1. Şəxsi məlumatlar:


Zəhmət olmasa şəxsi məlumatların qorunması üçün bizim Məxfilik siyasətimizi nəzərə alın.

2. Saytdan istifadə qaydalarına edilən dəyişikliklər


Müntəzəm texniki və hüquqi innovasiyalara əsasən biz lazımi qaydada mövcüd istifadə qaydalarına dəyişikliklər əlavə etməli və/və ya onları yeniləməliyik.  Buna görə zəhmət olmasa, hər dəfə bizim saytdan istifadə edərkən sonuncu versiyanın yüklənmə tarixini yoxlayın. Sonuncu yenilənmə 2010-cu ilin avqust ayında olmuşdur.

3.İstisnalar

Bu sayt yalnız Azərbaycan Respublikasının sakinlərinin istifadəsi üçün nəzərdə tutulub və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiqdir. Bu saytdakı materiallar, məhsullar, xidmət və informasiyalar da daxil olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda mümkün və ya müvafiq olmaya bilər. Əgər saytda təqdim olunan məhsul və ya xidmət haqda tam və ya bir qism informasiya Azərbaycan Respublikasının qanunvericiliyinə ziddirsə, o informasiya etibarsız sayılır. 

Zəhmət olmasa www.NIVEA.com saytına daxil olun və sizə müvafiq sayta yönlənmək üçün məkanınızı seçin.

4. Müəllif hüquqları, ticarət nişanları və intellektual mülkiyyətə olan digər hüquqlar.

Saytımızdakı bütün informasiyalar - mətn, təsvir, qrafika, audio, video, foto fayllar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan materiallar bizim mülkiyyətimiz hesab olunur. Müəllif hüquqları ilə qorunan informasiyalar yalnız şəxsi məqsədlər üçün icazəsiz istifadə oluna bilər. Saytdan yüklənən, surəti çıxarılan fayl ictimai və kommersiya məqsədləri üçün istifadə oluna bilməz. İstənilən dəyişiklik, tərcümə, redaktə və ya düzəlişlərə yalnız Beiersdorf AG kompaniyasının yazılı icazəsindən sonra yol verilir. Beiersdorf AG kompaniyasının qeydiyyatdan keçmiş ticarət nişanlarının və ya loqotiplərinin düzgün olmayan istifadəsinə icazə verilmir.
Zəhmət olmasa nəzərə alın ki, bizim müəlliflik və ya intellektual mülkiyyətimizə olan digər hüquqlarımızı pozmaq mülki, administrativ və ya cinayət qanunvericiliyinə müvafiq hüquqi nəticələri ola bilər.

5. Məsuliyyətdən azad olma

 
Bu saytda ücüncü şəxslərin saytlarına hiperlinklər var. Beiersdorf AG üçüncü şəxslərin saytların kontenti ilə tanış deyil və üçüncü şəxslərin saytlarında qanun pozuntusuna və ya qanunsuz informasiyalara görə zəmanət vermir və məsuliyyət daşımır. Beləki, Beiersdorf AG  mövcud qanunları pozan linklər haqda rəsmi məlumat aldıqdan dərhal sonra linki və ya informasiyanı pozacaqdır.
Bu sayt ümumi məlumat təqdim etmək üçün nəzərdə tutulub və heç bir halda tibbi və ya professional konsultasiyanı əvəz edə bilməz. Belə məsləhət üçün seçdiyiniz həkim və ya mütəxəssisə müraciət edin. Beiersdorf AG bu saytda yerləşdirilmiş informasiya əsasında edilmiş hərəkətə görə məsuliyyət daşımır.

İstifadəçi bu saytdan istifadə və məlumatların yüklənməsi nəticələrinə görə özü məsuliyyət daşıyır.

6. Yekun


Qanunvericiliyə zidd əsasnamələr etibarsız sayılır. Saytımızda aşkar olunan hər hansı qanun pozuntusu haqda bizə xəbər vermək istəyirsinizsə, zəhmət olmasa, bizimlə əlaqə saxlayın.

Beiersdorf AG
Unnastr. 48
20253 Hamburg
Germany
Telephone: +49 (0)40 – 4909 -0
Electronic contact