Gizlilik siyasəti

1. MƏSUL TƏŞKİLAT

Qüvvədə olan qanunvericiliyə, o cümlədən məlumatların qorunması haqqında Federal qanuna (BDSG) uyğun olaraq, şəxsi məlumatların işlənilməsinə, o cümlədən onların toplanılmasına və istifadəsinə görə məsuliyyət daşıyan təşkilat:

Bayersdorf MMC, 119049, Rusiya Federasiyası, Moskva şəhəri, Şabolovka küçəsi, ev10, korp.2, Tel: (495) 258-40-22;

Beiersdorf AG, Unnastraße 48, D-20245 Hamburg, Telephone: +49 (0) 40 4909 7575, E-mail: nivea@beiersdorf.com

Hazırki bəyanatın məqsədi şəxsi məlumatların işlənilməsi, o cümlədən toplanılması və istifadəsi (bundan sonra mətn üzrə - «istifadə») barədə Sizi məlumatlandırmaqdır. Siz hazırki müddəalar nəzərə alınmaqla Bayersdorf tərəfindən sizin şəxsi məlumatlarınızın istifadəsinin dayandırılması istəyinizin necə bəyan etdirilməsi haqda buradan öyrənə bilərsiniz.

 

2. ŞƏXSİ MƏLUMATLARİN TOPLANILMASI VƏ İSTİFADƏSİ

Şəxsi məlumatlar sizi təyin edən məlumatdır, məsələn, adınız, e-poçt və ya poçt ünvanı. Beiersdorf sizin şəxsi məlumatlarınız toplamır; siz özünüz bu məlumatları aşkar şəkildə təqdim etdiyiniz (məsələn, xəbər göndərişinə abunə olduqda, sorğuda, müsabiqədə və ya lotereyada iştirak etdikdə, nümunə və ya broşür sifariş etdikdə, yaxud məlumat üçün sorğu göndərdikdə) və onun istifadə olunmasına razılıq verdiyiniz hallar istisna təşkil edir.

Biz sizin məlumatlarınızı yalnız sizin razılığınıza əsasən və hər bir ayrıca vəziyyət üçün tələb olunan dərəcədə (məzmun və vaxtı nəzərə almaqla) saxlayır, istifadə edir və ötürürük, misal üçün, suallarınıza və ya əndişələrinizə cavab vermək, istəklərinizi yerinə yetirmək və ya müsabiqə ya lotereyanın nəticələri haqda məlumatlandırmaq üçün.

Bunun etmək üçün Beiersdorf-da sizin şəxsi məlumatlarınızı işlənmə üçün Beiersdorf beynəlxalq qrupunun digər şirkətlərinə və ya xarici xidmət tədarükçülərinə ötürmək problemi ortaya çıxa bilər. Xidmət tədarükçülərinə, məsələn, məhsulların çatdırılması, reklam materiallarının paylanması və ya müsabiqələrlə bağlı məsələlər tapşırıla bilər. Beiersdorf tələb edir ki, bu üçüncü şəxslər şəxsi məlumatların bizim təlimatlar əsasında və məlumatların qorunması üzrə bu göstərişlərə müvafiq olaraq işlənməsinə öz razılıqlarını versinlər.

Şizin şəxsi məumatlarınızın istənilən digər formada ötürülməsi, məsələn, bizim saytımızdan üçüncü tərəfin sosial şəbəkəsinin saytına və ya Facebook, yaxud Twitter kimi veb-portallara keçərək sistemə daxil olmaq məqsədilə məlumat paylaşımı üçün sizin öncədən aydın şəkildə bildirilmiş razılığınız tələb olunur. Beiersdorf sizin fərdi məlumatlarınızı üçüncü tərəfə satmayacağı və ötürməyəcəyinə zəmanət verir. Lakin mütləq hüquqi gücə malik dövlət orqanlarının tələbi ilə və ya qanunvericiliyə əsasən sizin haqqınızda məlumatı açmağı bizdən tələb etsələr, biz bunu etməyə məcbur qalacayıq.

a. NIVEA istifadəçisinin akkauntu bazasında istifadəçi profilinin yaradılması

«Mən şəxsi məlumatların toplanılması üçün istifadəçi profilinin yaradılması ilə razılaşıram. Mən məxfilik Siyasətinin şərtlərini oxudum. Bu razılıq istənilən vaxt geri götürülə bilər. »

**Razılığın nümunəsi

Siz yuxarıda göstərilən ərizə nümunəsi köməyilə istifadəçi profilinin yaradılmasına razılığınızı verdiyinizdə, biz sizin məlumatlarınızı aşağıdakı üsullarla istifadə edəcəyik:

NIVEA-nın qeydiyyatdan keçmiş müştərisi olaraq, siz bizim internet-mağazamızda daha sürətli və rahat şəkildə sifarişlər etmək imkanına maliksiniz. Bundan başqa, siz qeydiyyatdan keçdikdən sonra biz sizin üçün istifadəçi profili yaradacayıq və burada bizim veb-saytımızda etdiyiniz bütün keçmiş və gələcək hərəkətləriniz əks olunacaq (prizlərin oynanılmasında iştirak, NIVEA xəbər göndərişinə abunəçilik, internet-mağazadan sifarişlər, bildirilmiş reytinqlər və s.). Sizin fərdiləşdirilmiş profiliniz xidmət və məhsullarımız haqda məhz sizə maraqlı olan məlumatların çatdırılmasında bizə vasitəçi olur. Siz hər zaman öz istifadəçi profilinizin element və məzmunu ilə tanış ola bilərsiniz.Qeydiyyatdan keçmiş istifadəçi olaraq, siz, həmçinin, məhsullarımıza reytinq bildirə bilərsiniz. Bu halda, biz sizin adınızı və bildirdiyiniz reytinqi göstərəcəyik.

Sizin akkauntunuzda saxlanılan məlumatları reklam məqsədilə istifadə etmək istəyi yarandıqda, biz bütün hallarda sizdən əlavə razılıq istəyəcəyik (NIVEA xəbər göndərişi və ya NIVEA FOR ME abunəçiliyi vasitəsilə, aşağıya baxın).

Əgər artıq NIVEA istifadəçi akkauntuna sahib olmaq istəmirsinizsə, siz istədiyiniz vaxt onu silə bilərsiniz. Bunun üçün, zəhmət olmasa, istifadəçi akkauntunuza daxil olun və qeydiyyatın ləğvi prosesini yerinə yetirin, yaxud istifadəçi akkauntunun dəstəklənməsinə verdiyiniz razılığı (imtina haqda bildiriş) e-poçt vasitəsilə geri çağırın.

b. NIVEA xəbər göndərişi

«Bəli, mən NİVEA-nın xəbər göndərişlərini almaq istəyirəm. Mən məxfilik Siyasətinin şərtlərini oxudum. Bu razılıq istənilən vaxt geri götürülə bilər. »

**Razılığın nümunəsi

NIVEA xəbər göndərişi xəbərlər, təkliflər və NIVEA, yaxud Beiersdorf şirkətinin digər brendləri (məsələn, Labello, 8×4) və Beiersdorf Hautpflege GmbH (bundan sonra — «NIVEA Haus») şirkətinin digər brendləri haqda əlavə məlumatlardan ibarətdir. NIVEA xəbər göndərişində siz məhsul və xidmətlərimiz haqda fərdiləşdirilmiş reklam təklifləri, eləcə də müəyyən kampaniyalarda (məsələn, priz oynanılması və ya məhsul sınaqları) iştirak təklifləri alacaqsınız.

NIVEA xəbər göndərişini almaq üçün qeydiyyatdan keçərək siz fərdi xəbər, təklif toplusunu və NIVEA xəbər məktubu üçün digər məlumatların tərtib olunması və sizə çatdırılması ilə bağlı razılığınızı təsdiq etmiş olursunuz. Biz alış-veriş zamanı davranış modellərinizi və veb-saytlarımızda kliklərinizi dəyərləndiririk ki, sizin tələb və maraqlarınıza tam uyğun olan xəbər məktubunu tərtib edək. Sizin məlumatlraınız, həmçinin, bazarın araşdırılması və reklam məqsədləri ilə saxlanılır və istifadə olunur. Bu məqsədlə biz sizinlə yalnız e-poçt vasitəsilə əlaqə quracağıq. Nəhayət, biz, həmçinin, sizin məlumatlraınızı təhlil və veb-saytlarımızın daha effektiv işləməsi üçün istifadə edəcəyik.

Əgər siz daha NIVEA xəbər göndərişini almaq istəmirsinizsə, siz istənilən zaman onu almaqdan imtina edə və ona abunənizi ləğv edə bilərsiniz. Bunu etmək üçün, zəhmət olmasa, hər bir xəbər məktubunda qeyd olunan keçidə daxil olun. Bundan sonra siz göndərişdən imtina prosesindən keçəcəksiniz, yaxud siz e-poçt vasitəsilə bizə xəbər göndərişini almaqla bağlı razılığınızdan imtinanızı (imtina haqda bildiriş) yollaya bilərsiniz.

 

3. MƏLUMATLARINIZI SAXLANMA MÜDDƏTİ

Təqdim etdiyiniz məlumatlar onları bizə ötürüdüyünüz müvafiq məqsədlərin yerinə yetirilməsi üçün tələb olunan müddətdə və ya qanunvericilik müddəalarına əsasən tələb olunan müddətdə saxlanılacaq.

Əgər siz şəxsi məlumatlarınızın reklam məqsədləri ilə istifadəsinə aşkar razılığınızı verdinizsə (NIVEA xəbər göndərişinə abunə olaraq), biz bu məlumatları siz razılığınızı yox edənədək qeyd olunmuş məqsədlə istifadə edəcəyik. Siz verdiyiniz razılığı gələcəkdəki müvafiq nəticələri nəzərə almaqla istənilən zaman yox edə bilərsiniz.

 

4. MƏHDUDLAŞDIRILMIŞ MƏLUMAT PAYLAŞIMI

Sorğunuz üzərində çalışarkən Beiersdorf-da sizin şəxsi məlumatlraınızı Beiersdorf qrupundakı affilyasiya almış digər şirkətlərə və ya yalnız bizim adımızdan hərəkət edən xarici xidmət tədarükçüsünə o cümlədən, Aİ-nın hüdudlarından kənarda müvafiq Avropa ölkələrinə ötürmək vacibliyi yarana bilər. Beləcə, xidmət tədarükçülərinə, məsələn, məhsul nümunələrinin çatdırılması, reklam materiallarınn yayılması, müsabiqələrin keçirilməsi ilə bağlı məsələlər tapşırıla bilər. Beiersdorf öz qrupuna daxil olan bütün affilyasiya əldə etmiş şirkətlərindən və xarici xidmət tədarükçülərindən sizin şəxsi məlumatlraınızı bizim göstərişlərə və məlumatların gizliliyi haqda bu bildirişə, həmçinin məlumatların işlənməsi qaydası üzrə qanunvericilik müddəalarına riayət etməklə saxlamağı tələb edir.

 

5. VEB-SAYTIMIZA DAXİL OLAN/KUKİ FAYLLARINI İSTİFADƏ EDƏN ZAMAN AVTOMATİK OLARAQ YADDAŞDA SAXLANILAN MƏLUMAT

Bizim saytda kuki fayllarından istifadə olunur. Kukilər, kompüterinizin sabit diskində sizin baruzeriniz tərəfindən saxlanan kiçik məlumat parçalarıdır.

  • KUKİ FAYLLARI

Saytımızdan istifadəni daha yaxşı etmək üçün biz kuki fayllarından istifadə edirik. Kuki — veb-saytımızdan istifadə üçün brauzerinizin komyüterin sərt diksində saxladığı kiçik məlumat fraqmentləridir. Kuki faylları ilə işləməyimizin məqsədi veb-saytımızın necə istifadə olunduğunu daha yaxşı anlamağımız və naviqasiyanın yaxşılaşdırılmasıdır. Məsələn, kukilər imkan verir ki, biz veb-saytımızın müəyyən səhifəsinin baxılıb baxılmadığını təyin edək. Həmçinin, kukilər saytımıza ilk dəfə, yaxud artıq daha öncə daxil olduğunuz haqda məlumat verə bilər. Saxladığımız kuki fayllarının tərkibində heç bir şəxsi məlumat yoxdur və heç bir digər üsulla şəxsiyyəti təyin edici məlumatları toplamırlar. Əgər siz kuki fayllarını almaq istəmirsinizsə, zəhmət olmasa, internet-brauzerinizi elə qurun ki, bütün kuki faylları kompyüterinizin sərt diskindən silinsin, kuki faylları bloklansın və ya kuki-faylların yaddaşıda saxlanılmasında öncə siz xəbərdarlıq alasınız.

Qeydiyyatdan keçmiş istifadəçi olaraq, siz veb-saytımıza öz qeydiyyat məlumatlarınızla daxil ola bilərsiniz. Bunun üçün də biz kuki fayllardan istifadə edirik. Məqsəd: siz saytımıza ardıcıl 28 gün ərzində daxil olursunuzsa, sizi qeydiyyata alınmış müştəri kimi təyin etmək və sizi saytda avtorizə edilmiş olaraq saxlamaq.

  • Kuki faylları istifadəçinin üstünlüklərinə əsaslanan internet-reklamlardır

Biz veb-saytımızda məhsullarımız haqqında müəyyən reklamın göstərilməsi üçün veb-saytımızın ziyarətçilərinin istifadəçi davranışının təhlili nəticəsində kukilər vasitəsilə aldığımız məlumatlardan da istifadə etmək hüququnu özümüzdə saxlayırıq. Biz hesab edirik ki, istifadəçi kimi bu sizə faydalı olacaqdır, çünki göstərdiyimiz reklamın və digər məzmunun sizin maraqlarınıza uyğun olacağını ehtimal edirik və buna görə də sizin üçün maraq kəsb etməyən təsadüfi reklam və ya materiallar əldə etməyəcəksiniz.

Bizim şirkətimiz könüllü olaraq özünü tənzimləyən təşkilatın qaydalarına riayət edir — İnternet-reklam sahəsində məlumatların qorunması üzrə Almaniyanın Şurası (DDOW). Siz bizə tətbiq edilən özünü tənzimləyən kodu, eləcə də daha ətraflı məlumatı burada tapa bilərsiniz: https://www.meine-cookies.org.

  • Sizin sabit diskinizdə kuki fayllarının qorunub saxlanılmasının qarşısını necə almaq və/və ya onları necə silmək olar

Kuki fayllarınızın sabit diskinizdə saxlanılmaması və/və ya kuki fayllarını qoşmaq istədiyiniz barədə hər dəfə sualın verilməsi üçün öz brauzerinizi kökləyə bilərsiniz. Siz, həmçinin sabit diskinizə quraşdırılmış kuki fayllarını istənilən vaxt silə bilərsiniz. Bunun necə edilməsi haqda daha ətraflı məlumatı, brauzerinizin istifadəçinin təlimatında tapa bilərsiniz. Bu keçid ilə siz Firefox, Microsoft Internet Explorer və Google Chrome brauzerləri üçün mətn və şəkillər formasında izahat tapa bilərsiniz: http://www.meine-cookies.org/cookies_verwalten/index.html. Əgər siz kuki fayllarının saxlanmasını qadağan etsəniz, bu saytımızın istifadəsi üçün funksional məhdudiyyətlərə səbəb ola bilər.

  • İstifadə etdiyimiz kuki faylları

(1) Google Analytics

Bu veb-sayt Google Analytics, və şəbəkənin təhlili üzrə Google Inc. (Google) xidmətindən istifadə edir. Google Analytics kuki fayllarının xüsusi formasından istifadə edir — kompyüterinizdə saxlanılan və veb-saytdan istifadənizi təhlil etməyə imkan verən mətn faylıdır. Bu veb-saytdan istifadəniz haqda kuki fayl tərəfindən toplanan məlumat ümumi qaydaya görə, Google şirkətinin ABŞ-dakı serverinə göndərilir və orada saxlanılır. Diqqət yetirməyinizi istərdi ki, Google Analytics bu veb-saytda, həmçinin, «gat._anonymizeIp();» kodunu qoşur ki, IP-ünvanların anonim yazılmasını (IP maskirovkası adlanan) təmin etsin. Bu vevb-saytda IP-ünvanların anonimləşməsi nəticəsində Google AŞ və Avropa İqtisadi Birliyi iştirakçıları tərəfləri ərazisi çərçivəsində sizin IP-ünvanızı qısaldır. Yalnız istisan hallarda Google-un ABŞ-dakı serverinə tam ünvan ötürülür və orada qısaldırılır.

Google bu məlumatları bizim adımızdan istifadə edərək bu veb-saytdan istifadənizi təhlil edir, veb-saytdakı aktivliyiniz haqda hesbat hazırlayır, veb-saytın operatruna veb-sayt və internetdən istifadəyə dair əlavə xidmətlər təmin edir. Brauzeriniz tərəfindən Google Analytics-ə ötürülən IP-ünvan Google-un digər məlumatları ilə birləşmir. Siz öz brauzerinizdə müvafiq ayarları quraraq kuki faylların saxlanılmasına imkan verməyə bilərsiniz, yuxarıda baxın (5-ci bölmə). Bundan başqa, siz Google-a kuki faylları ilə toplanılan veb-saytdan istifadənizə (həmçinin, IP-ünvan) dair məlumatları yazmağa və işləməyə qadağan etmək üçün siz https://tools.google.com/dlpage/gaoptout?hl=en linkindən plagini yükləyib öz brauzerinizə qoşmalısınız. Məlumatların istifadəsi və qorunması şərtləri haqda daha ətraflı burada öyrənə bilərsiniz: http://www.google.com/analytics/terms/us.html, http://www.google.com/analytics/learn/privacy.html?hl=en və ya http://www.google.com/intl/en/policies/privacy/.

(2) Google AdWords

Bu veb-sayt Google AdWords, Google analitik xidmət, və Google AdWords-un bir hissəsi olan konversiyanın izlənməsindən istifadə edir. Bu, aşağıdakı üsulla işləyir: siz Google tərəfindən göstərilən reklam elanına basdıqda Google AdWords konversiyanı izləmək üçün kuki fayllarını («konversiya kuki faylı») kompyüterinizin sərt diskində saxlayır. Bu cür kuki faylları 30 gündən sonra gücünü itirir və sizin şəxsiyyətinizi tanımağa imkan vermir. Əgər siz veb-saytımızda müəyyən səhifələrə daxil olursunuzsa, biz və Google sizin elana basaraq bu səhifəyə yönəldildiyinizi öyrənə bilər.

Konversiya kuki faylları vasitəsilə toplanmış məlumatlar Adwords müştəriləri üçün statistikanın yığılması üçün xidmət edir. Bu statistik məlumatlar sayəsində biz Google-un reklam elanana basaraq konversiya izlənməsi teqli səhifəyə keçən iştirakçıların sayını öyrənirik.

(3) Google DoubleClick

Veb-saytımızda Google DoubleClick funksiyasından istifadə etməyimizin məqsədi veb-saytların istifadəsini dəyərləndirmək və bizim üçün, Google şirkəti və DoubleClick ilə əməkdaşlıq edən digər reklam verənlər üçün maraqlarınıza uyğun olan reklamı sizə göstərmək imkanını mümkün edir. Bunun üçün kompyüterinizin sərt diskinə kuki faylları yazılır. Bu kuki faylların köməyilə sizin brauzerinizə anonim tanınma nömrəsi məxsus edilir və brauzerinizdı göstərilən və dəyərləndirilən reklam haqda məlumatlar toplanır. Veb-saytlardan istifadənizlə bağlı kuki fayllar tərəfindən toplanmış məlumatlar adətən Google-un ABŞ-dakı serverinə ötürülür və orada saxlanılır. Toplanmış məlumatlar əsasında sizin brauzerinizə maraqlar üzrə müəyyən kateqoriyalar təyin edilir. Bu kateqoriyalar maraqlara uyğun reklamın əks olunması üçün istifadə olunur.

Brauzerinizin ayarlarının dəyişdilməsindən savayı, siz brauzerin plagini sayəsində DoubleClick kukilərini həmişəlik deaktiv edə bilərsiniz. Plaginlə sizin deaktivasiya üzrə ayarlarınız brauzerdə qalır, hətta bütün kuki fayllarını silsəniz də. Həmişəlik deaktivasiya üçün brauzer plaginini buradan əldən etmək olar.

Veb-saytımızdan istifadə edərkən, siz DoubleClick kukilərinin kompyüterinizdə saxlanmağı və məlumatların yuxarıda göstərilmiş üsulla toplanması, saxlanılması və yuxarıda qeyd olunmuş məqsədlə istifadəsinə razılıq vermiş olursunuz. Həmçinin, siz məlumatlarınızın kuki fayllarda saxlanılması və brauzerin sessiyası bitdikdə (məsələn, siz veb-saytlara yenidən daxil olduqda) yenidən yararlı olacaqlarına da razılığınızı verirsiniz. Siz bu razılıqdan istənilən zaman, müvafiq nəticələri nəzərə alaraq, DoubleClick kukilərini silib, onları həmişəlik deaktivasiya edərək imtina edə bilərsiniz.  

(4) Google`un Reklamının Təkrar marketinqi

Biz "Google Reklam«xidməti çərçivəsində təkrar marketinq funksiyasından istifadə edirik. Təkrar marketinq funksiyası bizə Google reklam şəbəkəsinin digər internet saytlarında (Google axtarışda və ya YouTube-da, «Google Reklam» adlandırılan və ya digər internet saytlarında) onların maraqları əsasında saytımızın istifadəçilərinə reklamın təqdim edilməsinə imkan verir. Bu məqsədlə hətta bizim internet saytımızı başqa səhifələrdə ziyarət etdikdən sonra da istifadəçilərə hədəf reklamın nümayiş etdirilməsi imkanının əldə edilməsi üçün saytımızda istifadəçilərin informasiya mübadiləsi (məsələn, istifadəçini hansı təkliflər maraqlandırır) təhlil edilir. Bunun üçün Google, kuki fayllarını Google-un bəzi xidmətlərinə və ya Google — Kontekstli-KİV şəbəkəsinin internet saytlarına daxil olan istifadəçilərin axtarış proqramlarında saxlayır. Bu istifadəçilərin ziyarətlərinin qeyd edilməsi üçün kuki fayllarından istifadə olunur. Ədəd konkret qurğuda veb-axtarış unikal identifikasiyası üçün istifadə olunur. İstifadə olunan «kuki» S tipli faylları: Əlavə məlumat üçün «Kuki» Faylları" Bölməsinə baxın.

Alıcılar:

Google şirkəti tərəfindən məlumatların toplanılması və işlənilməsi məqsədi və belə məlumatların həcmi haqda əlavə məlumat üçün lütfən, məxfilik siyasətinə baxın. Məxfilik siyasəti həmçinin sizin məxfiliyinizin qorunması üçün sizin hüquqlarınız və parametrləriniz haqqında məlumatı ehtiva edir: https://www.google.com/intl/en/policies/privacy; Üçüncü ölkələrə ötürülməsi mümkündür. Məlumatların qorunması üzrə Böyük Britaniyanın Ümumi Reqlamentinin (Böyük Britaniya GDPR) 46-cı maddəsinə uyğun olaraq müqavilənin standart müddəaları müvafiq ehtiyat tədbirləri kimi tətbiq edilir. Bu mövzu üzrə daha ətraflı məlumat burada dərc edilmişdir: https://ec.europa.eu/info/law/law-topic/data-protection/data-transfers-outside-eu_enhttps://ico.org.uk/for-organisations/guide-to-data-protection/guide-to-the-general-data-protection-regulation-gdpr/international-transfers-after-uk-exit/. Siz həmçinin internet satda əıavə məlumatı tapacaqsınız İnternet şəbəkəsində reklam üzrə təşəbbüslər (Network Advertising Initiative (NAI)) link: http://www.networkadvertising.org.

Silmə/çıxış

Siz bu izləmə prosesində müxtəlif üsullarla iştirakın qarşısını ala bilərsiniz:

a) müvafiq olaraq sizin axtarış proqramınızı kökləyərək (xüsusilə üçüncü tərəflərin «kuki» fayllarını boğarkən siz onlardan reklam almayacaqsınız);

b) effektivliyin izlənilməsi üçün «kuki» fayllarını deaktiv edərək: sizin axtarış proqramınızı elə kökləməklə ki, domen tərəfindən «kuki» faylları bloklansın www.googleadservices.com, https://www.google.de/settings/ads, siz kuki fayllarınızı silən zaman bu kökləmə silinir;

c) özünü tənzimləyən «Reklam haqqında» («About Ads») kampaniyasının bir hissəsi olan təchizatçıların marağına əsaslanan reklamı ləğv etməklə, http://www.aboutads.info/choices. «Kuki» fayllarınızı sildiyiniz zaman Bu kökləmə silinəcəkdir;

d) Firefox, Internet Explorer və ya Google Chrome axtarış proqramlarını linki vasitəsilə ləğv etmədən bərpa olunmayacaq http://www.google.com/settings/ads/plugin,

e) «cookie» fayllarına üstünlük verilməsi (linkə daxil olun). Lütfən, nəzərə alın ki, bu halda siz bu təklifin bütün funksiyalarından tam həcmdə istifadə edə bilməyəcəksiniz.

«Kuki» fayllarının istifadə müddəti: 180 günə qədərdir (bu yalnız müstəsna olaraq, bu internet saytda yerləşdirilmiş «kuki» fayllarına aiddir ).

Hüquqi əsaslandırma

Maddə 6 (1) Məlumatların qorunması üzrə Böyük Britaniyanın ümumi qaydaları (Böyük Britaniya GDPR) (Razılıq)

(5) Facebook-un istifadəçi auditoriyası (internet saytı)/effektivlik («Facebook pikseli»)

Məlumat/məqsəd

Bu internet saytda Facebook Pikselinin «Facebook» sosial şəbəkəsində növbəti məqsədlə istifadə olunması nəzərdə tutulur:

  • Facebook-un istifadəçi auditoriyası (internet saytı) 180 gün ərzində sizinlə təkrar əlaqə yaratmaq üçün biz təkrar marketinq məqsədi ilə Facebook Piksel-dən istifadə edirik. Bu, bizə Facebook sosial şəbəkəsini və ya bu alətdən istifadə edən digər internet saytlarını ziyarət edərkən internet sayt istifadəçilərinə marağa əsaslanan reklamın («Facebook Reklamı») nümayiş etdirilməsinə imkan verir. Beləliklə, biz internet saytımızı və ya təkliflərimizi sizin üçün daha maraqlı etmək məqsədilə sizi maraqlandıran reklamları nümayiş etdiririk.
  • Facebook-un effektivliyi Facebook Reklamımızın istifadəçilərin potensial maraqlarına uyğun olmasını təmin edilməsi və belə bir reklamla qıcıqlandırmadan qaçmaq üçün Facebook Pikselindən istifadə edirik. Facebook Reklamına ("effektivlik«adlandırılan) kliklədikdən sonra istifadəçiləri veb saytımıza yönlendirme haqqında məlumatlara girişə malik olmaqla, Facebook Pikselinin köməyi ilə biz statistika və marketinq tədqiqatları məqsədləri üçün Facebook Reklamının effektivliyini izləyə bilərik.

Marketinq alətlərindən istifadə etməklə, sizin axtarış proqramınız, əgər belə razılıq tələb olunursa, «kuki» fayllarından istifadə edilməsi üçün razılığınızı aldıqdan dərhal sonra avtomatik olaraq Facebook serveri ilə birbaşa əlaqə yaradır. Facebook Pixelin inteqrasiyası Bizim mövcud olduğumuz müvafiq saytın sizin tərəfinizdən ziyarət edilməsi və ya bizim reklama basdığınız haqda Facebook-a məlumatların alınmasına imkan verir. Əgər siz Facebook xidmətində qeydiyyatdan keçmisinizsə, Facebook ziyarəti sizin hesabınızı aid edə bilər.

Facebook-un bu məlumatlarının işlənilməsi Facebook məlumatlarına dair münasibətdə siyasət çərçivəsində həyata keçirilir. Siz, həmçinin Facebook Piksel xidməti və onun funksiyaları haqda Facebook-da «Yardım» bölməsində xüsusi ətraflı məlumatlaRLA tanış ola bilərsiniz.

İstifadə olunan «kuki» faylları: C tipi. "Kuki«faylları bölməsinə keçid etməklə əlavə məlumatlara baxın.

Alanlar:

Müştərək nəzarətçi:

Biz bu proses çərçivəsində məlumatların toplanılması və ötürülməsinə görə «Facebook Ireland Ltd», «4 Grand Canal Square», «Grand Canal Harbour», «Dublin 2», «İreland (Facebook)» ilə birlikdə məsuliyyət daşıyırıq. Bu, aşağıdakı məqsədlərə tətbiq olunandır:

  • Şəxsiləşdirilmiş və uyğun reklamların yaradılması, həmçinin onun optimallaşdırılması;
  • Kommersiya və əqdə aid olan məliumatların çatdırılması (məsələn, Messenger vasitəsilə); Nəticə etibarilə, aşağıdakı proseslər birgə nəzarətlə əhatə olunmur:
  • Toplanılma və ötürülmədən sonra həyata keçirilən prosesə görə Facebook təkbaşına məsuliyyət daşıyır.
  • Məlumatları işlənilən şəxslərin funksiyalarının həyata keçirilməsi çərçivəsində ümumiləşdirilmiş və anonim şəkildə hesabatların və analizin nəticələrinin hazırlanması və beləliklə, biz bu hazırlığa görə məsuliyyət daşıyırıq.

Biz, aşağıdakı linkə keçməklə tanış ola biləcəyiniz, birgə nəzarət barəsində Facebook ilə müvafiq razılaşma bağlamışıq: https://www.facebook.com/legal/controller_addendum. Bu razılaşmada müştərək nəzarət barəsində məlumatların qorunması üzrə (UK GDPR) Böyük Britaniyanın Ümumi reqlamenti üzrə öhdəliklərin icra edilməsinə dair müvafiq vəzifələr müəyyən edilir.

Məlumatların qorunması üzrə Nəzarətçinin və Facebook-un vəzifəli şəxsinin əlaqə məlumatlarını aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.facebook.com/about/privacy.

Biz, məlumatlar subyektinin hüquqlarının həyata keçirilməsi üçün əlaqə nöqtəsi qismində Facebook-un istifadə oluna bilməsi barədə Facebook ilə razılığa gəldik (Bölmə 1.3-ə baxın). Bu müddəanın məhdudlaşdırılması olmadan, Məlumatların Subyektinin Hüquqlarının yurisdiksiyası məhdud deyil.

Hüquqi əsaslandırma və məlumatların subyektinin hüquqları haqqında əlavə məlumatlar da daxil olmaqla, Facebook-un şəxsi məlumatlarının işlənilməsinə dair əlavə məlumatları ilə bu linkdən tanış olmaq olar: https://www.facebook.com/about/privacy. Biz məlumatların qorunması üzrə Böyük Britaniyanın Ümumi reqlamentinin (UK GDPR) 6-cı (1) maddəsinə uyğun olaraq qanuni maraqlara əsasən birgə nəzarətin həcmi çərçivəsində məlumatları ötürürük.

Məlumatların təhlükəsizliyi şərtləri haqqında məlumatlarla aşağıdakı linkdə: https://www.facebook.com/legal/terms/data_security_terms, həmçinin, müqavilənin standart müddəaları əsasında işlənilmə haqda aşağıdakı linkdə tanış ola bilərsiniz: https://www.facebook.com/legal/EU_data_transfer_addendum

Əlavə alanlar:

Qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, biz toplanılmış məlumatların işlənilməsi üçün müvafiq daxili departamentlərə və digər əlaqədar şirkətlərə Beiersdorf Qrupunda və ya xarici xidmət təchizatçılarına, müqavilə üzrə məlumatları işlədən şəxslərə (məsələn, hostinq platformalarına, dəstək və analiz xidmət təchizatçılarına) ötürürük (reklamın nümayişi və təhlilini həyata keçirmək üçün). Platforma/hosting təchizatçıları hər hansı bir üçüncü ölkədən (Avropa İqtisadi Zonasından və ya Böyük Britaniyadan kənarda olan ölkələr) şəxsi məlumatlara çıxış əldə edəcəklər. Müvafiq ehtiyat tədbir kimi, biz, Böyük Britaniyanın məlumatların qorunması üzrə Ümumi reqlamentinin maddə 46-ya (UK GDPR) uyğun olaraq bu təchizatçılarla olan müqavilələrə standart şərtlər daxil etdik. Bu mövzu üzrə daha ətraflı məlumatlar aşağıdakı linklərdə dərc edilmişdir: https://ec.europa.eu/info/law/law-topic/data-protection/data-transfers-outside-eu_enhttps://ico.org.uk/for-organisations/guide-to-data-protection/guide-to-the-general-data-protection-regulation-gdpr/international-transfers-after-uk-exit/.

Silmə/çıxış

Facebook-un istifadəçi auditoriyasının funksiyası «kuki» fayllarının Parametrləri və qeydiyyatdan keçmiş istifadəçilər üçün bu linkdən https://www.facebook.com/settings/?tab=ads# deaktivasiya edilə bilər.

«Kuki» fayllarının qüvvədə olma müddəti: sonuncu məlumat mübadiləsindən 180 günə qədər (bu yalnız bu internet saytı tərəfindən quraşdırılmış «kuki» fayllarına aiddir).

Hüquqi əsaslandırma

Maddə 6 (1) Məlumatların qorunması üzrə Böyük Britaniyanın ümumi qaydaları (Böyük Britaniya GDPR) (Razılıq)

Hüquqi əsaslandırma

Maddə 6 (1) Məlumatların qorunması üzrə Böyük Britaniyanın ümumi qaydaları (Böyük Britaniya GDPR) (Razılıq)

(6) Optimizely

İdeal şəklin və funksionallığın təklif edilməsi üçün bizim təkliflərimiz A/B testlərinə və Optimizely Şirkətinin veb-analiz servisi Optimizely Inc tərəfindən həyata keçirilən çoxvariantlı analizlərə əsaslanır. Bu xidmət ziyarətçinin brauzerini müəyyən edilməsi və bu veb-saytın istifadəsinin analiz edilməsi üçün kuki fayllarından istifadə edir. Optimizely sizin məlumatlarınızı necə işlədilməsi haqda daha ətraflı məlumatları burada tapa bilərsiniz. Siz aşağıdakı səhifədəki təlimatlara riayət etməklə Optimizely-nin izlənilməsini qeyri-aktiv edə bilərsiniz http://www.optimizely.com/opt_out.

(7) Bunchbox

İdeal şəklin və funksionalın təklif edilməsi üçün, müəyyən hallarda, Bunchbox saytının optimallaşdırılması üzrə alətin istifadəsi ilə həyata keçirilən təkliflərimizin inkişafı A/B testlərinə və çoxvariant analizlərə əsaslanır. Bu servis ziyarətçinin istifadəçinin brauzerinin müəyyən edilməsi və bizim veb-saytımızın istifadəsinin analiz edilməsi üçün kuki fayllarından istifadə edir. Siz aşağıdakı linkə keçməklə Bunchbox-un izlənilməsini istənilən vaxt qeyri-aktiv edə bilərsiniz: http://www.nivea.de/?_bb_optout=1. Əgər siz daha sonra Bunchbox-un izlənilməsini yenidən aktivləşdirmək istəsəniz, lütfən bu linkə keçid edin: http://www.nivea.de/?_bb_optout=0.

 

6. SOSİAL PLAGİNLƏR/SHARİFF VASİTƏSİLƏ İNTEQRASİYA

Sosial şəbəkələrin sosial plaginləri ("plaginlər«)veb-saytlarımızda istifadə olunur, xüsusilə «Paylaş» və ya «Dostlarınla paylaş», hansılar ki, facebook.com veb-saytı Facebook Inc., 1601 S. California Ave, Palo Alto, CA 94304, USA şirkətinin idarəçiliyi altında olan Facebook tərəfindən təqdim edilir. Facebook Ireland Limited şirkəti (ünvan: Hanover Reach, 5-7 Hanover Quay, Dublin 2, Ireland) facebook.de alman saytına görə məsuliyyət daşıyır. Bu plaginlər adətən Facebook loqotipi ilə işarələnir. Facebook-dan başqa biz aşağıdakı plaginlərində istifadə edirik: Google+ (Provayder: Google Inc., Amphitheatre Parkway, Mountain View, CA 94043, USA), Twitter (Provayder: Twitter, Inc., 1355 Market St, Suite 900, San Francisco, CA 94103) və Pinterest (Provayder: Pinterest Inc., 808 Brannan Street San Francisco, CA 94103, USA).

Məlumatların məxfiliyi ilə bağlı mülahizələrə görə, biz bilərəkdən bizim veb-saytlarımızda sosial şəbəkə plaqinlərindən bilavasitə istifadədən imtina etmək qərarına gəldik. Bunun əvəzinə biz Shariff həllindən istifadə edirik. Shariff-in köməyi ilə biz məlumatların müvafiq sosial şəbəkələrin operatoruna və nə vaxt dəqiq ötürülüb-ötürülməməsini özümüz müəyyən edə bilərik. Buna görə də, bizim veb-saytımıza girdikdə heç bir məlumatlar belə Facebook, Google+ Twitter və ya Pinterest kimi sosial şəbəkələrə avtomatik olaraq ötürülmür. Yalnız əgər siz özünüz müvafiq düyməni klikləsəniz, veb-brauzeriniz müvafiq sosial şəbəkə serverləri ilə əlaqə quracaqdır. Beləliklə, müvafiq düyməni (məsələn, «Ötürmək», «Paylaş» və ya «Dostları ilə paylaş») basmaqla Siz veb-brauzerinizin müvafiq sosial şəbəkə serverləri ilə əlaqə quracağı və istifadəçi məlumatlarını sosial şəbəkə operatoruna ötürəcəyi ilə razılaşırsınız.

Hazırki halda, şəbəkələr ilə toplanılan məlumatların təbiətinə və miqdarına təsir etmək imkanımız yoxdur. Müvafiq sosial şəbəkələr tərəfindən məlumatların toplanılması və daha sonrakı işlənilməsinin məqsədi və həcmi barəsində, həmçinin də bu barədə şəxsi həyatınızın toxunulmazlığının qorunması üçün hüquq və parametrlərinizə dair daha ətraflı məlumatın əldə edilməsi üçün müvafiq sosial şəbəkələrin məxfilik siyasətinə müraciət etməyinizi xahiş edirik, məsələn, Facebook üçün -aşağıdakı səhifələrə http://www.facebook.com/about/privacy/ və http://www.facebook.com/help/?faq=186325668085084. Google + və ya Twitter şəbəkələri tərəfindən məlumatların istifadəsi haqqında daha ətraflı məlumatları http://www.google.de/intl/de/policies/privacy/ və ya http://twitter.com/privacy, Pinterest haqda isə - http://about.pinterest.com/privacy/ səhifələrində tapa bilərsiniz.

 

7. SOSİAL ŞƏBƏKƏLƏR VASİTƏSİLƏ GİRİŞ

İstifadəçilərin qeydiyyatə və ya NIVEA istifadəçi akkauntuna daxil olduqda siz, həmçinin autentifikasiya edə və bundan sonra qeydiyyatdan keçə və ya sayta daxil olmaq üçün aşağıdakı sosial şəbəkələrdəki mövcud profillərdən istifadə edə bilərsiniz: Facebook, Twitter или Google+.

Bu məqsədlə siz qeydiyyat səhifəsi və ya sayta giriş səhifəsində, saytımız tərəfindən dəstəklənən sosial şəbəkə provayderlərinin müvafiq simvollarını tapa bilərsiniz. Provayderlə bağlantı qurmazdan öncə siz aşağıda təsvir olunan proses və məlumatların ötürülməsinə razılıq verdiyinizi təsdiqləməlisiniz:

Siz müvafiq simvola basdıqda yeni pəncərə (tətbiq) açılır və burada siz sosial şəbəkəyə giriş etdiyiniz məlumatlarınızın köməyilə sistemə daxil olmalısınız. Uğurlu girişdən sonra sosial şəbəkə qeydiyyat və sayta giriş prosesi çərçivəsində autentifikasiya üçün bizə hansı məlumatların (ad və e-poçt) ötürüldüyü haqda xəbər verir. Əgər siz sözügedən məlumatların ötürülməsinə razılığınızı verirsinizsə, saytımızda qeydiyyat zamanı doldurulma üçün mütləq olan xanalar ötürülmüş məlumatlarla doldurulur. Qeydiyyat və ya sayta giriş üçün bizə aşağıdakı məlumatlar lazımdır: (a) adınız və (b) elektron poçt ünvanınız.

Yalnız siz ötürülmüş və və lazımi məlumatların istifadəsinə razılığınızı verdikdən sonra sizin məlumatlar saxlanılacaq və 2-ci bənddə qeyd olunmuş məqsədlərlə istifadə olunacaq. NIVEA istifadəçi akkauntunun şirkətimizlə qurulması və müvafiq sosial şəbəkədəki akkauntunuz arasında autentifikasiya prosesi vasitəsilə heç bir əlaqəsi yoxdur.

Qeydiyyat və sayta giriş üçün autentifikasiya prosesinin keçirilməsi imkanını təmin etmək məqsədilə sizin IP-ünvanınız müvafiq sosial şəbəkə provayderinə ötürülür. Müvafiq sosial şəbəkə provayderinin məlumatlarının toplanması və sonrakı işlənməsinin məqsəd və həcminə bizim heç bir təsirimiz yoxdur. Bu haqda daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmasa, müvafiq provayderin məlumatların gizliliyi siyasəti ilə tanış olun.

Facebook şirkətinin məlumatların gizliliyi siyasəti — https://www.facebook.com/about/privacy/

Google+ şirkətinin məlumatların gizliliyi siyasəti — http://www.google.com/policies/privacy/

Twitter şirkətinin məlumatların gizliliyi siyasəti — https://twitter.com/privacy?lang=de

 

8. ƏLAQƏLƏR, MƏLUMAT SORĞUSU, GERİ ÇAĞIRMA, BLOK ETMƏ, SİLİNMƏSİ

Şəxsi məlumatlarınızın gələcək istifadəsi üçün istənilən vaxt pulsuz olaraq məlumatların qismən və ya tam silinməsinə, blok edilməsinə, düzəlişlərin edilməsinə təşəbbüs göstərə, həmçinin bizim saxladığımız şəxsi məlumatların işlənilməsi haqqında məlumatları tələb edə bilərsiniz. Müəyyən hər hansı bir formaya riayət etməyinizə ehtiyac yoxdur. Siz məsələn, bizə elektron poçt ünvanına yaza nivea@beiersdorf.com və ya veb saytımızda əlaqə formasından istifadə edə bilərsiniz.

 

9. MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ

Biz sizin məlumatlarınızın itirilməsindən, dəyişdirilməsindən və ya üçüncü şəxslər tərəfindən girişdən qorunması üçün texniki və təşkilati tədbirləri görmüşük. Təhlükəsizliyin təmin edilməsi üzrə prosedurlar texnoloji tərəqqiyə uyğun olması üçün mütəmadi olaraq yenilənir.

 

10. YENİLƏNMƏLƏR VƏ ƏLAVƏ DÜZƏLİŞLƏR

Biz sizi əvvəlcədən xəbərdar etmədən şəxsi məlumatların işlənilməsi razılığının hissələrinin dəyişdirilməsi və ya yenilənməsi hüququna malikik. Hər hansı bir yenilənmələrin və ya əlavə düzəlişlərin qəbul edilməsi halında, onun sonuncu redaktə edilməsindən xəbərdar olmaq üçün veb-saytımızdan istifadə etməzdən öncə şəxsi məlumatların işlənilməsinə dair emalına razılıq formasını lütfən, həmişə yoxlayın. Şəxsi məlumatların işlənilməsinə dair razılığın sonuncu redaktə edilməsi: oktyabr 2015.