsilə çirkab sularına qarışır. Silikon — tez parçalanmayan davamlı bir maddədir. Suda praktik olaraq həll olunmadığı və toksik olmadığı üçün silikonların təbiət üçün təhlükəli olmadığı qənaətinə gələ bilərik. Son zamanlar Avropa Kimyəvi Agentliyi tsiklik silikonları ətraf mühitə zərərli hesab edir, lakin digər elmi təşkilatlar, məsələn, ABŞ və Kanadada onları təhlükəsiz hesab edirlər. Tsiklik silikonları (yəni D5 və D6) digər silikonlarla qarışdırmaq olmaz, bu qrupa daxil olan silikonlar ekoloji cəhətdən təmiz sayılır, çünki son məlumatlara görə, onlar bioakkumulyasiya olunmur və canlı orqanizmlər üçün zəhərli deyil.

Normativ qaydaları, həmçinin tsiklik silikonlarla əlaqədar elmi araşdırmalarındakı dəyişikliklərini izləmək, həm istehlakçılar üçün məhsulların keyfiyyətini yaxşılaşdırmaq, həm də ətraf mühiti qorumaq üçün yeniliklərə operativ reaksiya verməyə çalışırıq.