Məxfilik siyasəti

Şəxsi məlumatların toplanması və istifadə olunması.

Ad, e-poçt və ya poçt ünvanı sizi tanıdan şəxsi məlumatlardır. Beiersdorf  yalnız müəyyən hallar istisna olmaqla ( məsələn, xəbərlərə abunə olmaq, sorğularda iştirak, yarış, nümunə və broşürlərin sifarişi və ya hər hansı bir məlumatın alınması) şəxsi məlumatlarınızı toplamır.  Biz şəxsi məlumatlarınızı yalnız sizin icazənizlə saxlayır, istifadə edir və ya ötürürük. Sizin şəxsi məlumatlarınız sizin razılıq və icazənizlə lazım olan hallarda, məsələn, sual və ya  istəklərinizə cavab verərkən, sorğularınızı  yerinə yetirərkən və ya yarışmanın nəticələri haqda sizə informasiya verərkən toplanılır, istifadə olunur və ya transfer edilir.
Bunları etmək üçün Beiersdorf şəxsi məlumatları beynəlxalq Beiersdorf qrupa aid şirkətlərə və ya daxili xidmət təminatçılarına göndərə bilər. Xidmət təminatçıları məlumatları məhsulların çatdırılması, reklam materiallarını yaymaq və ya yarışma çərçivəsində istifadə edə bilərlər. Beiersdorf tərəflərdən məlumatların  bizim instruksiya əsasında bu məlumatların qorunması razılığını tələb edir. 
Şəxsi məlumatlarınızın digər ötürülməsi, məsələn, bizim saytdan digər saytlara keçərkən məlumatlarınızın ötürülməsi sizin razılığınızla yerinə yetirilir.  Beiersdorf  zəmanət verir ki, sizin şəxsi məlumatlarınız 3-cü tərəfə ötürülməyəcək.  Amma qanun tələb edərsə, və ya hökumət sorğularına cavab olaraq sizin məlumatlarınızı ötürə bilərik.

Şəxsi Məlumatların reklam və ya marketinq məqsədləri üçün istifadə olunması

Şəxsi məlumatlarınızın reklam və marketinq məqsədləri üçün istifadə etməyə razılıq verdiyiniz halda sizin şəxsi məlumatlarınız toplanaraq müntəzəm olaraq sizə xəbər və yeniliklər, məhsul nümunələri, yarışda iştirak etmək üçün istifadə olunur. Biz həmçinin sizin şəxsi məlumatlarınızı saytımızın effektliliyini analiz və inkişaf etdirmək, reklam, marketinq, bazar araşdırması üçün istifadə edə bilərik.

İcazəni ləğv etmək

İstənilən an şəxsi məlumatlarınızdan istifadəni tamamilə və ya qismən ləğv edə bilərsiniz.
 

İnformasiya almaq hüququ

Sizin sorğunuz əsasında dərhal siz saytımızı ziyarət edərkən haqqınızda hansı şəxsi məlumatların toplandığı haqda məlumat veririk.  Zəhmət olmasa, bütün sorğularınızı yuxarıda göstərilən ünvanlardan birinə göndərin.
Avtomatik toplanılan informasiya (qeyri şəxsi məlumat)
Saytımıza daxil olarkən, avtomatik olaraq şəxsi məlumatlarınıza aid olmayan ümumi məlumatlar (internet təminatçısının adı, bizdən öncə ziayrət etdiyiniz sayt, bizim saytda axtardığınız informasiya, sayta daxil olmanın tarixi və saatı, istifadə etdiyiniz əməliyyat sistemi və brauzer) toplanılır.
Cookies
Saytımızdan istifadəni daha da yaxşılaşdırmaq üçün biz “Cookies” istifadə edirik. “Cookies” kiçik məlumat fayllarıdır, onlar kompüter sərt diskində saxlanılır. Biz onları saytımızdan necə istifadə olunduğunu bilmək üçün istifadə edirik. Cookies, misal üçün, hər hansı bir səhifəmizə neçə baxış olduğunu müəyyən etməyə kömək olur. Həmçinin, “Coookies”in köməyi ilə sizin saytımızı daha öncə ziyarət etdiyinizi və ya yeni istifadəçisi olduğunuzu bilmək olur. Onlara heç bir şəxsi məlumat daxil deyildir. Əgər “Coookies” almaq istəmirsinizsə, kompüterinizin sərt diskindindən bütün “Coookies” pozmaq, onların qarşısını almaq üçün internet brauzerinizi konfiqurasiya edin.

Uşaqlar

Uşaqların şəxsi məlumatlarını toplamırıq. Belə bir informasiya valideyn və ya qəyyumun icazəsi olmadan bizə ötürüldüyü aşkarlanarsa, bu məlumat dərhal silinir.

Dəyişikliklər
Məxfilik siyasəti istənilən an sizə öncədən xəbər verilmədən dəyişə bilər. Zəhmət olmasa vaxtaşırı bu informasiyanı yoxlayın və dəyişikliklərdən xəbərdar olun.

Bu sayt Google Analytics-dən (Google Inc.-in analitika sistemi) istifadə edir. Bu sistem istifadəçinin kompüterinin yaddaşında qalan və təhlil üçün məlumatı toplamağa imkan verən Cookies-dən, yəni mətn fayllarından istifadə edir. Toplanmış məlumat (qoşulmanızın IP-ünvanı da daxil olmaqla) Google-un ABŞ-dakı serverlərinə göndərilir və orada saxlanılır. Google, bu məlumatdan bu sayta ziyarətlər və onların aktivliyi haqqında hesabatların yaradılması üçün istifadə edir. Qanunlara zidd olmayan hallarda, Google həmin məlumatı Google-la müqaviləsi olan üçüncü şəxslərə ötürə bilər. Google sizin IP-ünvanınızı Google-da saxlanılan hər hansı digər məlumatla əlaqələndirmir. Siz brauzerinizdə Cookies-dən istifadəni söndürə bilərsiniz, bu zaman biz xəbərdar edirik ki, Cookies söndürüldükdə bu sayt tam şəkildə işləyə bilməyəcək. Bu sayta baxmaqla Siz Cookies-lərinizin məlumatının Google-a daxil olması ilə razılaşırsınız.

Brauzer üçün xüsusi plagini: http://tools.google.com/dlpage/gaoptout?hl=en yükləyib quraşdırmaqla, Siz bu sayta ziyarət zaman generasiya edilən Cookies-ləri (IP-ünvanınız da daxil olmaqla) izləməyi və bu məlumatları emal etməyi Google-a qadağan edə bilərsiniz.